KÖHNƏ VERSİYA            

Rəsulzadə Tələt Paşaya yalvarıb ki, “Qafqazda erməni dövləti yaradılsın” - bu nə təxribatdır?

Image

Faiq Ələkbərli: “Məsələnin mahiyyəti budur ki, kiçik bir erməni kantonun, yaxud dövlətinin yaranması iradəsini, başda Rəsulzadə olmaqla, Azərbaycan Xalq Cumhuriyyətini yaradanlar ortaya qoya bilməzdi”

Azərbaycan torpaqlarında Ermənistan adlı dövlətin necə yarandığı, hansı güclər tərəfindən qurulduğu məlum olsa da, təəssüflər olsun ki, bəzi tarixçilər hansısa “arxiv sənədləri” tapıb ortaya çıxarıblar və iddiaya görə, bu dövlət 1918-ci il mayın 23-də Batum konfransındakı Azərbaycan nümayəndələrinin Ənvər Paşaya böyük bir müraciəti ilə yaradılıb. 

Bu iddianı ortaya atan isə AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Vasif Qafarovdur. V.Qafarov bunu “Ermənistanın təşəkkülü və İrəvanın ermənilərə verilməsi” adlı kitabında, həm də çıxışlarında vurğulayıb. Onun bu barədə çıxışı feysbuk sosial şəbəkəsində yayılıb və ciddi tənqid olunub. V.Qafarov deyir  ki, “1918-ci il mayın 23-də Batum konfransındakı Azərbaycan nümayəndələri erməni dövlətinin yaradılması məsələsi ilə bağlı Ənvər Paşaya böyük bir müraciətlə çıxış etdilər”. 

V.Qafarov qeyd edib ki, 1918-ci ildə Azərbaycan tərəfinə erməni dövlətinin yaradılmasına imkan verilməməsi təklif edilib, amma Azərbaycan tərəfi buna qarşı çıxıb. “Mən bu gün həmin sənədi də bura gətirmişəm. 1918-ci ilin may ayının 23-də 4 səhifəlik böyük bir müraciətnamədir ki, Ənvər Paşaya göndərilib”. 

O vurğulayır ki, müraciətnaməni   Məhəmmədhəsən Hacınski, Məhəmməd Əmin Rəsulzadə, Qazıəhməd bəy Xanbaba, Əhmədcövdət Pepinov, Aslan bəy  Səfikürdski, eyni zamanda Tiflisdən gələn Azərbaycan fraksiyasının üzvləri – Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov və Məmməd Yusif Cəfərov imzalayıb, onların sayı 9 nəfər olub. “Bu müraciətdə göstərirlər ki, Osmanlı hökumətinin siyasəti ondan ibarətdir ki, Qafqazda gürcü və Azərbaycan dövlətləri yaradılsın, erməni dövlətinin yaradılmasına imkan verilməsin. Amma biz sizdən xahiş edirik ki, nəyin bahasına olursa-olsun, Cənubi Qafqazda erməni dövləti yaradılmalıdır, bunun üçün də biz ermənilərə torpaq güzəştə getməyə hazırıq”. Bunu V.Qafarov deyib. 

“Onları ləkələmək heç bir vicdana, insanlığa, milli əxlaqa sığışmır”

