KÖHNƏ VERSİYA            

Serbiya və Bolqarıstana Azərbaycandan qaz ixracı niyə dayandı - boruya kənar müdaxilə ehtimalına ekspert izah verir...

Image

Azər Həsrət: "Azərbaycan təyyarəsinin Qroznı səmasında vurulmasına Bakının sərt təpkisinə cavab olaraq Rusiya bu təxribata gedə bilər"

Mediada yayılan xəbərə görə, Şahdəniz Alfa (SDA) platforması ilə Səngəçal terminalı arasında sualtı kondensat ixrac xəttində texniki nasazlıq aşkar edilib.

Bu barədə "bp Azərbaycan" Bolqarıstan və Serbiyaya qazın nəqlinin dayandırılması ilə bağlı açıqlamasında bildirib:  “Əməliyyat səbəbi ilə SDA platformasından hasilat və ixrac müvəqqəti olaraq dayandırılıb və platformanın özü təhlükəsiz şəkildə bağlanıb”.

Bp-dəki etibarlı mənbələrdən aldığımız məlumata görə, əslində elan edildiyi kimi, texniki nasazlıq Şahdəniz Alfa platformasindan Səngəçal terminalına gedən sualtı boru kəmərində deyil, dənizin dibində, yəni quyunun özündədir. Yəni hadisə nəticəsində hasilat dayanıb. Lakin texniki nasazlığın xarakteri ilə bağlı artıq heç bir təfərrüat detallı şəkildə açıqlanmır. Həm bp-nin, həm də SOCAR-ın mətbuat xidməti "texniki nasazlığın" kənar müdaxilə və ya terror aktı nəticəsində baş vermə ehtimalını təkzib etdi.

Lakin bu hadisə ətrafında çox maraqlı geosiyasi mənzərə yaranır. Belə ki, bu hadisə 2025-ci il yanvar ayının 5-də, yəni Rusiyaya məxsus illik 15 milyard kubmetr qaz həcminin Ükrayna üzərindən Avropaya ixracatının dayandırılmasından cəmi 5 gün sonra baş verib. Rusiyadan qaz ixracının dayandırılması Avropa Kommersiyasının qərarına uyğun icra edilsə də, bu həm Rusiyanın, həm də sözügedən kəmərdən qaz alan Avropa ölkələrinin narazılığına səbəb olub. Belə bir şəraitdə Avropaya qaz ixrac edən dördüncü ölkə olan Azərbaycandan da qaz ixracının dayandirılması kimin marağında ola bilər? Əlbəttə, Rusiyanın...

Üstəgəl, qaz Xəzər hövzəsində hasil edilir, hansı ki, bu məkanda sözün həqiqi mənasında hakimi-mütləq Rusiyadır. Rusiya Xəzər dənizinin Azərbaycan sektorunda hər gün qırıcı təyyarələrlə patrul uçuşları həyata keçirir. Bəzən bu vizual olaraq da müşahidə edilir. Çox güman ki, Xəzərin dibi də Rusiya tərəfindən müxtəlif vasitələrlə izlənilir. Buna Moskvanin kifayət qədər texniki imkanları var. Yəni Rusiyanın Xəzər regionunda bu cür təxribatlar törətmək imkanı və marağı var. Bu mülahizələr Azərbaycanın Xəzərdəki hasilat sənayesinə Rusiya tərəfinin təxribat-diversiya imkanlarını və buna marağını xarakterizə edur.

Hazırda Avstrya, Slovakiya və Macarıstanda qaz çatışmazlığı xaosa səbəb olub, bu ölkələr boğulur. Belə bir şəraitdə ya zəlzələdən, ya vəlvələdən, Azərbaycandan Avropaya qaz ixracının dayandırılması bu iki tərəf arasında münasibətlərin gərginləşməsinə səbəb olacaq. Bu məsələnin də kimin marağında ola bilməsi hamıya aydındır.

Həm də bu hadisənin baş verməsi Azərbaycanın rəqiblərində belə bir qısqanclıq yarada bilər ki, bu kəmərlə qaz ixracı dayansın - nəticədə Bakıdan Yunanıstana, Serbiya, İtaliya və Bolqarıstana qaz nəqli azalaraq - Azərbaycanın guya Rusiyanın sifarişi ilə işləyiyi barədə rəy formalaşsın.

