KÖHNƏ VERSİYA            

Britaniya Əsma Əsədin Suriyada qanlı cinayətlərinin ortağına çevrilə bilər...

Image

Elşad Həsənov:“Əsma Əsəd artıq başa düşür ki, Rusiya Əsəd ailəsinə qazılmış qəbirdir, buna görə də xəstəlik bəhanəsi ilə Londona getmək istəyir”

Suriyanın keçmiş prezidenti Bəşər Əsədin və ailəsinin qaçıb Moskvaya sığındığı məlumdur. Əsəd ailəsi Moskvaya gəldikdən sonra mətbuatda Əsma Əsədin aqressiv xərcəng növü olan kəskin miyeloid leykemiyadan əziyyət çəkdiyi və müalicə üçün vətəndaşı olduğu (Ə.Əsədin ikili vətəndaşlığı var) Britaniyaya getmək istədiyi bildirildi. 

Əsma Əsəd nəyin bahasına olursa olsun Rusiyadan çıxıb Böyük Britaniyaya getmək istəyir ki, özlərini müdafiə etsin. Bu arada Böyük Britaniyanın ədliyyə naziri Robert Cenrik açıqlamasında bildirib ki, Ə.Əsədin Britaniyaya qayıdışı ölkədə narahatlığa səbəb olacaq. Eyni zamanda onun İngiltərədə dəbdəbəli həyatına qayıtmasının milyonlarla qurbana təhqir olacağı düşünülür.

Britaniyanın ədliyyə naziri aydın şəkildə bəyan edib ki, Ə.Əsədə sığınacaq vermək Əsədlərin rejimi dövründə öldürülmüş yüz minlərlə insanın ruhuna hörmətsizlikdir, təhqirdir. Yəni Əsəd ailəsi beynəlxalq cinayət məhkəməsi qarşısında cavab verməlidir, nəinki etibarlı sığınacaqla təmin olunmalıdır. 

Ə.Əsəd xəstədirsə, bu xəstəlikdən Londonda yox, Moskvada da həyatını itirə bilər. 

Ə.Əsədin Londona getmək cəhdləri ona bənzəyir ki, keçmiş birinci xanımın  xəstəliyini bütün dünyanı aldatmaq üçün qurublar. Yəni o həqiqətən də xəstədir və gedib mütləq Londonda müalicə olmalıdır yanaşmasının özü səhvdir. Halbuki, Rusiya səhiyyəsi də çox inkişaf edib, daha keyfiyyətlidir, onu rus həkimləri də müalicə edə bilər, bunun üçün Londona getməyə nə ehtiyac var? 

Necə olur ki, Ə.Əsəd Suryada yaşadığı dövrdə xəstələnmirdi, bu xəstəliyin adını çəkmirdi, amma beş gündür Moskvaya gedib, indi xəstələnib. 

Bütün bunlar ola bislin ki,  Ə.Əsədin Moskvadan çıxıb Londona sığınması üçün qurulmuş bir oyundur. Amma Rusiya hakimiyyətindən də artıq tələb edilməyə başlanılıb ki, Əsəd ailəsi Suriyaya verilməlidir. Yəni onların Moskvadan başqa bir ölkəyə yox, məhz Suriya xalqına verilməsi tələbi var.  Bu gün Suriya xalqı da, Türkiyə də tələb edir ki, Əsəd ailəsi mütləq Suriyaya verilməlidir. Belə şəraitdə Əsma Əsədin, ümumiyyətlə Əsəd ailəsinin Moskvadan Suriyaya yox, başqa bir dövlətə təhvil verilməsi nə qədər ədalətli və beynəlxalq hüquq normalarına uyğundur? Bu qədər cinayətlər törədəndən sonra daha etibarlı beynəlxalq himayələr altına sığınmaq istəyirlər. Amma onların indiki şəraitdə Suriya dövlətinə yox, Avropa ölkələrinə və sairə verilməsi nə dərcədə doğru olar? 

