KÖHNƏ VERSİYA            

Türkiyə-Ermənistan sərhədində faşist-terror təhlükəsi - Əliyevdən dəqiq eyham...

Image

Elşad Həsənov: “Azərbaycan Prezidentinin bu mesajının çox ciddi əsasları var və Ermənistanın faşist-terror siyasəti bölgə üçün böyük təhlükədir”

Terror dünyanın böyük bəlasına çevrilib və çağımızda terroru dəstəkləyən, onun yayılmasına “ilham” verən konkret dövlətlər var. Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Yaxın Şərqdəki proseslərə də münasibət bildirib və “Türkiyənin bütün digər sərhədlərində də terrorçuluğa yer olmamalıdır” bəyanatını verib.  

Prezident Əliyev bildirib: “Biz çox şadıq ki, Suriyada dəyişikliklər baş verdi və bu münasibətlə Türkiyə ilə Suriyanın yeni hökuməti arasında mövcud olan əlaqələr, əlbəttə ki, bizi də çox sevindirir. Çünki Suriya Türkiyə ilə həmsərhəd olan ölkədir və hər bir ölkə öz sərhədlərinin kənarında vəziyyəti sabit görmək istəyir”.

Prezident vurğulayıb ki, Türkiyənin bütün digər sərhədlərində də terrorçuluğa yer olmamalıdır. “Biz də Türkiyənin müttəfiqi kimi hər zaman istənilən formada onların yanındayıq və bunu Türkiyə tərəfi bilir”, - deyə dövlət başçısı əlavə edib.

Prezidentin “Türkiyənin bütün digər sərhədlərində də terrorçuluğa yer olmamalıdır” fikrinə diqqət yetirərkən burada əsas təhlükə yaradan dövlətlərdən birinin Ermənistan olduğu aşkar görünür. 

Bəli, Ermənistan terror ölkəsi kimi tanınır və bu ölkə prezidentlərinin terroru dəstəklədiyi, faşist siyasət apardığı məlumdur. Terroru dövlət siyasətinə çevirən Ermənistanla həmsərhəd olan dövlətlərin hər biri üçün bu böyük bir təhdiddir.  Müstəqil Ermənistanın tarixində olan prezidentlərin hamısı, Levon Ter-Petrosyan da, Robert Köçəryan da, Serj Sarkisyan da faşist ideologiyası əsasında siyasət aparıb. Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində də bildirib ki, müstəqil Ermənistan dövləti, əslində faşist dövlətdir: “Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar. İndi baxın, Ermənistanın birinci prezidentinin irqçi və faşist açıqlamaları nə dərəcədə eybəcərdirsə, bir o qədər də təhlükəlidir. O, etnik təmizləməni bir qürur mənbəyi kimi qələmə verir, azərbaycanlıların öz tarixi dədə-baba torpaqlarından qovulması ilə öyünür. Sadəcə olaraq, bu videomaterial, necə deyərlər, indi ictimailəşdirildi...”

Ermənistan prezidentlərinin faşist siyasəti nəticəsində azərbaycanlılar öz tarixi yurdlarından zorla qovulublar, soydaşlarımıza qarşı etnik təmizləmə siyasəti həyata keçirilib, nəticədə bu ölkə monoetnik dövlətə çevrilib. Petrosyanın, Köçəryanın, Sarkisyanın faşist əməlləri məlumdur. Ermənistanın birinci prezidenti Ter-Petrosyanın qalmaqallı açıqlaması hər kəsin yadındadır, 31 il sonra o, həyata keçirdikləri cinayət əməllərini açıqladı, faşist siyasətlərini öz dili ilə ifşa etdi. Yəni Petrosyandan tutmuş Paşinyana qədər Ermənistanın bütün rəhbərləri faşizm siyasətinə qulluq edib.  

Prezident “Türkiyənin bütün digər sərhədlərində də terrorçuluğa yer olmamalıdır” bəyanatı ilə nə demək istəyib?

Siyasi ekspert Elşad Həsənov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Prezident İlham Əliyevin bu fikirləri tamamilə əsaslıdır və Türkiyə ilə sərhəddə yerləşən dövlətlərdən biri terror ölkəsi Ermənistandır. “Azərbaycan Prezidentinin bu mesajının çox ciddi əsasları var və Ermənistanın faşist-terror siyasəti bölgə üçün böyük təhlükədir.

 Çünki Türkiyə ilə də sərhəddə yerləşən Ermənistan uzun illərdir terror siyasəti həyata keçirir və bu da  bütün bölgə üçün ciddi təhdid yaradır. Heç şübhəsiz ki, Türkiyə-Ermənistan sərhədində faşist-terror təhlükəsi gözlənilməz deyil.  

