Ukraynada 300-ə yaxın şimali koreyalı döyüşçü öldürülüb - Cənubi Koreya kəşfiyyatı açıqladı...
Cənubi Koreya kəşfiyyatının məlumatına görə, Ukraynada müharibəyə qoşulandan bəri ümumilikdə 3000-ə qədər şimali koreyalı döyüşçü həlak olub və yaralanıb. Konkret olaraq, 300-ə qədər şimali koreyalı döyüşçü həlak olub və 2700-ü yaralanıb.
Bildirilir ki, Pxenyan Ukrayna müharibəsində iştirak etmək üçün 12 000-ə qədər döyüşçü göndərib. O da iddia edilir ki, şimali koreyalı hərbçilər əsir düşməmək, əsir düşülməsi halında isə intihar etməklə həyatlarına son qoymaq əmri alıblar.
Qeyd edə ki, Ukraynanın Prezidenti Zelenski Pxenyana əsir götürülən koreyalıların Rusiyada saxlanılan ukraynalılarla dəyişdirilməsini təklif edib.
TAHİR