Çərşənbə axşamı günü, 8 iyul 2025
     

Ermənistana və havadarlarına SƏRT XƏBƏRDARLIQ!

Image

Mətləb Salahov: "Ermənistanın açıq şəkildə silahlandırılması bölgədə gələcək qanlı təxribat planlarının masada olduğunu göstərir" 

 Ermənistan yenə qızışdırılır. Cənubi Qafqaza təsir uğrunda mübarizədə Adolf Hitlerdən daha çox canfəşanlıq edən hazırkı Qərb dairələri, bölgədə sülh əvəzinə qan-qada axtarırlar. Onlar faşist fürerdən fərqli olaraq bu məsələdə öz ordularına deyil, birbaşa bölgədə faşist dövləti imici qazanmış, birinci Qarabağ müharibəsi zamanı azərbaycanlı körpələri analarının gözü qarşısında şişə çəkən erməni faşizminə "stavka" edirlər. Təlxək "inqilabçı" kimi İrəvanda hakimiyyətə gətirilən Nikol Paşinyanda deyəsən həm də "şeytan tükü" var. Bu adam hakimiyyətə gəldiyi gündən bircə qələbə üzü görməyib. Azərbaycanla 44 günlük müharibədə acınacaqlı məğlubiyyət görən N.Paşinyan, Ermənistanda sosial və siyasi islahatlarda da dişə dəyəsi heç bir uğura imza atmayıb. Amma Qərbdəkilər saqqalını qırxmış bu balacaboy Nikoldan möhkəm yapışıblar. Maraqlıdır ki, ölkədaxili sorğuda da Nikol Vavayeviç keçmiş iqtidar sahibi olan Serj Sarkisyanı və Robert Köçəryanı dəfələrlə üstələyir. Bu isə ən azı o deməkdir ki, erməni cəmiyyəti qeyri peşəkar dövlət adamı təsiri bağışlasa da, N.Paşinyanı müharibə caniləri olan olan keçmiş prezidentlərdən üstün tuturlar. Fakt budur. Erməni ictimai fikrinin bu durumu Qərbdəkiləri də N.Paşinyanı seçməyə vadar edir. Jurnalist – ekspert Mətləb Salahov "bakı-xəbər"ə açıqlamasında bildirib ki, hazırkı Ermənistan iqtidarını ayaqda saxlamağa çalışan Qərb dairələri Cənubi Qafqaz planlarını məhz bu rejimin üzərindən reallaşdırmağa çalışırlar. Bunun üçün güclü silah-sursat, yüz milyonlarla dollarlar peşkeş edilir..
 "Əlbəttdə, rəsmi Bakı bütün bunları anbaan müşahidə edir və Azərbaycan cavab tədbirlərini hazırlamamış deyil. Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində növbəti dəfə Ermənistanı və havadarlarını xəbərdar edib. "Ermənistanın silahlanması, sadəcə olaraq, yeni gərginliyə gətirib çıxaracaq. Biz bunu istəmirik. Biz sülh istəyirik", - deyə dövlət başçısı bildirib. Ermənistanın faktiki olaraq bölgə üçün bir təhdid mənbəyi olduğuna diqqət çəkən Azərbaycan rəhbəri qeyd edib ki, müstəqil Ermənistan dövləti əslində faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar. Ölkəmizin faşist dövlətlə qonşu olduğunu və faşizm təhlükəsinin sovuşmadığını xatırladan Prezidentdən SİTAT: "Ona görə faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik. Bizim başqa çarəmiz yoxdur".
Bəli, mahiyyət etibarilə Ermənistanın və onu himayə edən tərəflərin əsl simasını ifşa edən Azərbaycan Prezidentinin mesajları sülh danışıqları ilə bağlı bütün məsələləri tam əhatə edir. İkinci Qarabağ müharibəsinin və antiterror tədbirlərinin nəticələrinin Ermənistan tərəfindən ciddi qəbul edilməsinin labüdlüyünü vurğulayan cənab İlham Əliyev, mövcud şəraitdə İrəvanın öz himayədarlarına arxalanaraq vaxt qazanmaq cəhdlərinin heç bir nəticəsinin olmayacağını da bir daha xatırladıb. Bütün bunlar nə deməkdir? Bu azından o deməkdir ki, bölgədə ciddi müharibə qoxusu gəlir və Azərbaycanın dövlət başçısı informasiyalı lider olaraq real durumun fərqindədir. Çünki ortada Ermənistanı silahlandırmaq məsələsi var...

