"Şahdənizdən" Bolqarıstan və Serbiyaya qaz nəqlinin dayanması ətrafında çox həssas durum var...
"Güman ki, çox yaxın günlərdə Azərbaycanın Serbiya və Bolqarıstana qaz nəqli bərpa olunacaq.Bu günlərdə BP- Azərbaycan şirkəti Şahdənuz yatağının "Alpha" platformasından qaz istehsalının dayandırıldığını bildirib. Səbəb kimi isə Şahdənizdən Səngəçala qədər uzanan sualtı kondensat boru kəmərində yaranmış nasazlıq göstərilir .Nasazlığın mahiyyəti, xarakteri və nə səbəbdən yarandığı bildirilmir. Bu üzdən bəzi müşahidəçilər borulara fiziki müdaxilə ehtimalının olduğunu da ən zəif səviyyədə ehtimal etsələr də, sonda yəqin ki, belə ehtimalların tutarsız olması təsdiqlənəcək. Lakin hər şey mümkündür..."
Bu barədə “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb. A.Quliyev daha sonra yazır: "Avropanın hazırda qaz təchizatı ilə bağlı olduqca həssas durum yaranıb.Ukrayna üzərindən Avropaya qaz nəqli yanvarın 1- dən Ukrayna tərəfindən dayandırılıb.Hazırda Şərqi Avropaya boru vasitəsilə qaz yalnız Azərbaycanın Cənub Qaz və Rusiyanın Türk axını kəməri ilə nəql edilir.Ukrayna qazı kəsəndən sonra Macarıstan, Slovakiya və Avstriya olduqca pis duruma düşüblər
Belə vəziyyətdə Azərbaycanın Cənub Qaz kəməri vasitəsilə qaz alan Bolqarıstan və Serbiyanın qazının kəsilməsi hər cür siyasi spekulyasiyalara yol aça bilər.Bütün mümkün siyasi spekulyasiyaların qarşısını qaz nəqlinin mümkün qısa müddətdə bərpası ilə almaq olar...."
Mətləb