ABŞ-ın gələcək vitse-prezidenti Baydeni "BOMBALADI"
ABŞ-ın gələcək vitse-prezidenti Cey De Vens “Fox News” telekanalında hazırkı Ağ Ev sahibini ciddi şəkildə tənqid edib. O bəyan edib ki, hazırkı Amerika lideri Co Bayden ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampı iqtisadi fəlakətlə tərk edir. “Bayden bizi təkcə sərhəddə deyil, həm də iqtisadiyyatda fəlakətlə tərk edir”, - deyə o vurğulayıb.
Vance qeyd edib ki, Bayden ölkənin milli borcunu trilyonlarla dollar artırıb və eyni zamanda, neft qiymətlərinin sürətlə artmasına görə məsuliyyət daşıyır.
Mətləb Salahov