KÖHNƏ VERSİYA            

"Seymur Talıbov 3,1 milyon manat "şapka pulunu" cəzasız yeyə bilər"(?) - 144 milyonun kimə çatdığı hələ bir yana...

Image

Şəmsəddin Əliyev: "Bu cür məhkumlara hər hansı bir yüngülləşdirici halın tətbiq edilməsi yolverilməzdir"

Naxçıvan Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən Naxçıvan Muxtar Respublikasının sabiq maliyyə naziri Rəfael Əliyev və Muxtar Respublikanın Dövlət Gömrük Komitəsinin sabiq şöbə rəisi Mənsur Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Mediada yayılan məlumata görə, hər iki təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.4-cü (Xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israfetmə) maddəsi ilə ittiham olunub. M.Əsgərov vəzifədə işlədiyi dövrdə ümumilikdə 273 milyon manat, R.Əliyev isə 144 milyon 218 min 722 manat məbləğində vəsaiti mənimsəmə yolu ilə talamaqda ittiham edilib. M.Əsgərov ifadəsində açıq şəkildə deyir ki, yığılan pulu rəhbərliyə hesabatla təhvil verib. Üstəgəl, qeyri-qanuni yığımları da rəhbərliyin göstərişi ilə yığıblar.

Çox maraqlıdır ki, həmin pulu hesabatla təhvil alan rəhbər şəxslər məhkəməyə şahid qismində belə dəvət edilmir. R.Əliyev isə məhkəmə zalında pul verilən adamın adını çəkir ki, postlara təhkim olunmuş inspektorlar tərəfindən toplanan rüsumlar günün sonunda idarənin şöbə rəislərinə, şöbə rəisləri ay sonunda idarə rəislərinə, idarə rəisləri isə həmin vəsaiti komitənin sabiq sədri Asəf Məmmədova təhvil verirdi.

Bununla yanaşı o, həm də etiraf edir ki, qeyri-qanuni yığılan 10 faizlik rüsumdan formalaşan 3 milyon 120 min manat məbləğində pulu hesabatla birlikdə şəxsən Vasif Talıbovun oğlu Seymur Talıbova təqdim edib.

Təqsirləndirilən şəxslərin günahkar olduğu aydındır. Amma nəzərə alınmalıdır ki, bu cinayət əməli onların özbaşına fəaliyyətinin nəticəsi deyil, bu işin rəhbərlik səviyyəsində təşkil edildiyini anlamaq üçün heç hüquqşünas olmağa da ehtiyac yoxdur. Elə isə nəyə görə işin təşkilatçıları, bütün icraçıları və həmin vaxt Naxçıvanın rəhbəri olmuş Vasif Talıbov, onun oğlu və digər məsul şəxslər məsuliyyətə cəlb edilmir? Hökmdə zərərin ödənilməsi barədə heç bir bənd yoxdur, bu necə olur?

Hüquqşünas Şəmsəddin Əliyev “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirdi ki, cəmiyyətdə böyük rezonans doğuran bu məhkəmə işində məni daha çox təəssüfləndirən ittiham edilən dövlət məmurlarının xəyanətidir: "Xəyanət edənlərə etibar etmək, onlara yenidən vəzifə vermək əsla mümkün deyil. Qədim Çin filosofu Konfutsi deyir ki, xəyanət etmiş insanların yanına qayıtmaq, onlara inanmaq əsla mümkün deyil, çunki onlar heç vaxt dəyişmirlər. Burada dövlətin iqtisadi əsaslarına yönələn xüsüsilə təhlükəli cinayət əməli baş verib. Xüsusilə külli miqdarda dövlət vəsaiti məmurlar tərəfindən mənimsənilib. Məmurlar şəxsi maraqlarını önə çəkiblər, dövlət, ümumxalq və vəzifə maraqlarını ayaqlar altına atıblar. Bu cinayətlər qəsdən törədildiyindən bunun başqa qiyməti ola bilməz. Bu məmurlar qeyri-qanuni işlər gördüklərinin fərqində olub, etiraf edirlər ki, aylıq "paket" alırdım, qeyri-qanuni rüsum yığırdım, onu filankəsə verirdim və s. Burada Seymur Talıbovun və başqalarının adı çəkilirsə, olar mütləq prosesə cəlb edilməlidir.
 Hakim elan etdiyi hökmlə cəzanın məqsədini də elan etmiş olur. Cinayət Məcəlləsində isə cəzanın məqsədi üç əlamətdən ibarətdir. Birincisi, sosial ədalət bərpa edilməlidir, ikincisi, gələcəkdə törədilə biləcək bu qəbildən olan cinayətlərin qarşısı alınmalıdır, üçüncüsü, müttəhimlər islah edilməlidir. Məhkəmə hökmü bu üç əlaməti özündə ehtiva etməlidir. Cəzanın vahiməsi - radiusu o qədər geniş olmalıdır ki, onun şahidi olanlar belə cinayəti törətməkdən çəkinsinlər. Bu cür məhkumlara hər hansı bir yüngülləşdirici halın tətbiq edilməsi yolverilməzdir. Çünki bu məmurlar cinayəti qəsdən, məqsədyönlü şəkildə törədiblər və ondan bəhrə gözləyiblər. Ona görə də yüngülləşdirici hal nəzərdə tutula bilməz.