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəsləfə doktoru Faiq Ələkbərli “Bakı-Xəbər”ə şərhində bunun bir təxribat olduğunu bildirdi. O qeyd etdi ki, V.Qafarovun sosial şəbəkədə yayılan çıxışına da qulaq asıb, kitabı ilə də tanışdır. “Bu adam israrla deyir ki, 1918-ci il mayın 28-də təşəkkül tapmış Ararat Respublikasının yaranmasında əsas rolu məhz o zaman Qafqaz Seymində təmsil olunan Müsəlman Fraksiyasının, yaxud Cənubi Qafqazın Müsəlman Fraksiyası və onun rəhbərləri-Məhəmməd Əmin Rəsulzadə, Məmmədhəsən Hacınski, Pepinov, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli oynayıb. Bunu da nə ilə əsaslandırır? Deyir ki, 1918-ci il mayın  23-də onların Osmanlıya bir müraciəti var. Əslində məsələ nədir? Bilirik ki, o zaman Osmanlı dövləti ilə Azərbaycan türklərinin, gürcü və ermənilərin təmsil olunduğu Cənubi Qafqaz Seymi arasında müharibə olub və həmin müharibədə ermənilərlə gürcülər iştirak etsələr də, Azərbaycan türkləri Osmanlını müdafiə etdilər. Bu müharibədə Tələt Paşanın rəhbərlik etdiyi Osmanlı hökuməti qalib gəldi və əvvəlcə Trabzonda danışıqlar oldu, sonra isə Batumda.  Əvvəlcə gürcülərin, ermənilərin və Azərbaycan türklərinin ayrıca müstəqil Cənubi Qafqaz Seymi dövləti vardı, konfederasiya dövləti. Osmanlı onların hər üçünü qəbul edirdi. Sadəcə, gürcülərin iddia etdiyi torpaqların bəzi hissələrini, o cümlədən də Sürməli tərəfi Osmanlı hökuməti istəyirdi və onu da razılaşdırmışdılar. Ancaq sonra Osmanlı hökuməti digər ərazilərə də iddia etməyə başladı. Xüsusilə də Gümrünü, İrəvanın bir çox ərazilərini istədi.
Əsas danışıqları Osmanlı dövlətinin baş naziri Tələt paşanın adından Osmanlı nümayəndə heyətinin rəhbəri Xəlil bəy aparırdı. Sonradan məlum olub ki, Tələt Paşa ancaq müəlmanları və gürcüləri qəbul etmək istəyir, ermənilərin yaşadıqları əraziləri, xüsusilə də Gümrünü Osmanlı ərazisinə qatmaq istəyir. Həmin müraciətdə də o göstərilir. Məhəmmədhəsən Hacınskinin, Məhəmməd Əmin Rəsulzadənin, Fətəli Xan Xosykinin və başqalarının etdiyi müraciətdə deyilir ki, biz Osmanlı hökumətinin bütün siyasəti, qəbul etdiyi qərarlarla razıyıq. Ancaq Cənubi Qafqaz Konfedrasiyasının fəaliyyəti artıq mümkün deyil, çünki gürcülər müstəqillik elan etmək istəyirlər, ermənilərin yaşadıqları ərazilərin çox hissəsini Osmanlı öz ərazisinə qatır. Gördüyümüz kimi, burda çox çətin vəziyyət yaranır, təklif olunur ki, Osmanlının əvvəlcədən Trabzonda da hesab etdiyi kimi, bəlkə burda kiçik bir erməni kantonu təşkil olunsun. Azərbaycan nümayəndələri sadəcə bunu təklif edirlər. Çünki Osmanlının da əvvəlcədən bir fikri vardı ki, kiçik bir erməni kantonu yaransın. Məsələnin mahiyyəti budur ki, kiçik bir erməni kantonun, yaxud dövlətinin yaranması iradəsini, başda Rəsulzadə olmaqla, Azərbaycan Xalq Cumhuriyyətini yaradanlar ortaya qoya bilməzdi. Əsas rolu Osmanlı oynayırdı. Sadəcə, Vasif Qafarov bütün bunların hamısını tamam başqa məcraya yönəldir. Yəni o iddia edir ki, guya məhz Məmmədhəsən Hacınski, Məhəmməd Əmin Rəsulzadə, Məmməd Yusif Cəfərov və adları çəkilən digərləri Osmanlı dövlətini “məcbur ediblər ki, yox, hökmən erməni dövləti yaranmalıdır”. Bu absurddur. Xalq Cumhuriyyəti qurucuları xahiş-minnət etməyiblər”.

F.Ələkbərlinin sözlərinə görə, əslində həmin müraciətdə var ki, əgər Osmanlı hökuməti kiçik bir erməni kontonu yaratmasa, bu o zaman Osmanlı üçün də, Azərbaycan üçün də təhdid olacaq. “Yəni Osmanlının nəzarətində olan Gümrüdə və digər yerlərdəki ermənilərin hamısı Bakıya doğru axın edəcək, Bakıdakı ermənilərlə birlşəcəklər, o zaman daha böyük təhlükə yaradacaqlar. Mənə elə gəlir ki, məsələni hərtərəfli şəkildə araşdırmaq və hər şeyi dəqiq ehtiva etmək lazımdır. Cənubi Qafqaz Konfedrasiyası ilə Osmanlı arasında müharibədən sonra vəziyyət xeyli dərəcədə dəyişir, əvvəlcə Tələt Paşa istəyir ki, bir erməni kantonu da olsun, sonra istəmir, ermənilərin təhlükə yaradacağını deyir. Yəni demək istəyirəm ki, Cumhuriyyəti yaradanların razı olub-olmamasından asılı olmayaraq burda əsas rolu oynayan Osmanlı hökuməti idi. Müraciətin sonunda da deyilir ki, əgər Osmanlı hökuməti bütün hallarda erməni kontonun yaranmasına razı olmasa, o zaman  vaxtında ordu göndərməlidir ki, biz Bakını və ermənilərin əlində olan digər torpaqlarımızı işğaldan azad edək. Müraciətdə vurğulanır ki, biz kiçik qardaş kimi Osmanlıya, böyük türk siyasəti aparan türk hökumətinə böyük hörmətlərimizi, tövsiyələrimizi bildiririk, necə ki, bu hökumətin özünün marağında da vardı ki, üç millətdən ibarət Cənubi Qafqaz Federasiyası olsun, əgər bu baş tutmursa, gürcü və müsəlman kantonu yaranırsa o zaman ermənilərə də kiçik bir muxtariyyət verilsin, onlar əks təqdirdə həm yeni yaradılmaqda olan Azərbaycan Xalq Cumhuriyyəti, həm də Osmanlı dövləti üçün ciddi problemlər yaradacaqlar. Ancaq bu o demək deyildi ki, kiçik bir erməni kantonun yaranması ilə problem həll olunmuş sayıla bilərdi. 

