Bazar ertəsi günü, 13 Yanvar 2025
KÖHNƏ VERSİYA            

Görkəmli bəstəkar, Xalq artisti Süleyman Ələsgərovun 100 illiyinə həsr olunan tədbir keçirilib - FOTO

Image

Tədbir 17 aprel 2024-cü il saat 14:00-da Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda keçirilmişdir. Ön sözlə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor, xanım Firəngiz Əlizadə görkəmli sənətkar, Xalq artisti, professor, Dövlət Mükafatı laureatı, “Şöhrət” ordenli bəstəkar, dirijor, pedaqoq Süleyman Ələsgərovun həyatı və yaradıcılığı haqqında məlumat verdi. 

Süleyman Ələsgərov 22 fevral 1924-cü ildə Azərbaycanın musiqi beşiyi olan Şuşada anadan olmuşdur. Musiqi istedadını Şuşanın gözəlliyindən alan Üzeyir Hacıbəyovun musiqisindən bəhrələnən gözəl sənətkar Süleyman Ələsgərov ilk musiqi təhsilini Şuşa orta ixtisas musiqi məktəbinin tar sinfində bitirdikdən sonra 1943-cü ildə musiqi təhsilini davam etdirmək üçün Bakıya gəlmiş, Azərbaycan Konservatoriyasının nəzəriyyə, sonra isə bəstəkarlıq şöbələrində öz musiqi təhsilini davam etdirmişdir. Burada konservatoriyanı fərqlənmə diplomu ilə bitirən Süleyman Ələsgərov vətənpərvərlik haqqında mahnılar bəstələyir. Həzi Aslanovun xatirəsinə “Simfonik” poeması, “Məhəbbət gülü” musiqili komediyası, skripka, violonçel, fortepiano üçün triosu, “Gözlə məni, gözərəm”, “Xatirə” və başqa əsərləri məhz vətənpərvərlik mövzusunda yazmışdır. 1947-ci ildə Azərbaycan Dövlət Filarmoniyasında ifa edilmiş violonçel, fortepiano və simfonik orkestr üçün yazılmış ilk əsər kimi dinləyicilər tərəfindən çox yaxşı qarşılanmışdır. 1948-ci ildə bəstəkar Azərbaycan Konservatoriyası müasirlərinin həyatına həsr etdiyi “Vətən” simfoniyası ilə bitirir. 

Süleyman Ələsgərovun yaradıcılığında musiqili komediya janrı xüsusi yer tutur. Onun mərhum şair, alim, ədib Şıxəli Qurbanovun librettosuna yazdığı “Milyonçunun dilənçi oğlu” operettosu 1967-ci ildə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür. “Ulduz” operettosu isə təkcə Azərbaycanda deyil, Türkiyədə də tamaşaya qoyulmuş, onun əsasında C.Cabbarlı adına Azərbaycan Film Kinostudiyasında bədii film də çəkilmişdir. 1962-ci ildə bəstəkar Ə.Bədəlbəylinin və S.Qurbanovun librettosu əsasında yazılmış “Bahadır və Sona” operası M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulmuşdur. Bəstəkar bir neçə kantata, simfolik poemalar yaratmışdır. Bunlardan “Vətənə eşq olsun”, “Bahar təranələri”, “Bir bayraq altında” kontataların göstərmək olar. 

Süleyman Ələsgərovun “Bayatı-Şiraz” simfonik muğamı, tar və xalq çalğı alətləri orkestri üçün konsertləri, instrumental əsərləri də yaradıcılığında xüsusi yer tutur. 