Əlbəttə, söhbət ondan gedir ki, 30 ildən yuxarıdır Ermənistana rəhbərlik edən şəxslərin fəaliyyəti faşist ideologiyası əsasında qurulub. Biz o faşist siyasətinin əyani şahidi olmuşuq. Ermənistan rəhbərliyinin göstərişi ilə soydaşlarımız etnik təmizləməyə, deportasiyaya məruz qalıblar. Bu baxımdan hesab edirəm ki, Ermənistanın faşist siyasəti Türkiyə üçün də terror təhlükəsi deməkdir”.

E.Həsənov qeyd etdi ki, bu gün dünyanın diqqəti Yaxın Şərqə yönəlib, çünki Suriyada Əsəd rejimi devrildi, orda yeni dünyəvi dövlətin qurulması üçün bütün ölkələr onlara dəstək göstərmək istəyir. “Əsas isə Suriya xalqının yanında olan Türkiyədir. Türkiyənin dəstəyi, məhz son dövrlər onlara verdiyi siyasi, iqtisadi, hərbi yardım nəticəsində Əsəd rejimi devrildi, bu rejimin arxasında duran qüvvələr darmadağın edildi, onlar Suriyadan çıxarılırlar. Bu da aydındır ki, Əsəd rejiminə İran və Rusiya dəstək verirdi, onlar da, necə deyərlər, Əsədi qoyub qaçdılar, Əsəd də qaçmağa məcbur oldu. Azərbaycan Prezidentinin bildirdiyi kimi, doğrudan da bizim Əsəd rejimi ilə işbirliyimiz yox idi. Çünki onlar Ermənistanın yanında idilər və Ermənistanla birləşib Azərbaycana qarşı müəyyən işlər aparırdı. Prezidentin də bildirdiyi kimi, Suriyada bizim səfirliyimiz bağlanmışdı, işləmirdi, əlaqələr tamam pozulmuşdu. Ona görə ki, Əsəd rejimi erməniyönümlü siyasət aparırdı. Buna səbəb də onun arxasında duran qüvvələr - Rusiya və İran idi. İran onlardan tələb edirdi ki, onlar belə siyasət aparsınlar. Bu da Əsəd rejiminin sonunu gətirib çıxardı. Suriya bizim üçün həm də ona görə önəmlidir ki, böyük şairimiz İmadəddin Nəsimi Hələbdə dəfn olunub, onun məzarı ordadır. Bizim müqəddəs yerimizdir. Eyni zamanda Suriyada çoxlu Azərbaycan kökənli insanlar yaşayıblar. Şamaxıda böyük zəlzələ olanda ora böyük köç gedib, Şirvandan da həmçinin. Orda bizim bacı-qardaşlarımız yaşayır. Azərbaycan Prezidentinin də dediyi kimi, biz Türkiyə ilə birgə Suriyanın yanındayıq və onlara dəstək göstərməyi özümüzə borc bilirik. Biz ora humanitar yardım göndərdik, Azərbaycan nümayəndələri də orda iştirak etdilər, görüç keçirdilər. Bundan sonra da, hesab edirəm ki, biz Türkiyə ilə birgə Suriyaya lazımı köməkliyi edəcəyik. Çünki Suriyasının indiki lideri artıq Suriyada dünyəvi dövlətin qurulmasını, terrorun dayandırılmasını, digər ölkələrlə xoş qonşuluq münasibətlərinin yaranmasını istəyir. Qadınların hüquqlarının qorunması və sair məsələlərlə bağlı apardığı danışıqlar, Avropa ölkələrinin xarici işlər nazirləri ilə keçirdikləri görüşlər onu deməyə əsas verir ki, Suriya artıq yeni bir dövrə qədəm qoyur. Burda da ilk növbədə onlara dəstək olan Türkiyədir və Azərbaycandır. Bu mənada hesab edirəm ki, Suriyada, bütövlükdə Yaxın Şərqdə vəziyyət getdikcə düzələcək. Baxmaraq ki, orda gərginliklər var, İsrail Suriyanın bəzi yerlərini işğal edib, Türkiyə də bu haqda öz fikirlərini bildirib. Türkiyə ilə İsrailin qarşı-qarşıya gəlməsi çox pis ola bilər, çox böyük müharibəyə səbəb olar. Bundan qaçmaq üçün Türkiyə böyük cəhdlər göstərir ki, İsrail öz qoşunlarını Suriya ərazisindən çıxarsın, Suriyada sabit və inkişaf etmiş bir dövlət qurulsun”.   

