Tramp-Putin görüşünə hazırlıqlar başladı - ilk addım yaxın günlərdə atıla bilər...
Yeni ABŞ prezidenti Trampın milli təhlükəsizlik üzrə müşaviri Maykl Vals Trampla Rusiya prezidenti Vladimir Putin arasında mümkün görüş üçün hazırlıqların başladığını açıqlayıb.
Vals bildirib ki, görüşün mahiyyəti və vaxtı ilə bağlı təfərrüatlar hələ aydın deyil, lakin liderlər arasında telefon danışığı yaxın günlərdə və ya həftələrdə baş tuta bilər. Vals Trampın Ukrayna böhranının sülh yolu ilə həlli üçün Rusiya ilə dialoqun qurulmasının qaçılmaz olduğuna inandığını bildirib və toqquşmaların dayandırılmasının bu prosesə doğru ilk addım ola biləcəyini vurğulayıb.
TAHİR