Bəstəkar öz yaradıcılığında poema və mahnılara da yer ayırmışdır. S.Ələsgərovun Nizaminin sözlərinə yazdığı “Sərvi Xuramanım mənim”, M.Füzulinin qəzəlinə bəstələdiyi “Vətənimdir”, Nəsiminin “Neylərəm” romansları bu gün də ifaçılarımızın repertuarındadır. “Neftçi qız”, “Xəzər neftçisi” və “Pambıqçılar” mahnısı və s. mahnılar bəstəkarın yaradıcılığının zənginləşdirən əsərlərdəndir. S.Ələsgərov gənc nəslin tərbiyəsi sahəsində müəyyən işlər görmüşdür. Onun ümumtəhsil məktəbləri üçün yazdığı musiqi dərsliyindən uzun müddət şagirdlər istifadə etmişlər. Bəstəkar 2000-ci ildə Bakı şəhərində vəfat etmişdir. 

Əməkdar artist (tenor) Ramil Qasımov S.Rüstəmin “Qarabağ” mahnısını Konsertmeystr, Əməkdar artist Zülfiyyə Sadıqovanın iştirakı ilə ifa etdi. Süleyman Ələsgərovun həyat və yaradıcılığına həsr olunmuş “Xəyala dalarkən…” sənədli televiziya filminin nümayişini, Bəstəkarlar İttifaqının tədbirində tamaşaçılara göstərdilər. Film tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı. 

Bəstəkar Süleyman Ələsgərovun pedaqoji fəaliyyəti ilə bağlı sənətşünaslıq üzrə elmlər doktoru, dosent Leyla Zöhrabova geniş məlumat verdi. 

Beynəlxalq müşahidə laureatı Bəhruz Zeynal (tar) Konsertmeyster Rəna Zəkiyevanın müşayiətilə “Daimi hərəkət”i ifa etdi. 

Şuşa Rayon İcra Hakimiyyətinin Başçısının müavini Vüsalə Fətəliyeva Azərbaycan Bəstəkarlar İttifaqının Qarabağ bölgə təşkilatının yaradılmasında Süleyman Ələsgərovun böyük rolu olduğunu vurğuladı və bu barədə geniş məlumat verdi. 

Xalq artisti, professor, ADXÇAO-nin bədii rəhbəri və baş dirijoru öz işlədiyi sahədə S.Ələsgərovun xalq çalğı alətləri orkestrinin inkişafında bəstəkarın böyük rolu olduğunu bildirdi, çalğı alətləri haqqında yazılı məlumatlar verdi. Ağaverdi Paşayev S.Ələsgərovun 100 illiyinə həsr olunmuş Şəkidə keçiriləcək tədbirinə dəvət etdi. 

“Balaca çoban”ı Süleyman Ələsgərov adına 1 saylı Uşaq Musiqi məktəbinin II sinif şagirdi Nəsirli Qurban (violin) ifa edir, Konsertmeyster Aytən Cavadova müşayiət edirdi. 

Vokalist Quliyev İbrahim Habil oğlu müəllimi Ramil Qasımovun repertuarından  tədbirdə vokal ifa etdi, onu Konsermeyster Zülfiyyə Sadıqova müşayiət etdi. Mən Quliyev İbrahim Habil oğlu Rafiq Babayev adına 25 nömrəli orta ixtisas vokal məktəbini bitirmişəm. Hazırda Ramil Qasımovun təşəbbüsü altında yaradılan Bülbül vokal məktəbində Ramil müəllimin şagirdi olaraq təhsil alıram. Və mən bir Şuşalı övladı olaraq “Heydər Əliyevin 100 illiyi”nə həsr olunmuş müsabiqədə 1-ci yerə layiq görülmüşəm. Birinci Qarabağ döyüşündə Şuşa şəhərində şəhidlik zirvəsinə ucalan əmim Zaur Quliyev mənim gələcəkdə ölkəmizin Savadlı Vokalçılarından olub Şuşa şəhərində Bülbülün davamçısı kimi onun adını yaşadacağımı bilsəydi mənimlə qürur duyardı.

Əməkdar incəsənət xadimi, A.Zeynallı adına Bakı Musiqi Kollecinin direktoru Nazim Kazımov S.Ələsgərov haqqında xatirələrindən danışdı. 