"Makron Paşinyanı Trampa, İrəvanı Avropa İttifaqına sırımaqla Azərbaycan və Türkiyə əleyhinə Qərbdən daha çox dəstək almaq istəyir"

Çox təəsüf ki, bölgədə sülh və inkişaf əvəzinə xaos və müharibə törətməkdə maraqlı olan bir sıra dövlətlər rəsmi İrəvanı silahlandırmaq yolunu seçiblər. Bu məsələdə əsas rol Fransaya mənsubdur. Niyə məhz Fransa? Artıq Emmanuel Makronun biabırçı idarəçiliyi üzündən dünyanın hər yerindən qovulan və bihörmət edilən Fransa dövləti, indi də Cənubi Qafqazda Ermənistan üzərindən siyasi mövcudluğunu yeritmək istəyir. Əlbəttdə o bu məsələdə tək deyil. Avropa İttifaqındakı "müharibə klubu"ndan başlayaraq, özünü rəsmi İrəvanın dostu və qardaşı kimi göstərməyə çalışan yaxın İrandan başlamış uzaq Hindistana qədər – hər kəs Ermənistanı silahlandırmağa, 44 günlük müharibənin nəticələrini dəyişdirməyə çalışırlar. Əlbəttdə, həm də bölgədə öz çirkin maraqlarını təmin etməyi də qətiyyən unutmurlar.
 Məgər həm avropalılar, həm iranlılar, eləcə də hindistanlıların özləri guya Ermənistanda dilənçi həyatı yaşayan ermənilərimi düşünürlər? - qətiyyən! N.Paşinyanı Parisə aparıb ABŞ-ın yeni seçilən prezidenti Donald Trampa təqdim etmək, Ermənistan baş nazirinin qərbdən dəstəkləndiyi barədə siyasi görüntü yaratmaq E.Makronun Cənubi Qafqazda Türkiyə və Azərbaycan əleyhinə ən qanlı təxribatlardan çəkinməyəcəyinin nümayişi idi. Marionet siyasi fiqur sayılan N.Paşinyanı Ağ Evin yeni sahibinin gözünə dürtüşdürməklə bölgədə Azərbaycan və Türkiyə əlehyinə fəaliyyətdə Qərbdən daha çox dəstək almağa çalışır E.Makron rejimi. Lakin məsələ təkcə E.Makronla bağlı deyil. Avropada ən böyük və çevik erməni lobbisi məhz Parisdə yerləşir. Uzun illər Fransa həttda Minsk Qrupunun üzvü olsa da, daima ermənipərəst siyasəti ilə seçilib. Lakin fərq ondadır ki, heç bir keçmiş Fransa prezidenti hazırkı Makron rejimi qədər ermənipərəst siyasət yürütməyib. 

Ən dəhşətlisi həm də odur ki, ikinci dünya müharibəsi zamanı faşizm əleyhinə birgə mübarizə aparan tərəflər, bu gün Cənubi Qafqazda yuva salmış Ermənistandakı faşist ideologiyasını himayə edirlər. Bu faktın özü isə beynəlxalq münasibətlər sistemindəki ikili siyasətin bariz nümunəsidir. Lakin bütün qızışdırıcı və qanlı təxribat cəhdlərinə baxmayaraq, Azərbaycan həm sülh siyasətinə sadiqdir, həm də 44 günlük müharibədə erməni faşizminin başını əzən əzəmətli "Dəmir yumruq" yenə öz sözünü deməyə hazırdır. Çünki güclü və məntilqi siyasət yürüdən Azərbaycanla güc dili ilə danışmaq artıq mümkünsüzdür. Azərbaycan Prezidentinin son müsahibəsindəki fikirlər, Ermənistanı silahlandıran qüvvələrə yönəlmiş açıqlamaları ciddi xəbərdarlıq olmaqla yanaşı, həm də qarşı tərəfi və onun arxasında duranları ciddi məsuliyyətə dəvətdir."

Namiq Quliyev

 

 




VİDEO

SON XƏBƏRLƏR

07.07.2025 / 23:45
Qazaxıstan öz neftini Azərbaycan üzərindən ixrac edə bilər - Bakı-Supsa kəməri...

07.07.2025 / 23:29
Ermənistan parlamenti Ohanyanın deputat toxunulmazlığını ləğv etdi

07.07.2025 / 22:31
"Nəticə budur - faktlar bir-bir artır..." - Aydın Quliyev yazır

07.07.2025 / 21:29
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi - FOTO

07.07.2025 / 21:18
Rusiyada Azərbaycan diaspor rəhbərlərinin “ovuna çıxıblar”... Faktlar çoxalır...

07.07.2025 / 21:03
Quba-Xaçmaz bölgə sakinləri "fındıq elanlarından" qəzəbləniblər...

07.07.2025 / 20:48
Zəngəzur dəhlizi ABŞ və Rusiyanı üz-üzə qoyub...

07.07.2025 / 20:34
Ermənistan konstitusiyanı dəyişməkdən birdəfəlik imtina etdi, lakin Bakının tələbini icra edəcək...

