KÖHNƏ VERSİYA            

SOCAR-ın 3-cü "partiya dollar istiqrazı"nı alanlar nə qazana, nə itirə bilər...

Image

Şirkətin yeni buraxacağı "yaşıl istiqraz"lar "ölü doğulmuş" layihədir!

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 15 yanvar 2025-ci il tarixindən etibarən "Yaşıl istiqraz"ların buraxılışına start verir. SOCAR-dan daxil olan məlumatda bildirilir ki, nominal dəyəri 1000 (min) ABŞ dolları olan istiqrazlar sahiblərinə illik 6% gəlir qazandıracaq.

Ümumi buraxılış məbləği 200 milyon ABŞ dolları olan və 5 illik müddətə buraxılan "Yaşıl istiqraz"ların kupon ödənişləri hər 3 aydan bir ödəniləcək. SOCAR-ın “yaşıl istiqraz"larını əldə etmək üçün son tarix 28 fevral 2025-ci ildir.

İstiqrazların “yaşıl” adlandırılması təsadüfi deyil. Belə ki, istiqrazlardan əldə olunan vəsait “SOCAR Green” MMC şirkətinin bərpa olunan layihələrinə və investisiyalarına sərf ediləcək.

Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı – COP29 tədbirinə ev sahibliyi edən ölkəmiz üçün “yaşıl enerji”nin inkişafı və təşviqi məsələləri prioritet əhəmiyyət daşıyır.

Bu xüsusda, “Yaşıl Gəlir, Yaşıl Gələcək” şüarı altında buraxılan istiqrazlar vətəndaşlara etibarlı və stabil gəlir qazandırmaqla yanaşı, Azərbaycanın yaşıl enerji sahəsindəki təşəbbüslərini da dəstəkləmək məqsədi daşıyır.

Bəlli oldudu kimi, SOCAR-ın buraxdığı hər üç seriya istiqrazların hamısını sabit gəlirli istiqrazlardır. Belə istiqraz və zayomlar hələ sovetlər dönəmində dövlətə kömək məqsədi ilə buraxılırdı. Yəni dövlət istiqraz və zayomları buraxaraq ondan əldə edilən vəsaiti dövlətin məsrəflərinin ödənilməsinə yönəldirdi. Həmin istiqrazlar sabit faizlə, zayomlar isə uduşla buraxılırdı.

Bu günlərdə SOCAR-ın buraxacağı istiqrazlar həmin sovet istiqrazlarının eynisidir.

Digər tərəfdən, bu istiqrazlar buraxılarkən vətəndaşın maddi marağı ön plana çəkilməyib. Əslində şirkət istiqrazların kütləvi satışında maraqlıdırsa, müştərilərin maddi marağını təmin etməlidir. Belə ki, hər üç seriya istiqrazların gəlirlilik səviyyəsi çox aşağıdır - qiymətli kağızlar 4,5, 5 və 6 faizlik sabit dividendlə, 5 il müddətinə buraxılır. Bu istiqrazlarla maraqlanan vətəndaş və ya sahibkar görür ki, ölkədə istənilən kommersiya bankı 3 illik depozit üçün ən azı illik 8-9 faiz dividend təklif edir. Üstəgəl, bu banklar zəmanət sığortası ilə də təmin edilib. Banklar 5 illik depozitlərə isə 10 faiz illik dividend təkilif edir. Belə olan halda kommersiya banklarının 8-10 faizlik dividendini buraxıb, SOCAR-ın istiqrazlarına kim investisiya yatırar? Əlbəttə, heç kim...

Onda sual yaranır ki, SOCAR bunu bilə-bilə nədən artıq üçüncü dəfə eyni formalı istiqraz buraxır?

Bunun əsas səbəbi odur ki, SOCAR dövlət şirkətidir, layihənin itkiləri şirkətin müflisləşməsinə gətirib çıxarmayacaq. Bütün itkilər ilin sonunda dövlət büdcəsi hesabına ödənilir.

