Çərşənbə axşamı günü, 15 iyul 2025
     

Avropa İttifaqının Ermənistandakı missiyasını ABŞ generalı idarə edir - TƏFƏRRÜATLAR...

Image

Avropa İttifaqının (Aİ) Xarici İşlər və Güvənlik Siyasəti üzrə Ali Nümayəndəsi qurumun Ermənistandakı mülki missiyasının müddətinin daha iki il uzadılmasını təklif edib. Aİ Ali Nümayəndəliyinin mətbuat xidmətindən "Azatutyun" radiosuna bu xüsusda aşağıdakılar bildirilib: 

"Avropa İttifaqına üzv dövlətlər təklifi müsbət qarşılayıb və hazırda Avropa İttifaqı Şurasının müvafiq qurumları ilə gərəkli hüquqi aktlar müzakirə edilir. Aİ Şurasının missiya müddətinin uzadılmasına dair qərarının yaxın günlərdə veriləcəyi gözlənilir".

Rəsmi Bakı Aİ-nin Ermənistandakı mülki missiyasını casusluq və regional sabitliyə zərbə vurmaqda suçlayır. Aİ-nin Xarici İşlər və Güvənlik Siyasəti üzrə Ali Nümayəndəsinin Ofisi bu ittihamları belə cavablayıb: "Aİ-nin Ermənistandakı missiyasının mandatı çox aydındır: Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində müşahidə aparmaq, hesabat hazırlamaq və Aİ-nin Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə səylərinə öz töhfəsini vermək. Monitorinq missiyası göndərildikdən sonra sərhədyanı ərazilərdə silahlı insidentlərin sayı xeyli azalıb. Məlum olduğu kimi, Aİ missiyanın fəaliyyəti barədə Azərbaycanı ara vermədən bilgiləndirir". Aİ-nin Ermənistandakı missiyası Azərbaycanda müxtəlif səviyyələrdə tənqidə tutulur. Bir neçə gün öncə Azərbaycan prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Aİ-nin sözügedən missiyasını tənqid edib. O bildirib ki, daha əvvəl Aİ Ermənistana göndərdiyi mülki missiyanin mandatının 2 ay sürəcəyini və 40 -a yaxın nümayəndədən ibarət olacağını bildirsə də, sonradan bu razılaşmanı pozub: "Bizimlə heç bir razılıq olmadan onlar nəinki bu missiyanın müddətini uzatdılar, sayını artırdılar, həm də Avropa İttifaqının üzvü olmayan ölkəni dəvət edərək mahiyyətcə etimadı qırdılar. Sonra, necə deyərlər, bu binoklla rüsvayçı nümayişlər... Onlar yarıhərbi geyim, çəkmələr geyinir və oraya hansısa döyüşçülər kimi gedirlər". Ermənistan xarici işlər naziri Ararat Mirzoyan isə günlər öncə ötən ilin yekunlarına dair mətbuat konfransında deyib ki, Aİ-nin mülki missiyasına onun ölkəsinin ehtiyacı var: "Aİ-nin Ermənistanda yerləşən mülki missiyası indiki durumda mühüm amildir. Nə qədər ki Ermənistanın delimitasiya edilmiş sərhədi yoxdur, Azərbaycanla sərhədləri müəyyənləşdirilməmiş ərazilərimiz var, bizim Aİ-nin mülki missiyasına ehtiyacımız olacağından əminik". Xatırladaq ki, Aİ missiyası Ermənistan hökumətinin rəsmi müraciəti əsasında yaradılıb. Aİ-nin Ermənistandakı missiyası 2023-cü il fevralın 20-də qurumun Xarici İşlər Şurasının qərarı ilə fəaliyyətə başlayıb. Missiyanın ikiillik mandatı var və bu il həmin mandatın müddəti bitir. Onun heyətinə Aİ-yə üzv 23 ölkədən və Kanadadan olan müşahidəçilər və mülki ekspertlər daxildir. Mülki missiya Azərbaycanla sərhədin Ermənistan tərəfində yerləşdirilib. Missiyanın Ermənistanın Azərbaycanla bir neçə sərhədyanı bölgəsində əməliyyat ofisləri də var.