Vasif Qafarov iddia edir və cəmiyyətə yeritmək istəyir ki, Ararat adlı dövləti guya azərbaycanlılar yaradıblar, onun yaranmasında Cumhuriyyət qurucuları maraqlı olub. Bu qarayaxmadır. Cumhuriyyəti quranların müraciətlərini tamam başqa yerə yozub, ordan tamam başqa məna çıxarıb onlara qara yaxmaq, erməni dövlətinin yaranmasına görə onları suçlamaq yolverilməzdir, qəbuledilməzdir. Onları ləkələmək heç bir vicdana, insanlığa, milli əxlaqa sığışmır. Hər hansısa bir məsələni kontekstdən çıxarıb, başda Məhəmməd Əmin Rəsulzadə olmaqla, Cumhuriyyət qurucularını bu cür ağır ittiham altında buraxmaq qətiyyən qəbuledilməzdir. Mənə elə gəlir ki, Vasif Qafarov məsələni öz bildiyi kimi yazır və bununla da kimlərinsə dəyirmanına su tökməklə məşğul olur. Cumhuriyyətimizi quranlara bu cür böhtanlar atmaq, ağır ittihamlar irəli sürmək qətiyyən qəbuledilməzdir. Ona görə də məsələnin, bu müraciətlərin  mahiyyətini Azərbaycan ictimaiyyətinə olduğu kimi çatdırmaq lazımdır. Birdəfəlik də anlamaq lazımdır ki, başda Rəsulzadə olmaqla, Azərbaycan Cumhuriyyətini quranlar istəsəydilər də erməni kantonu yarada bilməzdilər. Bu məsələdə azərbaycanlılar rol oynaya bilmirdilər. Məhəmməd Əmin Rəsulzadə başda olmaqla, azərbaycanlılar burda müəyyən təkliflər irəli sürürdülər. Əsas rolu oynayan isə onlar olmayıb. Erməni dövləti necə yarandı, necə quruldu, onu ictimaiyyətə olduğu kimi çatdırmaq lazımdır” - deyə F.Ələkbərli qeyd etdi.

İradə SARIYEVA







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Qazaxıstan təyyarənin "qara qutu" şifrələrini hələ Azərbaycana verməyib - maraqlıdır...

Lavrov Bakı-İrəvan sülhündə həll olunmamış hansı 2 məsələdən danışır?

Polis Akademiyasına qəbul prosesi genişləndirildi...

SON XƏBƏRLƏR

16.01.2025 | 00:44
“Şərqin Qapısı”nı pis niyyətlə “döyən” hay kilsəsi...

15.01.2025 | 23:56
Qəzza zolağında atəşkəs razılaşması əldə olundu... - Tramp elan etdi...

15.01.2025 | 22:30
Azərbaycan XİN Ermənistanı tutarlı tarixi faktlarla vurdu - bunu bütün dünya bilir...

15.01.2025 | 22:18
Rusiya İstintaq Komitəsi Aktauda təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi

15.01.2025 | 21:12
Ermitajın məşhur Şərq zalında Qaraköpəktəpə eksponatlarını erməniləşdiriblər...

15.01.2025 | 20:56
Bayden son anda da Fələstin xalqının “dövlət haqqını” tanımadı...

15.01.2025 | 20:41
Qazaxıstan təyyarənin "qara qutu" şifrələrini hələ Azərbaycana verməyib - maraqlıdır...

15.01.2025 | 20:27
Türkiyədə yenidən AKP-PKK barışıq prosesi başladı - son nə olacaq?

15.01.2025 | 20:12
ABŞ-Ermənistan sazişi Bakı-İrəvan sülhünü arxaya atır...