Digər tərəfdən isə, bu layihədə korporativ maraqları olan şirkət yetkililəri var. Bu layihənin icrasına, istiqrazların çapına və s. məsələlərə vəsait ayrılır. Həmin vəsaitlərdən bir çox adamlar işə düzələrək yüksək əmək haqqı alır, istiqrazların çap edilməsi üçun şirkət seçilir və s. Bu şirkətlərin də seçilməsi proseduru Azərbaycanda hamıya bəllidir. Tender keçirilir, "qalib" şirkət "qaranlıq yollarla" müəyyən edilir. Qısası, belə görünür ki, SOCAR-ın istiqraz buraxma əməliyyatı korrupsiya labirintindən başqa bir şey deyil.

SOCAR-ın qiymətli kağızlar bazarında səmərəli fəaliyyətini təmin etmək üçün birinci növbədə şirkətin mənfəətlə işləməsi - rentabelliyi təmin edilməlidir. Çünki kəsirlə işləyən şirkətə heç kim investisiya yatırmaz - bu iqtisadi məntiqdir. Hər hansı bir şirkətin gəlirləri xərclərini ödəmirsə, o hansı hesaba kiməsə dividend verə bilər? İkincisi, rentabellilik təmin ediləndən sonra şirkətin özü səhmləşdirilə və öz səhmlərini start qiymətlərlə bazara çıxara bilər. Şirkətin gəlirləri artdıqca səhmlərinin da satış qiyməti artacaq.

Üçüncüsü, ölkədə qiymətli kağızlar bazarı inkişaf etməli, digər maliyyə bazarlarının performanslarına operativ reaksiya vermək imkanına malik olmalıdır. Amma SOCAR kimi böyük şirkət beynəlxalq qiymətli kağızlar bazarına da çıxıb, orada uğur qazana bilər. Bir şərtlə ki, yuxarıda sadaladığımız göstəricilər təmin edilsin. Hazırda SOCAR-ın buraxacağı istiqrazlardan isə heç bir səmərə gözləməyə dəyməz.

Akif NƏSİRLİ







VİDEO

Rusiya deputatı Putinlə İlham Rəhimovun dostluğunu da heçə saydı... - VİDEO

Paşinyanı Ceyms Devid Venslə görüşünə görə peşiman etdilər... - VİDEO

“Rus Evi”nə cavab - “Azərbaycanlılar həbs edilsin” - VİDEO

Təyyarəmizi vurandan 8 dəqiqə sonra "Kovyor" məlumatını yaydılar - Rusiyada plan nə imiş?..

6200 jurnalistin neçəsi USAID-in sifarişi ilə Azərbaycana qarşı yazılar yazıb?..

“İlkin hesabat qəzanın səbəblərini tam ifadə etmir” - təyyarəmizlə bağlı Rusiyadan kədərli reaksiya...

SON XƏBƏRLƏR

08.02.2025 | 11:22
Çağatay Ulusoy bu serialda "mafiya başçısı" olacaq

08.02.2025 | 11:16
"Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub" - MN açıqlama yaydı

08.02.2025 | 10:30
“Kənddən şəhərə” həftəsonu yarmarkası açılıb

08.02.2025 | 10:00
Dünən cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb

08.02.2025 | 09:26
Xoruz banlayan orta məktəb görübsüz?... Sabirabadda deyirlər var...

08.02.2025 | 08:42
Dərs vaxtı ilə bağlı nazirdən düşündürücü rəy - kənd məktəblərində niyə də yox?..

07.02.2025 | 23:45
Rusiya deputatı Putinlə İlham Rəhimovun dostluğunu da heçə saydı... - VİDEO

07.02.2025 | 22:15
Paşinyanı Ceyms Devid Venslə görüşünə görə peşiman etdilər... - VİDEO

07.02.2025 | 21:35
Azərbaycan-Ermənistan sərhədində itkin düşmüş şəxslərlə bağlı görüş keçirildi...

07.02.2025 | 21:28
“Gürcü Arzusu”nun tərəfdarları bölündü" - radikal müxalifət sıradan çıxarılır...

07.02.2025 | 21:19
Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - FOTO

07.02.2025 | 21:15
“Zəngəzur dəhlizi ilə bağlı heç kimlə sövdələşməyə getmərik” - səfir aqressivləşdi...

07.02.2025 | 21:01
Paşinyanın "soyqırım" siyasətindən geri çəkilməsi Zaxarovanı təəccübləndirdi...