07.07.2025 / 20:19
Neft bazarında vəziyyət qarışır, Azərbaycan preventiv tədbirlər görməyə məcburdur

07.07.2025 / 20:05
Xəzərdə Özbəkistanın öz “paromları” işləyəcək - Azərbaycanın “70 faiz güzəşt”i böyük iş görür...

07.07.2025 / 19:50
ECO-nun Qarabağ sammiti Əfqanıstandan Rusiyaya “yol açdı”...

07.07.2025 / 19:36
Rusiya Ukraynada kimyəvi silah tətbiq etdi - ağır ittiham, dünya şokda...

07.07.2025 / 19:22
Qlobal demoqrafiya problemləri Azərbaycanda da özünü göstərməyə başlayır...

07.07.2025 / 19:10
İrandan Azərbaycana 42 kq narkotik keçirilməsi cəhdinin qarşısı alındı - DTX və DSX-dən birgə əməliyyat...

07.07.2025 / 19:02
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı

07.07.2025 / 18:51
Rusiya Əfqanıstanı “İslam əmirliyi” kimi tanıyan ilk ölkə oldu...

07.07.2025 / 18:37
İranda türk dili problemi - Xankəndi sammiti tarixi mərhələ açdı...

07.07.2025 / 18:23
Kənd yerlərimizdə nikahsız doğulanların sayı sürətlə artır...

07.07.2025 / 18:09
ECO-nun Xankəndi sammiti - regional əməkdaşlıqda yenilik üçün yeni şərtlər var...

07.07.2025 / 17:56
Trampın Putinə ümidləri Ukraynada tam dağıldı...

07.07.2025 / 17:43
Aşuranı İranla eyni gündə və saatda keçirməyə məcburuq?..

07.07.2025 / 17:31
Pezeşkian ona qarşı sui-qəsd planının olduğunu iddia etdi - arxasında ABŞ deyil, onlar dayanırdı...

07.07.2025 / 17:26
Rusiyada daha bir müəmmalı ölüm - Putinin bu gün səhər işdən çıxardığı nazir Starovoyt evində ölü tapıldı...

07.07.2025 / 17:15
Bakıda oğurluq edən 2 şəxs saxlandı

07.07.2025 / 17:08
Rusiya hava limanlarındakı xaos Putini qəzəbləndirdi - 300-ə yaxın uçuşun dayandırılması nazirin başında çatladı…

07.07.2025 / 16:52
Filmlərin istehsalı üçün çəkilmiş xərclər qismən geri ödəniləcək...

07.07.2025 / 16:48
Ersin Tatar Azərbaycan və Şimali Kiprin biznes icmalarını daha fəal əməkdaşlığa çağırdı

07.07.2025 / 16:33
Azərbaycan Avropa İttifaqına boru kəməri ilə ən çox qaz ixrac edən ölkələrin ilk beşliyində...

07.07.2025 / 16:25
Fransa daha bir zərbəni Belçika və Perudan aldı - “Rafale” qırıcılarından imtina etdilər...

07.07.2025 / 16:10
Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərov V Dan qara kəmər dərəcəsinin fəxri diplomuna layiq görülüb

07.07.2025 / 16:06
Ərdoğan Özgür Özələ qarşı 500 min TL-lik iddia qaldırdı

07.07.2025 / 15:26
Diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsinin açılışı oldu - FOTO

07.07.2025 / 15:19
BMU məzunu tam təqaüdlə Çin universitetinə qəbul olub

07.07.2025 / 15:10
Sabunçuda soyğunçuluq edənlər saxlandı

07.07.2025 / 14:54
Qanı bahasına torpağı Vətən edən daha bir igidimiz – Murad Bədirov...

07.07.2025 / 14:48
Nəsimidə iki nəfəri hədələyərək soyan şəxs yaxalandı...

07.07.2025 / 14:37
Bölgələrimizdə dağılmaqda olan tarixi hamamlar yada düşmür...

07.07.2025 / 14:30
"Moskva ilə Bakı arasında fikir ayrılıqları konstruktiv şəkildə həll edilməlidir" - Peskov

07.07.2025 / 14:25
Vərəsəliklə bağlı qanunvericiliyə yeniliklər edildi

07.07.2025 / 14:17
Çinlə imzalanmış cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında müqavilə təsdiq edildi

07.07.2025 / 14:16
Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin edildi - SƏRƏNCAM

07.07.2025 / 14:08
"İşğaldan əvvəl zəng vurub deyirdilər çıxın gedin, Qarabağ Ermənistana birləşdirilməlidir, burada ancaq ermənilər yaşamalıdır" - Kərkicahan sakini

07.07.2025 / 13:50
Paşinyan Qaregini dövlət çevrilişini dəstəkləməkdə və zina etməkdə günahlandırdı

07.07.2025 / 13:45
Telefon manyaklığı PİK HƏDDƏ - oğul ana qatili oldu...