Nəticə etibari ilə bu hadisə təsadüf də ola bilər. Amma yuxarıda təsvir etdiyimiz siyasi-iqtisadi mənzərə kənar müdaxilə ehtimalını gücləndirir. Çünki Rusyadan Avropaya qaz nəqli dayanıb - Avropanı sıxmaq isə Rusiyanın marağındadır. Belə bir şəraitdə istənilən əsasla Azərbaycandan Azropaya qaz nəqlinin kəsilməsi Rusyanın marağındadır ki, Avropa daha pis vəziyyətə düşsun. Bu nöqteyi-nəzərdən sözügedən kəmərdə nasazlığın yaranması həm Rusiyanın işinə yarayır ki, guya Avropanı Azərbaycanla birlikdə sıxırıq, həm də bu hadisə Azərbaycanın Rusiya ilə birlikdə hərəkət etməsi görüntüsü yaradır. Bu isə, sözsüz ki, Azərbaycan-Avropa münasibətlərini korlayır.

Məsələ ilə bağlı bakı-xeber.com-a açıqlamasında siyasi şəprhçi Azər Həsrət bildirdi ki, ümumiyyətlə Xəzər dənizini heç də təhlükəsiz sular adlandırmaq olmaz: "Baxmayaraq ki, Azərbaycan öz akvatoriyasında nəzarət həyata keçirir, müşahidələr aparır, sərhəd xidməti fəaliyyətdədir. Bununla belə, Rusiyanin bizim bölgəmizə - Xəzərin Azərbaycan sektoruna bu və ya digər şəkildə nəzarəti və müdaxiləsi qaçılmazdır. Ona görə də bu təxribatın Rusiya tərəfindən törədilməsi yetərincə güclüdür. Düzdür, elə məsələlər var ki, onu açıq şəkildə etiraf etmirlər. Ola bilsin ki, bp də bunu açıq şəkildə deyə bilmir. Əgər Rusiyanın belə bir təxribatla qaz hasilatını dayandırmaq imkanı olubsa, bu, şirkətin həm də təhlükəsizlik problemidir. Bu baxımdan mümkündür ki, bp məsələnin açılıb-ağardılmasının tərəfdarı deyil.

Əlbəttə, bu bir ehtimaldır, araşdırmalar aparılacaq və dəqiq nəticə aydın olacaq.

Sual da tamamilə doğru qoyulur ki, bu kimin işinə yaraya bilər. Əlbəttə, Avropaya Rusiyadan qaz nəqlinin dayandırılması fonunda bu hadisənin baş verməsi əlavə suallar doğurmaya bilməz. Yəni ola bilsin ki, Rusiya öz qazının Avropaya nəqlinin dayandırılması ilə bərabər Azərbaycandan da qaz nəqlini dayandıraraq Qərbi fakt qarşısında qoyur. Belə bir ehtimal üzərində baş sındırmağa dəyər.

Digər tərəfdən, Azərbaycan təyyarəsinin Qroznı səmasında vurulmasına Bakının sərt təpkisinə cavab olaraq Rusiya bu təxribata gedə bilər. Rusiya bununla demək istəyir ki, bölgədə hakimi-mütləq mənəm. Biz isə bunu gözləmədiyimiz yerdən zərbə kimi qəbul etməliyik. Bu ehtimalların heç birini gözardı etmək olmaz.

Ümumiyyətlə, Azərbaycan da daxil, Güney Qafqazda baş verən proseslərdə Rusiya bu və ya digər şəkildə öz müdaxiləsini etməyə çalışır, bu birmənalıdır. Sadəcə məsələ ondadır ki, Azərbaycan yetərincə güclü və öz ayaqları üstündə duran ölkə olduğuna görə Rusiyanın buraya müdaxiləsi o qədər də açıq deyil. Amma Ermənistan və Gürcüstanda baş verən hadisələr göstərir ki, Rusiya bu bölgədən hələ də əlini çəkmək fikrində deyil. Bundan çıxış yolu ondan ibarətdir ki, dünyanın mütərəqqi gücləri Rusiya dövlətini ləğv edib, yerində 41 yeni müstəqil dövlətin qurulması üçün çalışır, bizim ictimai rəy də bu istiqamətdə gedən proseslərə dəstək verməlidir. Mən demirəm ki, Azərbaycan dovləti də bu istiqamətdə hərəkətə keçməlidir. Təbii ki, olmaz, dövlətin öz vəzifələri və münasibətlər sistemi var. Lakin ictimai rəy bu istiqamətdə qəti mövqe sərgiləməlidir ki, Rusıya bir dövlət olaraq ləğv edilmədikcə, bizim başımıza gəlməyən bəla qalmayacaq. Bu səbəbdən də hesab edirəm ki, belə məsələləri dərindən təhlil edib, ictimai rəyə düzgün çatdırmaq vacibdir. Yəni cəmiyyətə xatırlatmaq lazımdır ki, belə təxribatların arxasından bu və ya digər şəkildə Rusiya çıxır.

