13 ədədi həyəcan rəmzidir
İlin 13-cü gününə sözardı
Bu gün ilin 13-cü günü olmasını nəzərə alıb, bu ədədin hikmətləri barədə danışmağı vacib bildik.
“Quran”ın 13-cü surəsi «Göy Gurultusu» adlanır. Göy gurultusunun enerji prosesi olduğu və həyəcan yaratdığı hamıya məlumdur. Surədə deyilir: «Göy gurultusu Onun şəninə təriflər deyir. O, ildırımlar göndərib (kafirlər) Allah barəsində mübahisə edərkən, onlara istədiyini vurar. Allahın cəzası şiddətlidir!» (13:13)
Maraqlıdır ki, 13 ədədindəki hikmət kimya elmində də özünü biruzə verir. Belə ki, elektrik ötürmə qabiliyyəti yüksək olduğundan, Alüminium energetika (!) sənayesinin özəyini təşkil edir. Maraqlıdır ki, Aluminium elementi Mendeleyev cədvəlinin 13-cü (!) xanasında yerləşir.
13 rəqəmi fizika elmidə də həyəcan rəmzi sayılır. Təsadüfi deyildir ki, hidrogen atomunun enerji qəbul etməmiş (həyəcanlanmamış) yükü 13 EV-dur. Hidrogen atomu enerji qəbul etdikdə yükü 13-dən keçir və həyəcanlanır; yükünü ötürməklə boşalır... beləliklə, enerji ötürülməyə (axımağa) başlayır...
İnsanlar arasında bəd xəbərin tez yayılması da həyəcanlanma ilə əlaqədardır. Belə ki, bəd xəbərin enerji yükü mənfi olduğundan, onu qəbul edən insan həyəcanlanır və yükünü ötürməyə çalışır. Beləliklə bəd xəbər sürətlə ötürülməyə başlayır...
Bu halı atomun və təbiətin həyəcanlanması (göy gurultusu) ilə müqayisə etdikdə, çox böyük oxşarlıq görünür.
Həmçinin, təbiət öz həyəcanını (yükünü) yağışla boşaltdığı kimi, insan da göz yaşı ilə boşaldır...
Həyəcanlanma ilə bağlı diqqətinizi başqa bir maraqlı məqama cəlb etmək istəyirik. Yəqin çoxlarınız fikir vermiş olar: insanda həyəcan yarananda bu həyəcana ilk reaksiyanı bağırsaq verir. Yəni, beyinə həyəcanlı xəbər (siqnal) gələndə bağırsaqda kəskin sancı (spazma) yaranır... Biologiya elmi təsdiq etmişdir ki, hər bir insanda bağırsağın uzunluğu 13 (!) metrdir ki, bu da həyəcan rəmzidir.
Maraqlıdır ki, Quran rəmzi olan 114 ədədi (114-cü ayə) Quranda məhz 13 dəfə keçir (digər surələrdə ayələrin sayı 114-dən azdır).
13 ədədinin quruluşuna diqqət etsək, buradakı 1 “Əlif”ə, 3-ü isə üzü yuxarı qoysaq “Lam”a bənzəməklə, ərəbcə ALLAH sözünə bənzədiyini görmək olar.
"And olsun ki, Allah bunları hesablamış və təkrar təkrar saymışdır". Quran, 19:84
Dr. Paşa Yaqub - Elmi-lədun bilicisi
13 yanvar 2025