NATO ölkələrinə hücum etməyəcəyik - Moskvadan AÇIQLAMA
"Rusiya NATO ölkələrinə hücum etmək niyyətində deyil və belə aqressiv planları yoxdur." TASS agentliyinin məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Avropa problemləri departamentinin direktoru Vladislav Maslennikov danışıb.
"Rusiya ilə NATO arasında münasibətlər “soyuq müharibə” başa çatdıqdan sonra ən aşağı nöqtədə deyil. Alyans ölkəmizə qarşı durmaq və bizdən qaynaqlanan "təhlükə"nin qarşısını almaq üçün aydın kurs götürüb. Bu, bütün sahələrdə baş verir", - o deyib.
Mətləb Salahov