Xatırlayırsınızsa, dekabrın 25-də təyyarəmiz vurulanda bu hadisəni Rusiyanın məqsədyönlü şəkildə törətməsi ehtimalını biz dilə gətirəndə, ölkədə bəzi qüvvələr var idi ki, hər vəchlə Rusiyanı müdafiə edərək, təmizə çıxarmağa çalışırdılar. Hətta televiziya kanallarında bəzi ekspertlər az qala Moskvaya "diferambalar" oxuyurdular ki, Rusiya belə bir iş görməz. Ondan sonra prezident İlham Əliyev 29 dekabrda müsahibə verdi və açıq mətinlə dedi ki, təyyarəmiz Rusiya tərəfindən vurulub. Artıq vaxtıdır ki, biz hər şeyi öz adı ilə çağıraq. Ona görə də bu qaz yatağının zədələnməsi ilə bağlı Rusiya izini kənara qoymaq olmaz. Rusiya daima başımızın üstündədir, nəzarət edir, müşahidə aparır və təxribat törətmək üçün də kifayət qədər imkanlara malikdir".

Akif NƏSİRLİ







VİDEO

Rusiya deputatı Putinlə İlham Rəhimovun dostluğunu da heçə saydı... - VİDEO

Paşinyanı Ceyms Devid Venslə görüşünə görə peşiman etdilər... - VİDEO

“Rus Evi”nə cavab - “Azərbaycanlılar həbs edilsin” - VİDEO

Təyyarəmizi vurandan 8 dəqiqə sonra "Kovyor" məlumatını yaydılar - Rusiyada plan nə imiş?..

6200 jurnalistin neçəsi USAID-in sifarişi ilə Azərbaycana qarşı yazılar yazıb?..

“İlkin hesabat qəzanın səbəblərini tam ifadə etmir” - təyyarəmizlə bağlı Rusiyadan kədərli reaksiya...

SON XƏBƏRLƏR

08.02.2025 | 09:26
Xoruz banlayan orta məktəb görübsüz?... Sabirabadda deyirlər var...

08.02.2025 | 08:42
Dərs vaxtı ilə bağlı nazirdən düşündürücü rəy - kənd məktəblərində niyə də yox?..

07.02.2025 | 23:45
Rusiya deputatı Putinlə İlham Rəhimovun dostluğunu da heçə saydı... - VİDEO

07.02.2025 | 22:15
Paşinyanı Ceyms Devid Venslə görüşünə görə peşiman etdilər... - VİDEO

07.02.2025 | 21:35
Azərbaycan-Ermənistan sərhədində itkin düşmüş şəxslərlə bağlı görüş keçirildi...

07.02.2025 | 21:28
“Gürcü Arzusu”nun tərəfdarları bölündü" - radikal müxalifət sıradan çıxarılır...

07.02.2025 | 21:19
Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - FOTO

07.02.2025 | 21:15
“Zəngəzur dəhlizi ilə bağlı heç kimlə sövdələşməyə getmərik” - səfir aqressivləşdi...

07.02.2025 | 21:01
Paşinyanın "soyqırım" siyasətindən geri çəkilməsi Zaxarovanı təəccübləndirdi...

07.02.2025 | 20:47
Zəngəzur dəhlizi, ya Araz dəhlizi... İranın qorxusu...

07.02.2025 | 20:34
İnternetdə "əcəl oyunları" uşaqlar üçün çox təhlükəli olmağa başlayır - ilk fakt...

07.02.2025 | 20:20
"ABŞ Azərbaycandan yana olacaq" - bu bir soyuq geosiyasi hesablamadır...