Qeyd edək ki,  şərti sərhəddə avropalı müşahidəçilərə heç bir ehtiyac yox idi, indi də yoxdur. Missiyanın rəsmi olaraq Avropa İttifaqına məxsus olması hesab edilsə də, onun faktiki idarəçiliyi Avropada NATO-nun Birləşmiş Silahlı Qüvvələrinin ali komandanlığı ilə sıx əlaqədə həyata keçirilir. Komandanlığa isə ABŞ Hərbi Hava Qüvvələrinin generalı, Bosniya və Əfqanıstandakı missiyalarda işləmiş Kristofer Kavoli rəhbərlik edir. Bütün bunlar missiyanın geosiyasi məqsdəqlər güddüyünü də göstərir. Bəllidir ki, Qərbin Ermənistan planında Moskvanın bölgədən sıxışdırılıb çıxarılması prioritet məsələdir. Bundan başqa, hər vəchlə İrəvanın KTMT-dən uzaqlaşmasına və yekunda Rusiyaya məxsus 102 saylı hərbi bazanın ölkədən çıxarılmasına çalışılır. Ona görə də Avropa İttifaqı Ermənistandakı missiyasının üzvlərinin sayını artırır. Missiya üzvlərinin sayının artırılması, Rusiyaya qarşı ittihamların hədəfi bəllidir: Ermənistanı Ukraynaya, Suriyaya çevirmək. Artıq bu istiqamətdə müəyyən irəliləyişlər də var. Rusiya XİN dəfələrlə Aİ missiyasının regiona yerləşdirilməsini, Azərbaycanla razılaşdırılmadan missiyanın Ermənistandakı fəaliyyətini genişləndirməsini pisləyib. Rusiya dəfələrlə missiyanın məqsədinin Ermənistandakı Rusiya qüvvələrini izləmək, casusluq fəaliyyəti olduğunu bildirib. Bununla belə, Moskva regionu bütün geosiyasi oyunçular üçün "açıq qapı"ya çevirən Ermənistan rəhbərliyini Aİ missiyasının səmərəsiz fəaliyyətinə inandıra bilməyib. Daha artıq təəccübü isə İran doğurur. Tez-tez qonşu dövlətlərin ərazi bütövlüyünü öz "qırmızı xətti" adlandıran rəsmi Tehran Aİ missiyasının sərhədlərində yerləşməsinə hər hansı reaksiya verməyib, "qırmızı xət"lərinin pozulmasına göz yumub. İndilikdə isə 2022-ci ilin oktyabrında regiona gələn Aİ missiyasının ötən müddətdəki fəaliyyətinə baxanda onun Azərbaycanla Ermənistan arasında etimad yaratma missiyasının bilərəkdən iflasa uğratdığı, Ermənistan ərazisində Azərbaycana qarşı platsdarm yaratdığı, Ermənistanın militarizasiyasına dəstək verdiyi, regionun digər ölkələrinə də təhlükə yaradan hərbi və casusluq fəaliyyəti ilə məşğul olduğu üzə çıxır. Belə vəziyyət regionda sülh prosesinə ciddi şəkildə xələl gətirir.

Nahid SALAYEV



VİDEO

SON XƏBƏRLƏR

15.07.2025 / 22:43
Yekaterinburqda Azərbaycan diaspor rəhbərinin oğlu saxlandı

15.07.2025 / 21:31
Tramp Putinə qarşı sərt addımlar üçün 50 gün gözləməyəcək...

15.07.2025 / 21:16
Ölkəyə gələn 31 tonun içində ərəb qızılı yoxdur - niyə?..

15.07.2025 / 21:02
AB Ermənistana 2,5 milyard avro dəstək qərarı verdi...

15.07.2025 / 20:47
“60 kənd boşaldılır, 300 min azərbaycanlı qayıdır” - Qərb daha çox şey gözləyirmiş...

15.07.2025 / 20:33
Zəngəzur dəhlizində 3-cü dövlətin nəzarəti ideyası kimə məxsusdur?

15.07.2025 / 20:20
Trampın bu 50 günü əvvəlki “60, 90 günlərə dönməsə yaxşıdır”...

15.07.2025 / 20:06
“3 dövlət birləşir” - Bakı-Dəməşq “qaz əməkdaşlığına” erməni mediasından hücum başladı...

15.07.2025 / 19:52
Rusiya Akkuyu AES-lə bağlı Türkiyəyə qəbuledilməz şərt qoydu...

15.07.2025 / 19:39
“Dini qurumlarla bu mövzu ətrafında toplaşmağımız çox əhəmiyyət daşıyır”- Rəşad Məcid

15.07.2025 / 19:37
Ermənistanın ağır müharibə cinayətləri məhkəmədə bir-bir sübuta yetirilir...

15.07.2025 / 19:25
Tərəqqi yolunun başlanğıcı – Əhliman Əmiraslanov yazır...

15.07.2025 / 19:12
Ukrayna öz qaz anbarlarını Azərbaycana təklif etdi...

