Yanğında 5 uşaq öldü, Gürcüstanın bütün ərazilərində dövlət bayraqları endirildi
Məlum olduğu kimi, Saberio kəndində baş verən yanğında 5 uşaq həyatını itirib. Gürcüstan hökumətinin qərarına əsasən, Abxaziya ərazisində Qali rayonunun Saberio kəndində baş vermiş yanğın nəticəsində həlak olanların xatirəsinin anılması üçün yanvarın 9-u matəm günü elan edilib. Matəm günü ilə əlaqədar Gürcüstanın bütün ərazisində dövlət bayraqları endirilib.
Mətləb