İranda qadın hüquq müdafiəçisi həbsxanada ölüb
İranın Varamin şəhərinin Qarçak rayonundakı həbsxanada hüquq müdafiəçisi Fərzanı Bijnipur tibbi yardım edilməməsi səbəbindən ölüb. “İran İnternational”ın yazdığına görə, Fərzanə Bijnipur özünü pis hiss edib və onu xəstəxanaya aparıblar. O, hospitalda ölüb.
Bildirilib ki, son illər İran həbsxanalarında tibbi yardımla bağlı problemlər yaşandığına dair məlumatlar yayılıb. Məhbuslar, o cümlədən siyasi dustaqlar tibbi yardım edilməməsi səbəbindən ölüblər.
Hakimiyyət həbsxanalarda dustaqların işgəncəyə məruz qalması faktlarını təkzib edir. İranlı hüquq müdafiəçiləri Tehran əyalətindəki Kərhizak həbsxanasını “qadın və uşaqlar üçün cəhənnəm” adlandırırlar.
Mətləb