07.02.2025 | 20:07
Rusiya Azərbaycanla müttəfiqlik münasibətlərini zədələyir - faktlar...

07.02.2025 | 20:03
Prezident və Birinci xanım “Gənclik” metrosu yaxınlığında yeni parkın açılışında iştirak ediblər - FOTO

07.02.2025 | 19:53
Yerli uşaq bezi istehsalı bərbad gündədir - idxal bez isə bir uşaq üçün ayda 50 manata başa gəlir...

07.02.2025 | 19:40
Təyyarəmizi vurandan 8 dəqiqə sonra "Kovyor" məlumatını yaydılar - Rusiyada plan nə imiş?..

07.02.2025 | 19:33
6200 jurnalistin neçəsi USAID-in sifarişi ilə Azərbaycana qarşı yazılar yazıb?..

07.02.2025 | 19:26
BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi

07.02.2025 | 19:19
“Rus Evi” ilə bağlı qərar Azərbaycan-Rusiya münasibətlərinə necə təsir göstərəcək? - Narahatlıq var...

07.02.2025 | 19:12
XİN-də kollegiya iclası keçirildi, 2025-ci il üzrə əsas prioritetlər müzakirə olundu

07.02.2025 | 19:04
İran açıq etiraf etdi – “Zəngəzur dəhlizini istəməyən biz və Ermənistandır...”

07.02.2025 | 18:50
“Azərbaycan Rusiya ilə əlaqələri ictimai şəkildə gərginləşdirməyə bəhanə axtarır" - Zatulin...

07.02.2025 | 18:41
Nazir Vilayət Eyvazov Qusarda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.02.2025 | 18:36
USAİD 10 min terrorçuya yemək alıb, yüzlərlə insanın cinsini dəyişdirib...

07.02.2025 | 18:23
Paşinyan eyni vaxtda ABŞ və İranla strateji tərəfdaşlıq sazişi imzalayır...

07.02.2025 | 18:18
"Rus evi"nə cavab - "İlham Rəhimovun əmlakını müsadirə edin..."

07.02.2025 | 18:13
“Rus Evi”nə cavab - “Azərbaycanlılar həbs edilsin” - VİDEO

07.02.2025 | 18:09
“İlkin hesabat qəzanın səbəblərini tam ifadə etmir” - təyyarəmizlə bağlı Rusiyadan kədərli reaksiya...

07.02.2025 | 17:55
Kollec diplomları getdikcə mənasız kağız parçasına çevrilir...

07.02.2025 | 17:43
Primakov “Rus Evi” gərginliyinin səbəbini Azərbaycanda görür…

07.02.2025 | 17:36
XII Qlobal Bakı Forumunun keçiriləcəyi tarix məlum oldu

07.02.2025 | 17:31
Arıqladır, həm də öldürür - qəbul etdiyimiz "sibutramin" nədir...

07.02.2025 | 17:18
Azərbaycanda plüralizm praktikası - yad cərəyanlar ölkəyə sıza bilmədi...

07.02.2025 | 17:11
Veteran jurnalist Firidun Ağazadənin 75 illik yubileyi qeyd edilib

07.02.2025 | 17:06
Fələstinlilərin Qəzzadan sürgün edilməsilə bağlı hazırlıqlar başladı - Netanyahu Trampın planını əvvəlcədən bilirmiş...

07.02.2025 | 16:55
Bakıda 11 elektromobili soyan şəxs yaxalandı

07.02.2025 | 16:43
Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE

07.02.2025 | 16:37
ABŞ Ukraynanın nüvə silahı istəyinə çox net cavab verdi – bu olmayacaq...

07.02.2025 | 16:26
Uğurla başlayan yeni dövr uğurla davam edir

07.02.2025 | 16:21
Zelenskidən Baltikyanı ölkələrə xəbərdarlıq - Putin Belarusu da müharibəyə sürükləyir...

07.02.2025 | 16:05
Zelenski Putinlə görüşməyə hazır olduğunu açıqladı – ancaq bir problem var...

07.02.2025 | 16:01
ATMU Qarabağ Universiteti ilə əməkdaşlıq edəcək

07.02.2025 | 15:56
Samir Nuriyev yeni maliyyə nazirini kollektivə təqdim etdi - FOTO

07.02.2025 | 15:51
Samir Şərifova yeni vəzifələr verildi - FƏRMAN

07.02.2025 | 15:44
İran Ermənistanı problemlərdən çıxış yolu olaraq görür - “The Jerusalem Post” nəşri...