Digər tərəfdən, bu məmurlar öz vəzifə funksiyalarına xəyanət ediblər. Bu cinayətin kökü çox dərinə gedir. Hesab edirəm ki, məhkəmə zamanı pulun birbaşa Seymur Talıbova verilməsi halı aşkarlanan kimi hakim istintaqı dayandırmalı və sonrakı mərhələdə həmin adam heç olmasa şahid qismində prosesə cəlb edilməli idi. Hakim hər bir epizod üzrə xüsusi araşdırma aparmalı, vəzifəli şəxslərin günahlarını ört-basdır etməməli idi. Düşünürəm ki, məhkəmənin bu cür gedişi və dövlət adından belə qeyri-adekvat hökmün elan edilməsi qəbuledilməzdir. Yəqin ki, Baş Prokurorluğun nümayəndəsi öz etirazını bildirəcək və sonrakı instansiyalar isə bu qərarı təsdiqləyib hüquqi qüvvəyə mindirməyəcək.

Digər tərəfdən, burada dövlətə dəymiş zərərin ödənilməsi məsələsi var. Bu da cinayət-prosessual qanunvericiliyin mühüm şərtlərindəndir. Bu barədə qərarın olub-olmaması informasiyadan aydın deyil. İnzibati icraat haqqında qanunun tələblərinə istinad etsək, orada qeyd edilir ki, dövlət orqanlarının və yaxud onların vəzifəli şəxslərinin hərəkəti və ya hərəkətsizliyi nəticəsində dəyən ziyanın ödənilməsi qaydası belədir ki, zərəri ya dövlət orqanı özü ödəyir, sonradan günahkar şəxsdən reqres qaydada tutur, ya da vəzifəli şəxs özü ödəyir. Ödəməzsə yenidən məhkəmə qarşısında inzibati iddia qaldırılır.

Nəticə olaraq qeyd edim ki, məhkəmənin bu hökmü ilə sosial ədalət bərpa olunmayıb, gələcəkdə baş verə biləcək bu tip cinayətlərin qarşısının alınması, cinayətkarların islah edilməsi hədəflənməyib. Əksinə bu hökm hazırda vəzifədə olan məmurların bu yolla öz şəxsi maraqlarının təmin edilməsində şirnikləndirici rol oynayıb".

Dəniz NƏSİRLİ







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Qazaxıstan təyyarənin "qara qutu" şifrələrini hələ Azərbaycana verməyib - maraqlıdır...

Lavrov Bakı-İrəvan sülhündə həll olunmamış hansı 2 məsələdən danışır?

Polis Akademiyasına qəbul prosesi genişləndirildi...

SON XƏBƏRLƏR

16.01.2025 | 00:44
“Şərqin Qapısı”nı pis niyyətlə “döyən” hay kilsəsi...

15.01.2025 | 23:56
Qəzza zolağında atəşkəs razılaşması əldə olundu... - Tramp elan etdi...

15.01.2025 | 22:30
Azərbaycan XİN Ermənistanı tutarlı tarixi faktlarla vurdu - bunu bütün dünya bilir...

15.01.2025 | 22:18
Rusiya İstintaq Komitəsi Aktauda təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi

15.01.2025 | 21:12
Ermitajın məşhur Şərq zalında Qaraköpəktəpə eksponatlarını erməniləşdiriblər...

15.01.2025 | 20:56
Bayden son anda da Fələstin xalqının “dövlət haqqını” tanımadı...

15.01.2025 | 20:41
Qazaxıstan təyyarənin "qara qutu" şifrələrini hələ Azərbaycana verməyib - maraqlıdır...

15.01.2025 | 20:27
Türkiyədə yenidən AKP-PKK barışıq prosesi başladı - son nə olacaq?

15.01.2025 | 20:12
ABŞ-Ermənistan sazişi Bakı-İrəvan sülhünü arxaya atır...