E.Həsənov qeyd etdi ki, Suriyada terrorun ayağının kəsilməsi, əlbəttə, Türkiyə ilə sərhəddə əminamanlıq deməkdir. Türkiyənin terrora qarşı ciddi mübarizə apardığını deyən E.Həsənov qeyd etdi ki, bölgədə terrorun kökü kəsilməlidir. Ekspertə görə, Ermənistan terrorunun geniş “vüsət” almasında, əlbəttə, Bəşər Əsəd rejiminin də dəstəyi olub və erməni terrorçuların, terror batalyonlarının bir çoxu Suriya ərazisində təlimlər keçib, ordan bizim bölgəyə nəql ediliblər. E.Həsənov onu da vurğuladı ki, bu gün Bəşər Əsəd terroruna son qoyulub və növbə Ermənistanın terror siyasətidir, onun da dayandırılması vacibdir. 

Türkiyə ilə sərhəddə  terrorçuluğun olmamasının çox mühüm əhəmiyyət kəsb etdiyini deyən siyasi ekspert bildirdi ki, Azərbaycan Prezidentinin müsahibəsində Yaxın Şərq məsələsinə toxunulması, eləcə də Türkiyə ilə bağlı fikirlər səsləndirilməsi bizim qardaş ölkə ilə birgə hərəkətlərimizin həm də gələcək inkişaf strategiyasını müəyyən edir: “Biz bu yöndə də işlərimizi davam etdirəcəyik”.

İradə SARIYEVA







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Qazaxıstan təyyarənin "qara qutu" şifrələrini hələ Azərbaycana verməyib - maraqlıdır...

Lavrov Bakı-İrəvan sülhündə həll olunmamış hansı 2 məsələdən danışır?

Polis Akademiyasına qəbul prosesi genişləndirildi...

SON XƏBƏRLƏR

16.01.2025 | 00:44
“Şərqin Qapısı”nı pis niyyətlə “döyən” hay kilsəsi...

15.01.2025 | 23:56
Qəzza zolağında atəşkəs razılaşması əldə olundu... - Tramp elan etdi...

15.01.2025 | 22:30
Azərbaycan XİN Ermənistanı tutarlı tarixi faktlarla vurdu - bunu bütün dünya bilir...

15.01.2025 | 22:18
Rusiya İstintaq Komitəsi Aktauda təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi

15.01.2025 | 21:12
Ermitajın məşhur Şərq zalında Qaraköpəktəpə eksponatlarını erməniləşdiriblər...

15.01.2025 | 20:56
Bayden son anda da Fələstin xalqının “dövlət haqqını” tanımadı...

15.01.2025 | 20:41
Qazaxıstan təyyarənin "qara qutu" şifrələrini hələ Azərbaycana verməyib - maraqlıdır...

15.01.2025 | 20:27
Türkiyədə yenidən AKP-PKK barışıq prosesi başladı - son nə olacaq?

15.01.2025 | 20:12
ABŞ-Ermənistan sazişi Bakı-İrəvan sülhünü arxaya atır...

15.01.2025 | 19:58
İrəvan Moskvaya dalbadal 3 zərbə vurdu - Roma statutu, Avroittifaqa üzvlük, ABŞ-la saziş...

15.01.2025 | 19:44
ABŞ Ermənistanın ərazi bütövlüyü və suverenliyini qoruyacaq - Lavrov narahatlığını formal təmkinlə örtmək istədi...

15.01.2025 | 19:31
Mərkəzi Asiya ölkələri Azərbaycan üzərindən Avropaya elektrik ixracı imkanları axtarır...

15.01.2025 | 19:17
Gürcüstanda Qərbyönümlü bütün müxalifəti ləğv edirlər...

15.01.2025 | 19:03
Ermənistan ABŞ-ın "anti-İŞİD koalisiyasına" qoşuldu - terror dövlətindən paradoksal gediş...

15.01.2025 | 18:48
ABŞ-Ermənistan strateji sazişinin arxasında nələr yatır?

15.01.2025 | 18:34
Lavrov Bakı-İrəvan sülhündə həll olunmamış hansı 2 məsələdən danışır?

15.01.2025 | 18:20
Ən çox şikayətlər bu 3 bankdan gəlir...

15.01.2025 | 18:14
Daha 28 keçmiş məcburi köçkün ailəsi doğma yurda qovuşdu...

15.01.2025 | 18:07
Azərbaycanda dini icma üzvünün başına 200 min dollar qoyulub... Kimdir?

15.01.2025 | 17:53
ABŞ Ermənistanın sərhədlərini nəzarətə götürür...

15.01.2025 | 17:40
Yeni dünya düzəni, D-8, Türk Dövlətləri Təşkilatı... Azərbaycanın təşəbbüsləri....