15.07.2025 / 19:05
Polis Sumqayıtda ikitəkərli nəqliyyat sürücüləri ilə maarifləndirici söhbətlər aparıb - FOTO

15.07.2025 / 18:57
Tanınmış tədqiqatçı Qismət Yunusoğlu Aydın Quliyevi təbrik etdi

15.07.2025 / 18:50
Cəlilabaddakı yanğının söndürülməsinə 2 helikopter cəlb edildi

15.07.2025 / 18:44
Ursula Lyayen Paşinyanın “sülh siyasəti” barədə inanılmaz sözlər dedi...

15.07.2025 / 18:30
Subbakalavrların taleyini kim həll etməlidir - universitetlər, nazirlik, ya DİM?

15.07.2025 / 18:16
Tramp Ukrayna müharibəsinin gedişini dəyişəcək qərar verdi...

15.07.2025 / 18:03
Azərbaycanda 2 yeni qoruq yaradıldı - nə dəyişəcək?..

15.07.2025 / 18:00
“...Harada boşluq varsa, onu ya savadsızlıq, ya da xarici radikal çağırışlar doldurur” - Vüqar Əliyev

15.07.2025 / 17:50
Hansı ixtisasın lazım olub-olmadığına DİM özü qərar verə bilərmi?

15.07.2025 / 17:42
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənildi

15.07.2025 / 17:35
Ukraynanın baş naziri istefa verdi

15.07.2025 / 17:31
İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu

15.07.2025 / 17:27
Vətəndaşların şəxsi məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxs ifşa edildi - 300 min manatlıq ziyan...

15.07.2025 / 17:15
Trampdan Zelenskiyə Putini şoka salan təlimat - Moskva və Peterburqu vurun…

15.07.2025 / 17:01
Şamaxıdan mesaj - Media dinin siyasiləşdirilməsinə qarşı dayanan böyük qüvvədir...

15.07.2025 / 16:50
Ersin Tatar Kipr danışıqlarında Lefkoşanın şərtlərini açıqladı - heç bir federal quruluşundan söhbət gedə bilməz

15.07.2025 / 16:34
Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans başlayıb

15.07.2025 / 16:05
"Vaqif Poeziya Günləri" Qazaxda başladı

15.07.2025 / 16:03
BDU İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb

15.07.2025 / 15:22
Vətənə sevdalanan ömür...

15.07.2025 / 15:22
ABŞ Rusiyaya qarşı 10 milyardlıq planı işə saldı - Ukraynaya Rusiyanın dərinliklərini vura biləcək raketlər də veriləcək…

15.07.2025 / 14:39
"Ağdamda 8 yaşayış məhəlləsi, 1 qəsəbə, 23 kənd lahiyələndirilir" - Prezidentin xüsusi nümayəndəsi

15.07.2025 / 14:30
"Azərbaycan ilə Türkiyənin birgə layihələri regionun yeni geosiyasi mənzərəsini formalaşdırıb" - Samir Şərifov

15.07.2025 / 14:18
Tramp ATACMS raketləri ilə Rusiyaya zərbə endirməyə icazə verə bilər...

15.07.2025 / 14:02
Evdən 30 min dollar və 12 min manat oğurlayan qadın tutuldu...

15.07.2025 / 13:47
Laçından Ağcabədiyə 120 kq yararsız mal əti aparan şəxs yolda yaxalandı...

15.07.2025 / 13:34
"Azərbaycan ilə Türkiyənin qanunvericilik aktlarını bir-birinə uyğunlaşdırmağa çalışırıq" - Əhliman Əmiraslanov

15.07.2025 / 13:19
"Xain çevrilişə cəhd zamanı can Azərbaycanın ölkəmizə güclü dəstəyini xatırlayırıq" - Türkiyə səfiri

15.07.2025 / 13:10
Дмитрий Киселев! Совет Прессы Азербайджана в отличии от вас, никогда не врёт - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

15.07.2025 / 12:53
Azərbaycandan qardaş Türkiyəyə 15 iyul mesajı - "dərin ehtiram və minnətdarlıqla anırıq”

15.07.2025 / 12:38
Baku Network Parisdə ilk dəfə olaraq erməni təcavüzü nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlərlə bağlı məsələ qaldırıb

15.07.2025 / 12:32
III MDB Oyunlarına 8 ölkədən 1846 idmançı qatılacaq

15.07.2025 / 12:20
"Bu gün Azərbaycanla Türkiyə gələcəyə doğru çiyin-çiyinə irəliləyir" - İlham Əliyev

15.07.2025 / 12:13
Slovakiya Azərbaycanda fəxri konsulluq açacaq

15.07.2025 / 12:10
"Bu layihələrin dünyada analoqu yoxdur" - Prezidentin xüsusi nümayəndəsi

15.07.2025 / 12:05
"Barselona" bu futbolçu üçün "pivəçilər"ə elçi düşdü...