15.01.2025 | 19:58
İrəvan Moskvaya dalbadal 3 zərbə vurdu - Roma statutu, Avroittifaqa üzvlük, ABŞ-la saziş...

15.01.2025 | 19:44
ABŞ Ermənistanın ərazi bütövlüyü və suverenliyini qoruyacaq - Lavrov narahatlığını formal təmkinlə örtmək istədi...

15.01.2025 | 19:31
Mərkəzi Asiya ölkələri Azərbaycan üzərindən Avropaya elektrik ixracı imkanları axtarır...

15.01.2025 | 19:17
Gürcüstanda Qərbyönümlü bütün müxalifəti ləğv edirlər...

15.01.2025 | 19:03
Ermənistan ABŞ-ın "anti-İŞİD koalisiyasına" qoşuldu - terror dövlətindən paradoksal gediş...

15.01.2025 | 18:48
ABŞ-Ermənistan strateji sazişinin arxasında nələr yatır?

15.01.2025 | 18:34
Lavrov Bakı-İrəvan sülhündə həll olunmamış hansı 2 məsələdən danışır?

15.01.2025 | 18:20
Ən çox şikayətlər bu 3 bankdan gəlir...

15.01.2025 | 18:14
Daha 28 keçmiş məcburi köçkün ailəsi doğma yurda qovuşdu...

15.01.2025 | 18:07
Azərbaycanda dini icma üzvünün başına 200 min dollar qoyulub... Kimdir?

15.01.2025 | 17:53
ABŞ Ermənistanın sərhədlərini nəzarətə götürür...

15.01.2025 | 17:40
Yeni dünya düzəni, D-8, Türk Dövlətləri Təşkilatı... Azərbaycanın təşəbbüsləri....

15.01.2025 | 17:27
ABŞ erməniləri Azərbaycanın "Boeing" yük təyyarəsi almasına qarşı kampaniyaya başladılar...

15.01.2025 | 17:14
Polis Akademiyasına qəbul prosesi genişləndirildi...

15.01.2025 | 17:08
Məktəblərdə telefon QADAĞAN EDİLDİ

15.01.2025 | 16:53
Küveyt Vəliəhdi Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

15.01.2025 | 16:51
Myanma İttifaqı Dövlət İdarə Şurasının Sədri Prezident İlham Əliyevə başsağlığı verdi

15.01.2025 | 16:41
Nəqliyyat və Kommunikasiya Holdinqinin Nizamnaməsi təsdiq edildi

15.01.2025 | 16:35
Baydenin komandası Rusiyanın dondurulmuş aktivlərini başqa bir hesaba köçürməyi təklif etdi...

15.01.2025 | 16:35
Prezident Bələdiyyələrin maliyyəsinin əsasları haqqında qanuna dəyişikliyi təsdiqlədi

15.01.2025 | 16:08
Lavrov ABŞ və PKK/YPG-ni sərt tənqid etdi -onlara dedik, Türkiyə buna imkan verməyəcək...

15.01.2025 | 15:51
Ölkə Prezidenti COP29-da iştirak edən 76 BMU könüllüsünü təltif edib

15.01.2025 | 15:44
Vətəni canından artıq sevən Fərid

15.01.2025 | 15:25
“Media nümayəndələrinin dağ-mədən sahəsində məlumatlılığının artırılması” layihəsində iştirak etmiş jurnalistlərlə görüş keçirilib - FOTO

15.01.2025 | 15:13
Ermənistan ABŞ-ın boyunduruğunu qəbul etdi - Putinin silləsi qapıdadır...

15.01.2025 | 14:30
Bakıda avtomobildən 33 kiloqrama yaxın marixuana aşkarlandı

15.01.2025 | 14:15
Ermənistan Rusiyaya nota verdi...

15.01.2025 | 13:53
Qaradağda oğurluqda şübhəli bilinən 2 şəxs saxlandı

15.01.2025 | 13:45
COP29 könüllülərinə pul mükafatı verilir

15.01.2025 | 13:31
Üç gün ardıcıl iş olmayacaq

15.01.2025 | 13:18
Bakıda maşın qaçıran şəxs saxlandı

15.01.2025 | 13:15
Azərbaycanda dini qurumlara maliyyə yardımı göstəriləcək - SƏRƏNCAM

15.01.2025 | 13:11
Полный бред Ходорковского про Азербайджан - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

15.01.2025 | 12:51
Azərbaycan XİN-dən ABŞ səfirliyinə cavab - xarici müdaxilə qəbuledilməzdir...

