Lənkəranda evdən kişi meyiti tapılıb
Lənkəranda 30 yaşlı kişinin meyiti tapılıb. Meyit Lənkəran şəhər Hacılar küçəsi, dalan 2 ünvanda evlərin birində aşkarlanıb. Məlumata görə, meyiti tapılan şəxs şəhər sakini 1995-ci il təvəllüdlü Fəqan Qismət oğlu Hüseynlidir. Hazırda hüquq-mühafizə orqanları hadisə yerindədir. Fakt araşdırılır.
Mətləb