“Əslində, Bəşər Əsəd və ailəsi Suriya xalqına təhvil verilməlidir, çünki onlar törətdikləri cinayətlərə görə ədalət məhkəməsi qarşısında cavab verməlidirlər”

Siyasi ekspert Elşad Həsənov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, uzun illərdir Bəşər Əsəd və onun həyat yoldaşı Əsma Əsəd Suriya xalqına zülm edib, divan tutub, minlərlə insanı istintaqsız, məhkəməsiz öz təcridxanalarında, türmələrində saxlayıblar: “O təcridxanalarda uşaqlar dünyaya gəlib, Suriya türmələrində işıq üzü görməyən yeni bir nəsil dünyaya gəlib. Xalqa edilən bu zülmün, təbii ki, cavabı olmalı idi. Xalq ayağa qalxıb Əsəd rejimini Suriya tarixindən sildi. Əsəd isə öz ailəsi ilə Moskvaya sığındı. Çünki əvvəldən o hazırlıqları görmüşdü. Moskvada bahalı malikanələr alıb, pullarını yerləşdirib. Sonra qalan pullarının ardınca Suriyaya getdi və bir həftə ərzində xalq ayağa qalxıb Əsədi qovdu, o da təyyarəsini pulları ilə doldurub Mosvaya gəldi. Bu gün onlar tələyə düşdüklərini bilirlər və Rusiyanın əlindədirlər, tərpənə bilməyəcəklər. Əsəd ailəsi Moskvaya sığındıqdan bir neçə gün keçdikdən sonra Rusiya Duması deputatlarından belə bir fikir sələndirildi ki, Əsədin gətirdiyi pulları Mariupol şəhərinin bərpasına yönəltmək lazımdır. Bundan başqa da fikirlər səsləndi ki, həmin pullar, Suriya xalqından oğurlanaraq Rusiyaya gətirilən var-dövlət məhz Rusiyanın şəhərlərinin inkişafına xərclənsin. Bəli, bu belə də olacaq. Əsədin öz xalqına zülm edərək, var0dövlətini talayaraq gətirdiyi pullar - 135 milyard dollar, 200 ton qızıl Əsəd ailəsinin özünə veriməyəcək, əllərindən alınacaq. Bu tam olaraq aydındır. Onların yaşaması üçün evləri var, dolanışıq üçün də müəyyən vəsait verəcəklər. 135 milyarddan Əsəd ailəsinə 1 milyard versələr böyük şeydi, qalan pulları isə Rusiya alacaq. Çünki bu gün Rusiya çox çətin vəziyyətdədir, müharibə aparır, artıq sanksiyalar Rusiya iqtisadiyyatına ciddi təsir edir. Hətta pensiyaların ödənişində belə problemlər yaranıb. 2025-ci ildə Rusiyanın tam çökəcəyi proqnozlaşdırılır, böyük ticarət mərkəzlərinin bağlanılacağı deyilir. Çünki hamısı banklara borcludur və gəlir əldə edə bilmədikləri üçün banklara ödənişlər edə bilmirlər. Yəni Rusiya iqtisadiyyatı çökür, ona pul lazımdır. Bu pulu da, necə deyərlər, Bəşər Əsəd öz xalqını çapıb-talayıb gətirdi k, ay rus, buyur, xərclə. Bu real vəziyyətdir.

Bəli, Əsma Əsəd Britaniya vətəndaşıdır, o, Londona özünü müdafiə etmək üçün sığınmaq istəyir. Əsma Əsəd artıq başa düşür ki, Rusiya Əsəd ailəsinə qazılmış qəbirdir. Buna görə Əsma Əsəd özünü xəstəliyə vurub müalicə adı ilə Londona getmək istəyir ki, xilas olsun. Amma Əsma Əsədin Londona getmək istəyinə qarşı Britaniya rəsmliləri, baş nazir, ədliyyə naziri öz fikirlərini açıqlayıblar. Britaniya xalqı da Əsəd ailəsinin Britaniyaya getməsinə etiraz edir ki, belə adamlar onların ölkəsinə verilməli deyil. Əslində, Bəşər Əsəd və ailəsi Suriya xalqına təhvil verilməlidir, çünki onlar törətdikləri cinayətlərə görə ədalət məhkəməsi qarşısında cavab verməlidirlər”. 