15.01.2025 | 12:37
Şuşa, Xocalı və Ballıcaya növbəti köç yola düşdü - FOTO

15.01.2025 | 12:22
Cəlilabadda 28 yaşlı kişi 10 kiloqram narkotiklə tutuldu - FOTO

15.01.2025 | 12:05
Rudi Qarsiya “Beşiktaş”a "HƏ" dedi

15.01.2025 | 12:00
Prezident İlham Əliyev Kayrat Sarıbayı qəbul edib - YENİLƏNİB

15.01.2025 | 11:30
“Səma xanımı” filminin təqdimatı keçirilib

15.01.2025 | 11:20
Azərbaycandan Avropaya qaz satışı bir ildə 9 faizdən çox artıb

15.01.2025 | 11:10
ABŞ - Ermənistan strateji Xartiyası. Vəziyyət ciddiləşir - CANLI

15.01.2025 | 11:10
Bərdədə odlu silah satmaq istəyən şəxs yaxalandı

15.01.2025 | 11:05
"Qurulan inklüziv hökuməti dəstəkləyirik" - İrandan Suriya açıqlaması

15.01.2025 | 11:00
İşlədikləri mağazadan 48 min manatlıq oğurluq edənlər yaxalandı

15.01.2025 | 10:30
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Moldovadan ekstradisiya edilib - Baş Prokurorluq

15.01.2025 | 10:28
Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası təsdiqlənib - Baş nazirdən QƏRAR

15.01.2025 | 10:20
Ötən gün 110 cinayətin üstünün açılması təmin olunub - DİN

15.01.2025 | 10:10
Məşhur aktyor "Deha" serialında

15.01.2025 | 10:08
"Təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq" - yol polisindən sürücülərə ÇAĞIRIŞ

15.01.2025 | 10:00
Ermənistan ABŞ-ın anti- İŞİD koalisiyasına niyə qoşuldu? Rusiyaya xəyanətin yeni forması.. Başqa şeylər də var...

15.01.2025 | 09:40
35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub - TƏBİB-dən açıqlama

15.01.2025 | 09:24
Xaricdən gətirilən heyvan və quş ətləri yerli məhsuldan daha ucuz satılır - səbəb...

15.01.2025 | 09:20
Rusiyaya BƏD XƏBƏR - 16-cı sanksiyalar paketi qapədadər

15.01.2025 | 09:10
Qvardiolanın üzü gülmür - "Mançester Siti" yenə xal itirdi...

15.01.2025 | 09:05
Göyçayda narkotik vasitədən istifadə edən sürücü həbs olundu

15.01.2025 | 09:00
Və bu ölkədə polis Prezidenti həbs etdi - SON DƏQİQƏ

15.01.2025 | 08:39
Tikinti sahibkarlarının vergisi azaldıldı - mənzilin qiymətində nə gözlənilir...

14.01.2025 | 22:57
ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzaladı

14.01.2025 | 21:20
Parisdə daha bir rüsvayçılıq - 100 idmançı medallarını Makronun üstünə atdı...

14.01.2025 | 21:06
Mirzoyan hakimiyyətdən gedən Baydenin “yaxasından düşmür”...

14.01.2025 | 20:52
Avroittifaqın Ermənistandakı "mülki missiyası" Azərbaycana hesabat verir?..

14.01.2025 | 20:37
Fransa Əlcəzairə faktiki müharibə elan etdi - 1968 və 1999-cu il müqavilələrinin ləğvi tələb edilir...

14.01.2025 | 20:33
Fəlsəfə doktorları və professorların bəxti açıldı, ekspedisiyaçı alimlərin də istəyi var...

14.01.2025 | 20:23
Azərbaycanda 12 sığorta şirkəti sıradan çıxarıla bilər...

14.01.2025 | 20:09
Moskva Paşinyana qarşı “beşinci kolon”u işə saldı...

14.01.2025 | 19:55
ABŞ Qrenlandiyanın ələ keçirilməsinə başladı - Konqresə qanun layihəsi daxil oldu...

14.01.2025 | 19:28
Trampın 5 faiz tələbinə NATO üzvlərindən cavab - SSRİ 6 faiz tələb etdi və dağıldı...

14.01.2025 | 19:15
İsrailin Bakıdakı yeni səfiri nə vaxt mətbuat konfransı keçirəcək...

14.01.2025 | 19:00
Azərbaycana xam palma yağı idxalı ilbəil artır - yağ nəyə sərf edilir?...

14.01.2025 | 18:46
Tramp komandasından Zelenskiyə ilk açıq mesaj - güzəşt və atəşkəs...

14.01.2025 | 18:32
Ermənistanın Azərbaycanda törətdiyi heç bir cinayət cəzasız qalmayacaq...

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031