15.01.2025 | 19:58
İrəvan Moskvaya dalbadal 3 zərbə vurdu - Roma statutu, Avroittifaqa üzvlük, ABŞ-la saziş...

15.01.2025 | 19:44
ABŞ Ermənistanın ərazi bütövlüyü və suverenliyini qoruyacaq - Lavrov narahatlığını formal təmkinlə örtmək istədi...

15.01.2025 | 19:31
Mərkəzi Asiya ölkələri Azərbaycan üzərindən Avropaya elektrik ixracı imkanları axtarır...

15.01.2025 | 19:17
Gürcüstanda Qərbyönümlü bütün müxalifəti ləğv edirlər...

15.01.2025 | 19:03
Ermənistan ABŞ-ın "anti-İŞİD koalisiyasına" qoşuldu - terror dövlətindən paradoksal gediş...

15.01.2025 | 18:48
ABŞ-Ermənistan strateji sazişinin arxasında nələr yatır?

15.01.2025 | 18:34
Lavrov Bakı-İrəvan sülhündə həll olunmamış hansı 2 məsələdən danışır?

15.01.2025 | 18:20
Ən çox şikayətlər bu 3 bankdan gəlir...

15.01.2025 | 18:14
Daha 28 keçmiş məcburi köçkün ailəsi doğma yurda qovuşdu...

15.01.2025 | 18:07
Azərbaycanda dini icma üzvünün başına 200 min dollar qoyulub... Kimdir?

15.01.2025 | 17:53
ABŞ Ermənistanın sərhədlərini nəzarətə götürür...

15.01.2025 | 17:40
Yeni dünya düzəni, D-8, Türk Dövlətləri Təşkilatı... Azərbaycanın təşəbbüsləri....

15.01.2025 | 17:27
ABŞ erməniləri Azərbaycanın "Boeing" yük təyyarəsi almasına qarşı kampaniyaya başladılar...

15.01.2025 | 17:14
Polis Akademiyasına qəbul prosesi genişləndirildi...

15.01.2025 | 17:08
Məktəblərdə telefon QADAĞAN EDİLDİ

15.01.2025 | 16:53
Küveyt Vəliəhdi Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

15.01.2025 | 16:51
Myanma İttifaqı Dövlət İdarə Şurasının Sədri Prezident İlham Əliyevə başsağlığı verdi

15.01.2025 | 16:41
Nəqliyyat və Kommunikasiya Holdinqinin Nizamnaməsi təsdiq edildi

15.01.2025 | 16:35
Baydenin komandası Rusiyanın dondurulmuş aktivlərini başqa bir hesaba köçürməyi təklif etdi...

15.01.2025 | 16:35
Prezident Bələdiyyələrin maliyyəsinin əsasları haqqında qanuna dəyişikliyi təsdiqlədi

15.01.2025 | 16:08
Lavrov ABŞ və PKK/YPG-ni sərt tənqid etdi -onlara dedik, Türkiyə buna imkan verməyəcək...

15.01.2025 | 15:51
Ölkə Prezidenti COP29-da iştirak edən 76 BMU könüllüsünü təltif edib

15.01.2025 | 15:44
Vətəni canından artıq sevən Fərid

15.01.2025 | 15:25
“Media nümayəndələrinin dağ-mədən sahəsində məlumatlılığının artırılması” layihəsində iştirak etmiş jurnalistlərlə görüş keçirilib - FOTO

15.01.2025 | 15:13
Ermənistan ABŞ-ın boyunduruğunu qəbul etdi - Putinin silləsi qapıdadır...

15.01.2025 | 14:30
Bakıda avtomobildən 33 kiloqrama yaxın marixuana aşkarlandı

15.01.2025 | 14:15
Ermənistan Rusiyaya nota verdi...

15.01.2025 | 13:53
Qaradağda oğurluqda şübhəli bilinən 2 şəxs saxlandı

15.01.2025 | 13:45
COP29 könüllülərinə pul mükafatı verilir

15.01.2025 | 13:31
Üç gün ardıcıl iş olmayacaq

15.01.2025 | 13:18
Bakıda maşın qaçıran şəxs saxlandı

15.01.2025 | 13:15
Azərbaycanda dini qurumlara maliyyə yardımı göstəriləcək - SƏRƏNCAM

15.01.2025 | 13:11
Полный бред Ходорковского про Азербайджан - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

15.01.2025 | 12:51
Azərbaycan XİN-dən ABŞ səfirliyinə cavab - xarici müdaxilə qəbuledilməzdir...