07.02.2025 | 20:47
Zəngəzur dəhlizi, ya Araz dəhlizi... İranın qorxusu...

07.02.2025 | 20:34
İnternetdə "əcəl oyunları" uşaqlar üçün çox təhlükəli olmağa başlayır - ilk fakt...

07.02.2025 | 20:20
"ABŞ Azərbaycandan yana olacaq" - bu bir soyuq geosiyasi hesablamadır...

07.02.2025 | 20:07
Rusiya Azərbaycanla müttəfiqlik münasibətlərini zədələyir - faktlar...

07.02.2025 | 20:03
Prezident və Birinci xanım “Gənclik” metrosu yaxınlığında yeni parkın açılışında iştirak ediblər - FOTO

07.02.2025 | 19:53
Yerli uşaq bezi istehsalı bərbad gündədir - idxal bez isə bir uşaq üçün ayda 50 manata başa gəlir...

07.02.2025 | 19:40
Təyyarəmizi vurandan 8 dəqiqə sonra "Kovyor" məlumatını yaydılar - Rusiyada plan nə imiş?..

07.02.2025 | 19:33
6200 jurnalistin neçəsi USAID-in sifarişi ilə Azərbaycana qarşı yazılar yazıb?..

07.02.2025 | 19:26
BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi

07.02.2025 | 19:19
“Rus Evi” ilə bağlı qərar Azərbaycan-Rusiya münasibətlərinə necə təsir göstərəcək? - Narahatlıq var...

07.02.2025 | 19:12
XİN-də kollegiya iclası keçirildi, 2025-ci il üzrə əsas prioritetlər müzakirə olundu

07.02.2025 | 19:04
İran açıq etiraf etdi – “Zəngəzur dəhlizini istəməyən biz və Ermənistandır...”

07.02.2025 | 18:50
“Azərbaycan Rusiya ilə əlaqələri ictimai şəkildə gərginləşdirməyə bəhanə axtarır" - Zatulin...

07.02.2025 | 18:41
Nazir Vilayət Eyvazov Qusarda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.02.2025 | 18:36
USAİD 10 min terrorçuya yemək alıb, yüzlərlə insanın cinsini dəyişdirib...

07.02.2025 | 18:23
Paşinyan eyni vaxtda ABŞ və İranla strateji tərəfdaşlıq sazişi imzalayır...

07.02.2025 | 18:18
"Rus evi"nə cavab - "İlham Rəhimovun əmlakını müsadirə edin..."

07.02.2025 | 18:13
“Rus Evi”nə cavab - “Azərbaycanlılar həbs edilsin” - VİDEO

07.02.2025 | 18:09
“İlkin hesabat qəzanın səbəblərini tam ifadə etmir” - təyyarəmizlə bağlı Rusiyadan kədərli reaksiya...

07.02.2025 | 17:55
Kollec diplomları getdikcə mənasız kağız parçasına çevrilir...

07.02.2025 | 17:43
Primakov “Rus Evi” gərginliyinin səbəbini Azərbaycanda görür…

07.02.2025 | 17:36
XII Qlobal Bakı Forumunun keçiriləcəyi tarix məlum oldu

07.02.2025 | 17:31
Arıqladır, həm də öldürür - qəbul etdiyimiz "sibutramin" nədir...

07.02.2025 | 17:18
Azərbaycanda plüralizm praktikası - yad cərəyanlar ölkəyə sıza bilmədi...

07.02.2025 | 17:11
Veteran jurnalist Firidun Ağazadənin 75 illik yubileyi qeyd edilib

07.02.2025 | 17:06
Fələstinlilərin Qəzzadan sürgün edilməsilə bağlı hazırlıqlar başladı - Netanyahu Trampın planını əvvəlcədən bilirmiş...

07.02.2025 | 16:55
Bakıda 11 elektromobili soyan şəxs yaxalandı

07.02.2025 | 16:43
Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE

07.02.2025 | 16:37
ABŞ Ukraynanın nüvə silahı istəyinə çox net cavab verdi – bu olmayacaq...

07.02.2025 | 16:26
Uğurla başlayan yeni dövr uğurla davam edir

07.02.2025 | 16:21
Zelenskidən Baltikyanı ölkələrə xəbərdarlıq - Putin Belarusu da müharibəyə sürükləyir...

