Makronun dövlət vəsaitini mənimsəyən nazirinə iş açıldı
Fransanın nəqliyyat naziri Filipp Tabaro (Philippe Tabarot) dövlət vəsaitlərinin mənimsənilməsi və qeyri-qanuni faizlərin alınmasına görə istintaq altındadır. Milli Maliyyə Prokurorluğunun açdığı istintaq bu iki cinayətin gizlədilməsinə aiddir.
Milli Maliyyə Prokurorluğu tərəfindən bu iki cinayətin gizlədilməsi ilə bağlı başlanan istintaq 2018-2020-ci illərdə onun turizm və mədəniyyət sahəsində, sonra “Le Cannet” (Alpes-Maritimes) şəhərinin kommunikasiyalar departamentində tutduğu vəzifələr dövrünü əhatə edir. Həmin dövrdə, F. Tabaronun bacısı Mişel Tabaro şəhərə rəhbərlik edib.
ZÜMRÜD