Bayden təhlükəni etiraf etdi - Los-Anceles yanğınlarında ölənlərin sayı artacaq...
ABŞ-ın Kaliforniya ştatında davam edən dəhşətli meşə yanğınları böyük fəlakətə səbəb olub. ABŞ prezidenti Bayden deyib ki, yerli, əyalət və federal yanğınsöndürənlər bəzi yanğınların yayılmasının qarşısını ala biliblər, lakin külək gələn həftənin əvvəlinə qədər davam edəcək ki, bu da ciddi bir təhlükədir.
Hazırda yanğınların təsirinə görə Los-Ancelesin ona “müharibə səhnəsi”ni xatırlatdığını deyən Bayden, meşə yanğınlarının şiddətini artıran amil kimi iqlim dəyişikliyini göstərib.
Ölənlərin sayısının çox güman ki, artacağını bildirən Bayden, insanların təxliyə edildiyi evlərdə baş verən talan hadisələrinə də toxunub və bundan "narahat olduğunu" bildirib.
Vitse-prezident Harris isə hazırda “kütləvi qırğına” şahid olduqlarını deyib. Yanğınlarda insanların həm evlərini, həm də dolanışıqlarını itirdiyini deyən Harris bildirib ki, bu, böyük bir dağıntıdır və uzun müddət davam edəcək.
TAHİR