E.Həsənovun sözlərinə görə, tarix göstərir ki, diktatorların sonu pis olur, Əsəd ailəsi Suriyaya getməkdənsə Rusiyada dustaq həyatı yaşamaq istəyəcək. “Hesab edirəm ki, onlar orada çox yaşaya bilməyəcəklər, elə çəkdikləri xiffətdən, əvvəlki həyatlarına həsrətdən ürəkləri partlayıb öləcəklər. Onlar maksimum beş-altı ay yaşaya bilərlər. Yəni öz millətinə, öz dövlətinə zülm edib, onun var-dövlətini çapıb-talayıb xaricdə gizlədənlər bundan nəticə çıxarmalıdırlar. Tarixdə o hökmdarlar yaşayır ki, xalqı üçün nəsə edir, xalqın tarixinə öz adlarını qızıl hərflərlə yazırlar. Bu gün hakimiyyətdə olan liderlərdən belələri var. 

Bu gün Azərbaycan lideri xalqımızın tarixinə öz adını qızıl hərflərlə yazdı. Torpaqlarımızı işğaldan azad edib ərazi bütövlüyümüzü bərpa etdi. 

Ancaq bu gün eyni zamanda Bəşər Əsəd və ona bənzərlər də var ki, xalqını çapıb-talayıb, xarici ölkələrdə, ABŞ-da, İngltərədə, Fransada, digər Avropa ölkələrində milyonlar, milyardlar xərcləyib villalar, malikənələr alırlar, var-dövlətlərini ora daşıyırlar, xalqını da ac-yalavac saxlayırlar. Nəticədə onların xarici banklarda saxladıqları pullara əlləri çatmır, o pullar o dövlətlərə qalır.

Hesab edirik ki, Bəşər Əsədin və onun həyat yoldaşı Əsma Əsədin də sonu Rusiyada gələcək. İnanmıram ki, Rusiya Əsəd ailəsini hansısa ölkəyə versin. O, əksinə, onların Avropa ölkələrinə, yaxud ABŞ-a getməsini əngəlləyəcək”-deyə E.Həsənov qeyd etdi. 

İradə SARIYEVA







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Qazaxıstan təyyarənin "qara qutu" şifrələrini hələ Azərbaycana verməyib - maraqlıdır...

Lavrov Bakı-İrəvan sülhündə həll olunmamış hansı 2 məsələdən danışır?

Polis Akademiyasına qəbul prosesi genişləndirildi...

SON XƏBƏRLƏR

16.01.2025 | 00:44
“Şərqin Qapısı”nı pis niyyətlə “döyən” hay kilsəsi...

15.01.2025 | 23:56
Qəzza zolağında atəşkəs razılaşması əldə olundu... - Tramp elan etdi...

15.01.2025 | 22:30
Azərbaycan XİN Ermənistanı tutarlı tarixi faktlarla vurdu - bunu bütün dünya bilir...

15.01.2025 | 22:18
Rusiya İstintaq Komitəsi Aktauda təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi

15.01.2025 | 21:12
Ermitajın məşhur Şərq zalında Qaraköpəktəpə eksponatlarını erməniləşdiriblər...

15.01.2025 | 20:56
Bayden son anda da Fələstin xalqının “dövlət haqqını” tanımadı...

15.01.2025 | 20:41
Qazaxıstan təyyarənin "qara qutu" şifrələrini hələ Azərbaycana verməyib - maraqlıdır...

15.01.2025 | 20:27
Türkiyədə yenidən AKP-PKK barışıq prosesi başladı - son nə olacaq?

15.01.2025 | 20:12
ABŞ-Ermənistan sazişi Bakı-İrəvan sülhünü arxaya atır...

15.01.2025 | 19:58
İrəvan Moskvaya dalbadal 3 zərbə vurdu - Roma statutu, Avroittifaqa üzvlük, ABŞ-la saziş...

15.01.2025 | 19:44
ABŞ Ermənistanın ərazi bütövlüyü və suverenliyini qoruyacaq - Lavrov narahatlığını formal təmkinlə örtmək istədi...

15.01.2025 | 19:31
Mərkəzi Asiya ölkələri Azərbaycan üzərindən Avropaya elektrik ixracı imkanları axtarır...

15.01.2025 | 19:17
Gürcüstanda Qərbyönümlü bütün müxalifəti ləğv edirlər...

15.01.2025 | 19:03
Ermənistan ABŞ-ın "anti-İŞİD koalisiyasına" qoşuldu - terror dövlətindən paradoksal gediş...