15.01.2025 | 12:37
Şuşa, Xocalı və Ballıcaya növbəti köç yola düşdü - FOTO

15.01.2025 | 12:22
Cəlilabadda 28 yaşlı kişi 10 kiloqram narkotiklə tutuldu - FOTO

15.01.2025 | 12:05
Rudi Qarsiya “Beşiktaş”a "HƏ" dedi

15.01.2025 | 12:00
Prezident İlham Əliyev Kayrat Sarıbayı qəbul edib - YENİLƏNİB

15.01.2025 | 11:30
“Səma xanımı” filminin təqdimatı keçirilib

15.01.2025 | 11:20
Azərbaycandan Avropaya qaz satışı bir ildə 9 faizdən çox artıb

15.01.2025 | 11:10
ABŞ - Ermənistan strateji Xartiyası. Vəziyyət ciddiləşir - CANLI

15.01.2025 | 11:10
Bərdədə odlu silah satmaq istəyən şəxs yaxalandı

15.01.2025 | 11:05
"Qurulan inklüziv hökuməti dəstəkləyirik" - İrandan Suriya açıqlaması

15.01.2025 | 11:00
İşlədikləri mağazadan 48 min manatlıq oğurluq edənlər yaxalandı

15.01.2025 | 10:30
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Moldovadan ekstradisiya edilib - Baş Prokurorluq

15.01.2025 | 10:28
Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası təsdiqlənib - Baş nazirdən QƏRAR

15.01.2025 | 10:20
Ötən gün 110 cinayətin üstünün açılması təmin olunub - DİN

15.01.2025 | 10:10
Məşhur aktyor "Deha" serialında

15.01.2025 | 10:08
"Təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq" - yol polisindən sürücülərə ÇAĞIRIŞ

15.01.2025 | 10:00
Ermənistan ABŞ-ın anti- İŞİD koalisiyasına niyə qoşuldu? Rusiyaya xəyanətin yeni forması.. Başqa şeylər də var...

15.01.2025 | 09:40
35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub - TƏBİB-dən açıqlama

15.01.2025 | 09:24
Xaricdən gətirilən heyvan və quş ətləri yerli məhsuldan daha ucuz satılır - səbəb...

15.01.2025 | 09:20
Rusiyaya BƏD XƏBƏR - 16-cı sanksiyalar paketi qapədadər

15.01.2025 | 09:10
Qvardiolanın üzü gülmür - "Mançester Siti" yenə xal itirdi...

15.01.2025 | 09:05
Göyçayda narkotik vasitədən istifadə edən sürücü həbs olundu

15.01.2025 | 09:00
Və bu ölkədə polis Prezidenti həbs etdi - SON DƏQİQƏ

15.01.2025 | 08:39
Tikinti sahibkarlarının vergisi azaldıldı - mənzilin qiymətində nə gözlənilir...

14.01.2025 | 22:57
ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzaladı

14.01.2025 | 21:20
Parisdə daha bir rüsvayçılıq - 100 idmançı medallarını Makronun üstünə atdı...

14.01.2025 | 21:06
Mirzoyan hakimiyyətdən gedən Baydenin “yaxasından düşmür”...

14.01.2025 | 20:52
Avroittifaqın Ermənistandakı "mülki missiyası" Azərbaycana hesabat verir?..

14.01.2025 | 20:37
Fransa Əlcəzairə faktiki müharibə elan etdi - 1968 və 1999-cu il müqavilələrinin ləğvi tələb edilir...

14.01.2025 | 20:33
Fəlsəfə doktorları və professorların bəxti açıldı, ekspedisiyaçı alimlərin də istəyi var...

14.01.2025 | 20:23
Azərbaycanda 12 sığorta şirkəti sıradan çıxarıla bilər...

14.01.2025 | 20:09
Moskva Paşinyana qarşı “beşinci kolon”u işə saldı...

14.01.2025 | 19:55
ABŞ Qrenlandiyanın ələ keçirilməsinə başladı - Konqresə qanun layihəsi daxil oldu...

14.01.2025 | 19:28
Trampın 5 faiz tələbinə NATO üzvlərindən cavab - SSRİ 6 faiz tələb etdi və dağıldı...

14.01.2025 | 19:15
İsrailin Bakıdakı yeni səfiri nə vaxt mətbuat konfransı keçirəcək...

14.01.2025 | 19:00
Azərbaycana xam palma yağı idxalı ilbəil artır - yağ nəyə sərf edilir?...

14.01.2025 | 18:46
Tramp komandasından Zelenskiyə ilk açıq mesaj - güzəşt və atəşkəs...

14.01.2025 | 18:32
Ermənistanın Azərbaycanda törətdiyi heç bir cinayət cəzasız qalmayacaq...

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031