Qanunçalanlar Ansanblı “Şalaxo” ifa etdilər, Bədii rəhbər, Əməkdar artist Təranə Əliyevanın iştirakı ilə. 

Sonra Şuşa İcra Hakimiyyətinin başçısı Bayram Səfərov S.Ələsgərovla bağlı xatirələrindən danışdı. Onun gözəl insan kimi hər an insanlardan köməyini əsirgəməyən, darda olana arxa duran bir insan olduğunu bildirdi. 

Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, aparıcı Səadət Təhmiraz qızı dedi ki, günlərlə, aylarla Süleyman Ələsgərovun yaradıcılığından danışsaq da qurtarmaz.

Bütün yaradıcılığı sənətkarlar tərəfindən bəyənilib, dövlət tərəfindən mükafatlandırılıb. Sonra gələn qonaqlara təşəkkür edib, minnətdarlığını bildirdi. Sonda İttifaq üzvləri ilə xatirə şəkilləri çəkdirdilər.

Mehriban Əmrullayeva








VİDEO

Yeni dünya düzəni - Azərbaycan balansı saxlayacaq, ya blok seçəcək?...

SON XƏBƏRLƏR

13.01.2025 | 22:33
13 ədədi həyəcan rəmzidir

13.01.2025 | 21:24
Ermənistan Azərbaycanın bu tələbini yerinə yetirməyə necə məcbur edildi...

13.01.2025 | 21:09
Avropanın Azərbaycan qazı ilə bağlı siyasətinin çox təhlükəli pərdəarxası gizlinləri var...

13.01.2025 | 20:55
Avroittifaqda heç kim Ermənistanı gözləmir, ölkə Rusiyanın liderlik etdiyi təşkilatlardan da qovulur

13.01.2025 | 20:41
Serbiya və Bolqarıstana Azərbaycandan qaz ixracı niyə dayandı - boruya kənar müdaxilə ehtimalına ekspert izah verir...

13.01.2025 | 20:28
Türk Dövlətləri Təşkilatı Rusiyaya qarşı anqlo-sakson layihəsidir?

13.01.2025 | 20:14
Avropa İttifaqının Ermənistandakı missiyasını ABŞ generalı idarə edir - TƏFƏRRÜATLAR...

13.01.2025 | 19:59
Azərbaycan Avropadan Mərkəzi Asiyaya keçidi bağlaya bilər - qitənin daha bir çətin sınağı...

13.01.2025 | 19:46
Çayçılığın inkişafı üzrə 10 illik Dövlət proqramı iflasa gedir - Kənd Təsərrüfatı Nazirliyi hara baxır?

13.01.2025 | 19:32
Müəllimlərin maaşını vahid dövlət əmək haqqı cədvəlinə daxil etmək olmaz?

13.01.2025 | 19:18
Fransa Əlcəzair xalqına qarşı müharibəni hələ davam etdirir...

13.01.2025 | 19:05
İctimai və dövlət maraqlarının vəhdət şəklində qorunması Azərbaycanda uğurla həyata keçirilir

13.01.2025 | 18:52
Syerra-Leone Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

13.01.2025 | 18:50
SOCAR-ın 3-cü "partiya dollar istiqrazı"nı alanlar nə qazana, nə itirə bilər...

13.01.2025 | 18:37
Rəqəmsal valyutaların qanuniləşdirilməsi Azərbaycana böyük ziyanlar vuracaq(?)...

13.01.2025 | 18:23
Deputat 20 milyonluq əmlakı necə qazanıb - üstəlik xəbərlərə reaksiya da yoxdur...

13.01.2025 | 18:20
Əbu-Dabidə Prezident İlham Əliyevin BƏƏ Prezidenti ilə görüşü olub - FOTO

13.01.2025 | 18:09
Ermənilərin qədim dedikləri dövlət tarixindən bir sərkərdənin qəbri yoxdur - niyə?

13.01.2025 | 18:06
Səfirlik təkzib etdi - yeni səfir Birol Akgün Bakıya gəlməyib

13.01.2025 | 17:55
Şabranda hadisə - şagirdi məktəbdən qovmaq çıxış yoludur?...