15.01.2025 | 18:48
ABŞ-Ermənistan strateji sazişinin arxasında nələr yatır?

15.01.2025 | 18:34
Lavrov Bakı-İrəvan sülhündə həll olunmamış hansı 2 məsələdən danışır?

15.01.2025 | 18:20
Ən çox şikayətlər bu 3 bankdan gəlir...

15.01.2025 | 18:14
Daha 28 keçmiş məcburi köçkün ailəsi doğma yurda qovuşdu...

15.01.2025 | 18:07
Azərbaycanda dini icma üzvünün başına 200 min dollar qoyulub... Kimdir?

15.01.2025 | 17:53
ABŞ Ermənistanın sərhədlərini nəzarətə götürür...

15.01.2025 | 17:40
Yeni dünya düzəni, D-8, Türk Dövlətləri Təşkilatı... Azərbaycanın təşəbbüsləri....

15.01.2025 | 17:27
ABŞ erməniləri Azərbaycanın "Boeing" yük təyyarəsi almasına qarşı kampaniyaya başladılar...

15.01.2025 | 17:14
Polis Akademiyasına qəbul prosesi genişləndirildi...

15.01.2025 | 17:08
Məktəblərdə telefon QADAĞAN EDİLDİ

15.01.2025 | 16:53
Küveyt Vəliəhdi Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

15.01.2025 | 16:51
Myanma İttifaqı Dövlət İdarə Şurasının Sədri Prezident İlham Əliyevə başsağlığı verdi

15.01.2025 | 16:41
Nəqliyyat və Kommunikasiya Holdinqinin Nizamnaməsi təsdiq edildi

15.01.2025 | 16:35
Baydenin komandası Rusiyanın dondurulmuş aktivlərini başqa bir hesaba köçürməyi təklif etdi...

15.01.2025 | 16:35
Prezident Bələdiyyələrin maliyyəsinin əsasları haqqında qanuna dəyişikliyi təsdiqlədi

15.01.2025 | 16:08
Lavrov ABŞ və PKK/YPG-ni sərt tənqid etdi -onlara dedik, Türkiyə buna imkan verməyəcək...

15.01.2025 | 15:51
Ölkə Prezidenti COP29-da iştirak edən 76 BMU könüllüsünü təltif edib

15.01.2025 | 15:44
Vətəni canından artıq sevən Fərid

15.01.2025 | 15:25
“Media nümayəndələrinin dağ-mədən sahəsində məlumatlılığının artırılması” layihəsində iştirak etmiş jurnalistlərlə görüş keçirilib - FOTO

15.01.2025 | 15:13
Ermənistan ABŞ-ın boyunduruğunu qəbul etdi - Putinin silləsi qapıdadır...

15.01.2025 | 14:30
Bakıda avtomobildən 33 kiloqrama yaxın marixuana aşkarlandı

15.01.2025 | 14:15
Ermənistan Rusiyaya nota verdi...

15.01.2025 | 13:53
Qaradağda oğurluqda şübhəli bilinən 2 şəxs saxlandı

15.01.2025 | 13:45
COP29 könüllülərinə pul mükafatı verilir

15.01.2025 | 13:31
Üç gün ardıcıl iş olmayacaq

15.01.2025 | 13:18
Bakıda maşın qaçıran şəxs saxlandı

15.01.2025 | 13:15
Azərbaycanda dini qurumlara maliyyə yardımı göstəriləcək - SƏRƏNCAM

15.01.2025 | 13:11
Полный бред Ходорковского про Азербайджан - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

15.01.2025 | 12:51
Azərbaycan XİN-dən ABŞ səfirliyinə cavab - xarici müdaxilə qəbuledilməzdir...

