Bilgəh sahilində suiti və quşların ölümü ilə bağlı araşdırma başladı
Suiti və quşların ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə nümunələr götürülüb. Trend xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev bildirib.
O qeyd edib ki, Xəzər dənizinin Bilgəh qəsəbəsi sahilində aşkarlanan suiti və quş cəsədləri ilə bağlı, suiti və quşların ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Bioloji Müxtəlifliyin Qorunması və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətlərinin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən cəsədlərdən nümunələr götürülüb.
Xidmət rəsmisinin sözlərinə görə analizlərin nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.