13.01.2025 | 17:42
Tramp Putinlə görüşə hazırlaşır - Ukrayna üzrə nümayəndə isə belə sözlər danışır...

13.01.2025 | 17:30
Ucarda uşaq yazıçısı Gülzar İbrahimova ilə görüş keçirildi

13.01.2025 | 17:29
Kilsənin bir addımlığında Azərbaycan əleyhinə hərbi istehkam - ermənilər köhnə taktikanı davam etdirir...

13.01.2025 | 17:26
Azərbaycan şirkətləri milyardlarla depozitlərini banklardan çəkir...

13.01.2025 | 17:15
Ukrayna 2022-ci ildə Gürcüstandan nə istəyib? - "Sonradan münasibətlər gərginləşdi..."

13.01.2025 | 17:03
Makronun dövlət vəsaitini mənimsəyən nazirinə iş açıldı

13.01.2025 | 16:50
Ukraynada 300-ə yaxın şimali koreyalı döyüşçü öldürülüb - Cənubi Koreya kəşfiyyatı açıqladı...

13.01.2025 | 16:35
Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlar başladı

13.01.2025 | 16:30
Qarabağla bağlı əlyazmalar daha geniş tədqiq olunacaq

13.01.2025 | 16:06
Gürcüstan XİN rəhbərinin Azərbaycana səfər tarix məlum oldu

13.01.2025 | 15:53
Pentaqon ABŞ-ın müdafiə büdcəsini 1 trilyon dollara çatdırmağı təklif etdi

13.01.2025 | 15:22
Erməni nazir: "Hökumət Avrasiya İqtisadi İttifaqından çıxmağı nəzərdən keçirmir"

13.01.2025 | 15:09
Sabirabad sakini 6 kiloqram narkotik və odlu silahla tutuldu

13.01.2025 | 14:47
Bilgəh sahilində suiti və quşların ölümü ilə bağlı araşdırma başladı

13.01.2025 | 14:17
Bakıda oğurluq edən şəxslər saxlandı

13.01.2025 | 14:11
Prezident İlham Əliyev və Şeyx Məhəmməd bin Zayed Al Nəhyan birgə nahar ediblər

13.01.2025 | 14:00
İxrac pullarını ölkəyə qaytarmayanların işi məhkəməyə göndərildi

13.01.2025 | 13:46
İran Fransaya nota verdi

13.01.2025 | 13:30
Ötən il itkin düşmüş kişini arvadı yox, oğlu öldürüb - Baş Prokurorluq açıqladı

13.01.2025 | 13:16
İsrailin yeni səfiri təyinatı ilə bağlı paylaşım etdi...

13.01.2025 | 13:03
Теперь Платошкин угрожает Азербайджану - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

13.01.2025 | 12:20
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfər edib - FOTO

13.01.2025 | 12:00
Ermənistana və havadarlarına SƏRT XƏBƏRDARLIQ!

13.01.2025 | 11:30
İki gündə 62,6 kiloqramdan çox narkotik vasitə aşkarlanıb - polisdən AÇIQLAMA

13.01.2025 | 11:30
14 qələbə - "Atletiko"dan yeni REKORD

13.01.2025 | 11:20
"Ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək..." - DYP sürücülərə müraciət etdi

13.01.2025 | 11:15
İranda qadın hüquq müdafiəçisi həbsxanada ölüb

13.01.2025 | 11:05
Tərin tərkibində olan elementlər ən təsirli göz dərmanıdır

13.01.2025 | 11:03
Paşinyanın Azərbaycana qarşı 12 şərti - CANLI

13.01.2025 | 11:00
İranlı deputatlar İrəvandadır

13.01.2025 | 10:30
Yasamalda avtomobil piyadanı vuraraq öldürüb

13.01.2025 | 10:20
İki məşhur aktyor yeni serialda

13.01.2025 | 10:15
ABŞ-ın gələcək vitse-prezidenti Baydeni "BOMBALADI"

13.01.2025 | 10:10
“Qarabağ” - FCSB matçının biletləri satışda - ən ucuzu 5 manat, ən bahalısı 300 manat...