07.02.2025 | 15:40
Tramp administrasiyası Paşinyan və arvadının təklifini rədd etdi...

07.02.2025 | 15:39
Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edildi - SƏRƏNCAM

07.02.2025 | 15:36
Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edildi

07.02.2025 | 15:25
Xankəndi bu gün – MÖHTƏŞƏM GÖRÜNTÜLƏR...

07.02.2025 | 15:15
Nizamidə dələduzluqla 21 min manat mənimsəyən iki nəfər tutuldu

07.02.2025 | 15:03
Şəhid Müşfiq Quliyevin nəşinin qalıqları Cəbrayılda torpağa tapşırıldı

07.02.2025 | 14:57
Kremldən Bakıda “Rus evinin” bağlanmasına reaksiya - dialoq yolu ilə həll edəcəyik

07.02.2025 | 14:39
Məktəbdə paylanan vərəqələrlə bağlı rəsmi açıqlama - DİN valideynlərə çağırış etdi...

07.02.2025 | 14:16
Şəhid Elşən Tağıyevin nəşinin qalıqları Salyanda dəfn edildi

07.02.2025 | 13:50
Nəsimidə telefon oğurlayan 2 şəxs tutuldu...

07.02.2025 | 13:26
Ukrayna göndərilən humanitar yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi

07.02.2025 | 13:15
“Qarabağ Universitetinin Klinikası” yaradılır - FƏRMAN

07.02.2025 | 13:10
Затулин наглеет, это же натура Москвы - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

07.02.2025 | 12:43
Suriya Rusiya bazaları ilə bağlı şərtini açıqladı - bu halda qala bilər...

07.02.2025 | 12:30
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib - FOTO

07.02.2025 | 11:20
Kəskin hava şəraitinə görə gəmilərə xəbərdarlıq edildi - SON DƏQİQƏ

07.02.2025 | 11:10
Trampdan ŞOK addım - Netanyahunun həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq etdi

07.02.2025 | 11:05
Ötən ay qeydə alınan cinayətlərin üstü 100 faiz açılıb - Hərbi prokurorluq

07.02.2025 | 11:04
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməni əsilli şəxslər məhkəmə qarşısında

07.02.2025 | 11:03
Zaxarova peşman olub, bütün gizlinlər açılır - CANLI

07.02.2025 | 11:00
Qubada 20 santimer qar, mənfi 8 dərəcə temperatur...

07.02.2025 | 10:30
Paşinyan Trampın müavini ilə görüşdü

07.02.2025 | 10:20
Rusiyada terror törətmək istəyən 4 Ukrayna cəsusu yaxalandı

07.02.2025 | 10:16
Güzəştli ipoteka ilə ev almaq istəyənlər, bu xəbəri mütləq oxuyun!

07.02.2025 | 10:15
Almaniyada icazəsiz yaşayan 45 azərbaycanlı geri qaytarıldı

07.02.2025 | 10:10
Ordubadın bütün kəndlərində bu gün qaz olmayacaq

07.02.2025 | 10:05
AFFA yumruq davasına görə araşdırmalara başladı

07.02.2025 | 10:00
Rusiyada baş verən yanğında 4 nəfər ölüb

07.02.2025 | 09:49
ABŞ-da təyyarə radarlardan itib

07.02.2025 | 09:22
Azərbaycan Rusiyaya kərə satışını 4 dəfə artırıb - özümüzü təmin edib qurtardıq?

07.02.2025 | 09:20
Naxçıvanda güzəştli mənzil tikintisinə start veriləcək

07.02.2025 | 09:15
Narkotikin təsiri altında avtomobil sürənlər həb olundu

07.02.2025 | 09:05
Güləşçilərimiz Zaqrebdə daha iki medal qazanıblar

07.02.2025 | 09:00
Ərdoğan Aərbaycan səfiri ilə görüşdü, "Xahiş edirəm qardaşım İlham Əliyevə ən xoş salamlarımı yetirin” dedi...

07.02.2025 | 08:55
Bu gecə Xəzərdə zəlzələ olub

XƏBƏR ARXİVİ

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728