15.07.2025 / 12:00
Hollivud ulduzunun bu fotosu 21 min dollara satıldı...

15.07.2025 / 11:51
2025-ci ilin ilk 6 ayı ərzində 44 milyondan çox tibbi xidmət göstərilib

15.07.2025 / 11:44
Xameneinin müşaviri yenə Azərbaycan əleyhinə danışdı - bu dəfə pakistanlı nazirlə görüşündə...

15.07.2025 / 11:40
Harmancı yenə xəbərdarlıq edir - COVID-19 davam edir

15.07.2025 / 11:35
6 min 300 ədəd çətənə kolu məhv edilib - polis

15.07.2025 / 11:11
Bu gündən tələbələrin köçürülməsi prosesinə başlanılıb

15.07.2025 / 11:03
ABŞ-ın Zəngəzurla bağlı mövqeyi çox təhlükəlidir - CANLI

15.07.2025 / 09:15
Samuxda zəlzələ olub - TƏCİLİ

15.07.2025 / 08:36
Azərbaycanda turistlər hotellərdən imtina edir - kirayə kənd evlərinə kütləvi axın başlayıb...

14.07.2025 / 23:48
Tramp Putini sərt tənqid etdi - Onu qatil adlandırmaq istəmirəm, amma o…

14.07.2025 / 23:40
Tramp Putinə 50 gün vaxt verdi - Ukrayna ilə bağlı razılaşma olmasa...

14.07.2025 / 21:32
Ermənilərin azərbaycanlıları əsir götürərkən işgəncə vermələrini əks etdirən videokadrlar məhkəmədə nümayiş etdirildi - FOTO

14.07.2025 / 21:19
Kilsə Paşinyana əks-hücuma keçdi - "katolikosa hücum Allaha hücumdur"...

14.07.2025 / 21:05
Bir neçə ərəb biznesmenə görə tariximizdən üz döndərməliyik? - Babək ərəblərlə vuruşub, ancaq tarix tarixdir...

14.07.2025 / 20:50
Əbu-Dabidə Əliyev-Paşinyan görüşünün ardınca Gorus görüşü başlayıb...

14.07.2025 / 20:35
Azərbaycanın "yaratdığı" Yeni Kaledoniya Dövləti müstəqil xarici siyasət aparacaq... Konstitusiyada ayrıca maddə...

14.07.2025 / 20:21
Azərbaycan qazının Suriyaya nəqlinin bir neçə marşrutu gözdən keçirilir...

14.07.2025 / 20:07
Supermarketlərimiz yerli bostan məhsullarına bağlıdır - Çindən qarpız idxalı 300 dəfə artır...

14.07.2025 / 19:53
Avropa Bakıdan əlavə 14 milyard kub qaz istəyir - ancaq problem var...

14.07.2025 / 19:40
İki dövlətli həll prosesində yeni ADDIMLAR: Nyu-Yorkda sərt mesajlar veriləcək

14.07.2025 / 19:37
Azərbaycan Yeni Kaledoniyanı dövlət kimi tanıyan ilk ölkə olacaq...

14.07.2025 / 19:25
Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu Aydın Quliyevi təbrik etdi

14.07.2025 / 19:12
Mətbuatın 150 illiyi həm dövlətçilik, həm də ictimai hadisədir...

14.07.2025 / 18:57
ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif etdi - səfir rəsmən təsdiqlədi...

14.07.2025 / 18:44
Rusiya pomidor ticarətindən Azərbaycana 1,2 milyard dollar ziyan vuracaq?..

14.07.2025 / 18:41
“Başlıbel: yaranışdan işğaladək” kitabının təqdimatı keçirilib

14.07.2025 / 18:30
Müxalifətə münasibətdə Fransa ilə Rusiya eyni ölkələrdir - qətllər, təqiblər...

14.07.2025 / 18:16
Azərbaycanın tərəvəzində həqiqətən xəstəlik tapılır, ya Rusiyada məsələ siyasiləşdirilir...

14.07.2025 / 18:02
Bakıda qapalı Suriya-İsrail danışıqlarında hər tərəfdən bir nəfər iştirak etdi... Çox ilginc...

14.07.2025 / 17:48
Putindən İrana gizli “nüvə mesajı” - Rusiyanın məqsədi nədir...

14.07.2025 / 17:35
40 nəfər bağça direktoru niyə “vuruldu”?..

14.07.2025 / 17:22
Suraxanıda oğurluq edənlər saxlandı...

Ermənistanın ağır müharibə cinayətləri məhkəmədə bir-bir sübuta yetirilir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910