07.02.2025 | 16:05
Zelenski Putinlə görüşməyə hazır olduğunu açıqladı – ancaq bir problem var...

07.02.2025 | 16:01
ATMU Qarabağ Universiteti ilə əməkdaşlıq edəcək

07.02.2025 | 15:56
Samir Nuriyev yeni maliyyə nazirini kollektivə təqdim etdi - FOTO

07.02.2025 | 15:51
Samir Şərifova yeni vəzifələr verildi - FƏRMAN

07.02.2025 | 15:44
İran Ermənistanı problemlərdən çıxış yolu olaraq görür - “The Jerusalem Post” nəşri...

07.02.2025 | 15:40
Tramp administrasiyası Paşinyan və arvadının təklifini rədd etdi...

07.02.2025 | 15:39
Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edildi - SƏRƏNCAM

07.02.2025 | 15:36
Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edildi

07.02.2025 | 15:25
Xankəndi bu gün – MÖHTƏŞƏM GÖRÜNTÜLƏR...

07.02.2025 | 15:15
Nizamidə dələduzluqla 21 min manat mənimsəyən iki nəfər tutuldu

07.02.2025 | 15:03
Şəhid Müşfiq Quliyevin nəşinin qalıqları Cəbrayılda torpağa tapşırıldı

07.02.2025 | 14:57
Kremldən Bakıda “Rus evinin” bağlanmasına reaksiya - dialoq yolu ilə həll edəcəyik

07.02.2025 | 14:39
Məktəbdə paylanan vərəqələrlə bağlı rəsmi açıqlama - DİN valideynlərə çağırış etdi...

07.02.2025 | 14:16
Şəhid Elşən Tağıyevin nəşinin qalıqları Salyanda dəfn edildi

07.02.2025 | 13:50
Nəsimidə telefon oğurlayan 2 şəxs tutuldu...

07.02.2025 | 13:26
Ukrayna göndərilən humanitar yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi

07.02.2025 | 13:15
“Qarabağ Universitetinin Klinikası” yaradılır - FƏRMAN

07.02.2025 | 13:10
Затулин наглеет, это же натура Москвы - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

07.02.2025 | 12:43
Suriya Rusiya bazaları ilə bağlı şərtini açıqladı - bu halda qala bilər...

07.02.2025 | 12:30
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib - FOTO

07.02.2025 | 11:20
Kəskin hava şəraitinə görə gəmilərə xəbərdarlıq edildi - SON DƏQİQƏ

07.02.2025 | 11:10
Trampdan ŞOK addım - Netanyahunun həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq etdi

07.02.2025 | 11:05
Ötən ay qeydə alınan cinayətlərin üstü 100 faiz açılıb - Hərbi prokurorluq

07.02.2025 | 11:04
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməni əsilli şəxslər məhkəmə qarşısında

07.02.2025 | 11:03
Zaxarova peşman olub, bütün gizlinlər açılır - CANLI

07.02.2025 | 11:00
Qubada 20 santimer qar, mənfi 8 dərəcə temperatur...

07.02.2025 | 10:30
Paşinyan Trampın müavini ilə görüşdü

07.02.2025 | 10:20
Rusiyada terror törətmək istəyən 4 Ukrayna cəsusu yaxalandı

07.02.2025 | 10:16
Güzəştli ipoteka ilə ev almaq istəyənlər, bu xəbəri mütləq oxuyun!

07.02.2025 | 10:15
Almaniyada icazəsiz yaşayan 45 azərbaycanlı geri qaytarıldı

07.02.2025 | 10:10
Ordubadın bütün kəndlərində bu gün qaz olmayacaq

07.02.2025 | 10:05
AFFA yumruq davasına görə araşdırmalara başladı

07.02.2025 | 10:00
Rusiyada baş verən yanğında 4 nəfər ölüb

07.02.2025 | 09:49
ABŞ-da təyyarə radarlardan itib

07.02.2025 | 09:22
Azərbaycan Rusiyaya kərə satışını 4 dəfə artırıb - özümüzü təmin edib qurtardıq?

07.02.2025 | 09:20
Naxçıvanda güzəştli mənzil tikintisinə start veriləcək

XƏBƏR ARXİVİ

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728