Peşə etikası
Redaksiya siyasəti və peşə etikası qaydaları Həqiqətə hörmət və cəmiyyətin məlumat almaq tələbatını ödəmək jurnalistikanın fundamental prinsipidir. Jurnalist hansı media subyektində çalışmasından asılı olmayaraq, ictimai məsuliyyət daşıyır. Ümumi prinsiplər Media subyekti fəaliyyətində aşağıdakı prinsipləri rəhbər tutur: Xəbər və şərh Xəbər mənbələri ilə iş Təkzib və düzəliş Audiovizual və rəqəmsal platformalarda, çap mediasında redaksiyanın məhsulu kimi yayılmış materiallarda səhvlərin düzəldilməsində məqsəd çevik reaksiyanın verilməsi və mümkün qədər aydın, operativ şəkildə səhv və düzgün olanı izah etməkdir. İstifadəçi səhvin necə və niyə düzəldildiyini başa düşə bilməlidir; Səhv düzəldildikdən sonra izah məqsədilə “düzəliş” və ya “redaksiya qeydi” kimi ifadələrdən istifadə olunmalıdır; Düzəliş – Bir məqalə, foto, məlumat, sərlövhə, qrafik element, video və ya digər materiallar əsaslı şəkildə düzəldilirsə, dəyişiklik izah edilməlidir; Redaksiya qeydi – İctimai rəydə materialın peşəkarlıq standartlarına cavab vermədiyi iddiaları ortaya çıxarsa, “redaksiya qeydi” altında izahat verilməli, məsələyə aydınlıq gətirilməlidir; Redaksiya dərc etdiyi və ya yayımladığı materialları silməməli, nəzərdən qaçırılmış və ya yenilənmiş məlumatlar olduğu halda, müvafiq əlavələr edərək onu dolğunlaşdırmalıdır; Təkzib verilməsinin prinsip və detalları ilə bağlı ortaya çıxan məsələlərin aydınlaşdırılması üçün Azərbaycan Respublikasının “Media haqqında” Qanununa istinad olunmalıdır. Müəllif hüquqları