07.07.2025 / 13:22
DİN süni intellekt və İT sahələri üzrə təqaüd proqramına start verdi

07.07.2025 / 13:05
Армения опустилась ниже плинтуса - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

07.07.2025 / 12:42
Türkiyə ordusunda şəhid sayı 12-yə yüksəldi...

07.07.2025 / 12:30
Tramp BRİKS ölkələrini hədələdi- "heç bir istisna olmayacaq".

07.07.2025 / 12:10
İran mətbuatı ECO -nun 17-ci Zirvə görüşünü geniş işıqlandırıb

07.07.2025 / 12:01
Kərim Vəliyev Səudiyyə Ərəbistanına gedib

07.07.2025 / 11:23
Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

07.07.2025 / 11:21
Uşaqlar üçün art-terapiya seansları davam edir

07.07.2025 / 11:13
Ərdoğan xərçəngə tutulan müşavirini xəstəxanada ziyarət edib

07.07.2025 / 11:05
Şübhəli bilinən 52 nəfər saxlanılıb - Polis məlumat yaydı

07.07.2025 / 11:03
Baxın Rusiya münasibətlərin pozulmasını kimin üstünə yıxır - CANLI

07.07.2025 / 11:00
Baş prokuror bu tarixdə vətəndaşları qəbul edəcək

07.07.2025 / 10:41
Azərbaycan və Özbəkistan dünya çempionatını birgə keçirmək istəyirlər

07.07.2025 / 10:32
Əməkdar artist Kiprdə dincəlir

07.07.2025 / 10:23
Bakı Limanına yeni baş direktor təyin edildi - DOSYE

07.07.2025 / 10:19
İngiltərədə ailələrə dəstək - yarım milyon uşaq üçün 500 milyon funt-sterlinqlik!

07.07.2025 / 10:12
"İlham Əliyev ən etibarlı tərəfdaşlarımızdan biridir" - Leonid Slutski

07.07.2025 / 10:06
Bu gün Ursula Fon der Leyenə etimadsızlıq müzakirə olunacaq - korrupsiyaya görə...

07.07.2025 / 10:01
"Əlavə rüsumlar tətbiq edəcəm" - Tramp bu dəfə BRICS ölkələrini hədələdi

07.07.2025 / 09:38
Türkiyədən açıqlama - şəhid hərbçilərin sayı 8-ə çatıb

07.07.2025 / 09:32
İdmançılarımızdan 1 gümüş, 2 bürünc medal

07.07.2025 / 09:28
CHP lideri barədə araşdırma başlanıldı - Ərdoğana təhdid və təhqirə görə..

07.07.2025 / 09:27
Yol qəzası “20 Yanvar” metro stansiyası ətrafında güclü tıxac yaradıb - TƏCİLİ

07.07.2025 / 09:20
Türkiyəli jurnalist azadlığa çıxdı - ölkədən çıxışına qadağa qoyuldu

07.07.2025 / 09:12
Sabirabadda 3 otaqlı ev və tövlə yanıb

07.07.2025 / 09:06
Tramp Mask barədə danışdı - "bu gülünc işdir"

07.07.2025 / 09:01
Hakan Fidan və Abbas Arakçı Braziliyada görüşüblər

07.07.2025 / 00:17
İraqda terrorçuların mağarasına girən 19 türk əsgəri qazdan zəhərləndi, 5-i şəhid oldu

06.07.2025 / 23:40
Cüdoçumuz Avropa Kubokunda gümüş medal qazanıb

06.07.2025 / 22:34
Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevə təşəkkür etdi

06.07.2025 / 21:30
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi - qardaş Türkiyənin yanındayıq...

06.07.2025 / 20:53
İƏT-in 17-ci Zirvə görüşü nəticəsində Xankəndi Kommunikesi qəbul edildi

06.07.2025 / 18:25
Rusiyanın kubalıları iş elanları ilə aldadıb Ukraynaya müharibəyə göndərdiyi ortaya çıxdı – “hər gün çoxlu əsgər itirirlər”

06.07.2025 / 17:32
Rusiya Gümrüyə əlavə hərbi qüvvə yığır - Ermənistanda təhlükəli hərəkətlilik… Moskva nəyə hazırlaşır…

06.07.2025 / 17:09
Azərbaycan ABŞ-a başsağlığı verdi...

06.07.2025 / 15:26
Mask Trampa qarşı yeni partiya qurdu - Amerika Partiyası…

06.07.2025 / 13:36
"Sülh prosesi müstəsna olaraq Azərbaycan və Ermənistanın rəhbərliyi altında həyata keçirilməlidir" - Elçin Əmirbəyov

Qlobal demoqrafiya problemləri Azərbaycanda da özünü göstərməyə başlayır...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910