13.01.2025 | 10:05
Lənkəranda evdən kişi meyiti tapılıb

13.01.2025 | 10:00
NATO ölkələrinə hücum etməyəcəyik - Moskvadan AÇIQLAMA

13.01.2025 | 09:30
ABŞ-dakı yanğın faciəsi böyüyür - 8 milyon insan təhlükədədir...

13.01.2025 | 09:20
"Əsirləri qaytarıram, amma.." - Zelenski Koreya liderinə ŞƏRT QOYDU

13.01.2025 | 09:12
Sumqayıtda DƏHŞƏT - bir ailənin 5 üzvü dəm qazından zəhərləndi!

13.01.2025 | 09:05
Cəbrayıla daha 39 ailə köçürüldü

13.01.2025 | 09:00
"Barselona" "Real"ı əzdi, Superkubokun qalibi oldu!

12.01.2025 | 23:16
Tramp-Putin görüşünə hazırlıqlar başladı - ilk addım yaxın günlərdə atıla bilər...

12.01.2025 | 22:57
Polşa Moskvaya gedən Slovakiya deputatlarının təyyarəsinə yol vermədi...

12.01.2025 | 22:35
Slovakiya ilə Ukrayna arasında gərginlik artır - Fiko Zelenskini “dilənçi, şantajçı” adlandırdı...

12.01.2025 | 22:09
İranı korrupsiya qalmaqalı bürüdü - neft və əczaçılıq sahələrində milyardlarla dollar necə yoxa çıxıb...

12.01.2025 | 19:07
Co Bayden çərşənbə günü vida nitqi söyləyəcək

12.01.2025 | 14:35
Putin Trampdan NATO-nu şərq sərhədlərindən çəkməsini istəyəcək...

12.01.2025 | 14:14
"Şahdənizdən" Bolqarıstan və Serbiyaya qaz nəqlinin dayanması ətrafında çox həssas durum var...

12.01.2025 | 13:20
Biləsuvarda narkokuryer külli miqdarda narkotik və həblərlə yaxalandı...

12.01.2025 | 12:38
ABŞ-dakı yanğınlarla bağlı iddia - Xilasedicilər varlıların iqamətgahlarının yerləşdiyi ərazilərə yönəldilir...

12.01.2025 | 12:12
İrandan meşə yanğınları ilə bağlı ABŞ-a sürpriz təklif - yardım göndərməyə hazırıq...

12.01.2025 | 11:54
Sumqayıtda avtomobildə baş verən yanğında 1 nəfər yanaraq ölüb

12.01.2025 | 11:23
Bakıda avtomobillərə qənim kəsilən 2 oğru yaxalandı

11.01.2025 | 21:52
Türkiyə ordusu Suriyaya girir - geri sayım başladı...

11.01.2025 | 21:36
Şolts iki alman nazirin Ukraynaya 3 milyardlıq hərbi yardım paketini blokladı...

11.01.2025 | 21:09
Proses başladı - Türkiyədə 14 millət vəkilinin toxunulmazlığı ləğv edilir...

11.01.2025 | 21:04
Yazıçı Gülzar İbrahimovanın Ağdaş və Zərdab rayonlarının oxucuları ilə görüşləri keçirildi

11.01.2025 | 19:19
"Seymur Talıbov 3,1 milyon manat "şapka pulunu" cəzasız yeyə bilər"(?) - 144 milyonun kimə çatdığı hələ bir yana...

11.01.2025 | 18:07
Makron Azərbaycandakı fransız şirkətlərini ilginc duruma saldı...

11.01.2025 | 17:38
Bayden təhlükəni etiraf etdi - Los-Anceles yanğınlarında ölənlərin sayı artacaq...

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031