15.01.2025 | 12:37
Şuşa, Xocalı və Ballıcaya növbəti köç yola düşdü - FOTO

15.01.2025 | 12:22
Cəlilabadda 28 yaşlı kişi 10 kiloqram narkotiklə tutuldu - FOTO

15.01.2025 | 12:05
Rudi Qarsiya “Beşiktaş”a "HƏ" dedi

15.01.2025 | 12:00
Prezident İlham Əliyev Kayrat Sarıbayı qəbul edib - YENİLƏNİB

15.01.2025 | 11:30
“Səma xanımı” filminin təqdimatı keçirilib

15.01.2025 | 11:20
Azərbaycandan Avropaya qaz satışı bir ildə 9 faizdən çox artıb

15.01.2025 | 11:10
ABŞ - Ermənistan strateji Xartiyası. Vəziyyət ciddiləşir - CANLI

15.01.2025 | 11:10
Bərdədə odlu silah satmaq istəyən şəxs yaxalandı

15.01.2025 | 11:05
"Qurulan inklüziv hökuməti dəstəkləyirik" - İrandan Suriya açıqlaması

15.01.2025 | 11:00
İşlədikləri mağazadan 48 min manatlıq oğurluq edənlər yaxalandı

15.01.2025 | 10:30
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Moldovadan ekstradisiya edilib - Baş Prokurorluq

15.01.2025 | 10:28
Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası təsdiqlənib - Baş nazirdən QƏRAR

15.01.2025 | 10:20
Ötən gün 110 cinayətin üstünün açılması təmin olunub - DİN

15.01.2025 | 10:10
Məşhur aktyor "Deha" serialında

15.01.2025 | 10:08
"Təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq" - yol polisindən sürücülərə ÇAĞIRIŞ

15.01.2025 | 10:00
Ermənistan ABŞ-ın anti- İŞİD koalisiyasına niyə qoşuldu? Rusiyaya xəyanətin yeni forması.. Başqa şeylər də var...

15.01.2025 | 09:40
35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub - TƏBİB-dən açıqlama

15.01.2025 | 09:24
Xaricdən gətirilən heyvan və quş ətləri yerli məhsuldan daha ucuz satılır - səbəb...

15.01.2025 | 09:20
Rusiyaya BƏD XƏBƏR - 16-cı sanksiyalar paketi qapədadər

15.01.2025 | 09:10
Qvardiolanın üzü gülmür - "Mançester Siti" yenə xal itirdi...

15.01.2025 | 09:05
Göyçayda narkotik vasitədən istifadə edən sürücü həbs olundu

15.01.2025 | 09:00
Və bu ölkədə polis Prezidenti həbs etdi - SON DƏQİQƏ

15.01.2025 | 08:39
Tikinti sahibkarlarının vergisi azaldıldı - mənzilin qiymətində nə gözlənilir...

14.01.2025 | 22:57
ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzaladı

14.01.2025 | 21:20
Parisdə daha bir rüsvayçılıq - 100 idmançı medallarını Makronun üstünə atdı...

14.01.2025 | 21:06
Mirzoyan hakimiyyətdən gedən Baydenin “yaxasından düşmür”...

14.01.2025 | 20:52
Avroittifaqın Ermənistandakı "mülki missiyası" Azərbaycana hesabat verir?..

14.01.2025 | 20:37
Fransa Əlcəzairə faktiki müharibə elan etdi - 1968 və 1999-cu il müqavilələrinin ləğvi tələb edilir...

14.01.2025 | 20:33
Fəlsəfə doktorları və professorların bəxti açıldı, ekspedisiyaçı alimlərin də istəyi var...

14.01.2025 | 20:23
Azərbaycanda 12 sığorta şirkəti sıradan çıxarıla bilər...

14.01.2025 | 20:09
Moskva Paşinyana qarşı “beşinci kolon”u işə saldı...

14.01.2025 | 19:55
ABŞ Qrenlandiyanın ələ keçirilməsinə başladı - Konqresə qanun layihəsi daxil oldu...

14.01.2025 | 19:28
Trampın 5 faiz tələbinə NATO üzvlərindən cavab - SSRİ 6 faiz tələb etdi və dağıldı...

14.01.2025 | 19:15
İsrailin Bakıdakı yeni səfiri nə vaxt mətbuat konfransı keçirəcək...

14.01.2025 | 19:00
Azərbaycana xam palma yağı idxalı ilbəil artır - yağ nəyə sərf edilir?...

14.01.2025 | 18:46
Tramp komandasından Zelenskiyə ilk açıq mesaj - güzəşt və atəşkəs...

14.01.2025 | 18:32
Ermənistanın Azərbaycanda törətdiyi heç bir cinayət cəzasız qalmayacaq...

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031