15.01.2025 | 17:27
ABŞ erməniləri Azərbaycanın "Boeing" yük təyyarəsi almasına qarşı kampaniyaya başladılar...

15.01.2025 | 17:14
Polis Akademiyasına qəbul prosesi genişləndirildi...

15.01.2025 | 17:08
Məktəblərdə telefon QADAĞAN EDİLDİ

15.01.2025 | 16:53
Küveyt Vəliəhdi Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

15.01.2025 | 16:51
Myanma İttifaqı Dövlət İdarə Şurasının Sədri Prezident İlham Əliyevə başsağlığı verdi

15.01.2025 | 16:41
Nəqliyyat və Kommunikasiya Holdinqinin Nizamnaməsi təsdiq edildi

15.01.2025 | 16:35
Baydenin komandası Rusiyanın dondurulmuş aktivlərini başqa bir hesaba köçürməyi təklif etdi...

15.01.2025 | 16:35
Prezident Bələdiyyələrin maliyyəsinin əsasları haqqında qanuna dəyişikliyi təsdiqlədi

15.01.2025 | 16:08
Lavrov ABŞ və PKK/YPG-ni sərt tənqid etdi -onlara dedik, Türkiyə buna imkan verməyəcək...

15.01.2025 | 15:51
Ölkə Prezidenti COP29-da iştirak edən 76 BMU könüllüsünü təltif edib

15.01.2025 | 15:44
Vətəni canından artıq sevən Fərid

15.01.2025 | 15:25
“Media nümayəndələrinin dağ-mədən sahəsində məlumatlılığının artırılması” layihəsində iştirak etmiş jurnalistlərlə görüş keçirilib - FOTO

15.01.2025 | 15:13
Ermənistan ABŞ-ın boyunduruğunu qəbul etdi - Putinin silləsi qapıdadır...

15.01.2025 | 14:30
Bakıda avtomobildən 33 kiloqrama yaxın marixuana aşkarlandı

15.01.2025 | 14:15
Ermənistan Rusiyaya nota verdi...

15.01.2025 | 13:53
Qaradağda oğurluqda şübhəli bilinən 2 şəxs saxlandı

15.01.2025 | 13:45
COP29 könüllülərinə pul mükafatı verilir

15.01.2025 | 13:31
Üç gün ardıcıl iş olmayacaq

15.01.2025 | 13:18
Bakıda maşın qaçıran şəxs saxlandı

15.01.2025 | 13:15
Azərbaycanda dini qurumlara maliyyə yardımı göstəriləcək - SƏRƏNCAM

15.01.2025 | 13:11
Полный бред Ходорковского про Азербайджан - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

15.01.2025 | 12:51
Azərbaycan XİN-dən ABŞ səfirliyinə cavab - xarici müdaxilə qəbuledilməzdir...

15.01.2025 | 12:37
Şuşa, Xocalı və Ballıcaya növbəti köç yola düşdü - FOTO

15.01.2025 | 12:22
Cəlilabadda 28 yaşlı kişi 10 kiloqram narkotiklə tutuldu - FOTO

15.01.2025 | 12:05
Rudi Qarsiya “Beşiktaş”a "HƏ" dedi

15.01.2025 | 12:00
Prezident İlham Əliyev Kayrat Sarıbayı qəbul edib - YENİLƏNİB

15.01.2025 | 11:30
“Səma xanımı” filminin təqdimatı keçirilib

15.01.2025 | 11:20
Azərbaycandan Avropaya qaz satışı bir ildə 9 faizdən çox artıb

15.01.2025 | 11:10
ABŞ - Ermənistan strateji Xartiyası. Vəziyyət ciddiləşir - CANLI

15.01.2025 | 11:10
Bərdədə odlu silah satmaq istəyən şəxs yaxalandı

15.01.2025 | 11:05
"Qurulan inklüziv hökuməti dəstəkləyirik" - İrandan Suriya açıqlaması

15.01.2025 | 11:00
İşlədikləri mağazadan 48 min manatlıq oğurluq edənlər yaxalandı

15.01.2025 | 10:30
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Moldovadan ekstradisiya edilib - Baş Prokurorluq

15.01.2025 | 10:28
Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası təsdiqlənib - Baş nazirdən QƏRAR

15.01.2025 | 10:20
Ötən gün 110 cinayətin üstünün açılması təmin olunub - DİN

15.01.2025 | 10:10
Məşhur aktyor "Deha" serialında

15.01.2025 | 10:08
"Təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq" - yol polisindən sürücülərə ÇAĞIRIŞ

15.01.2025 | 10:00
Ermənistan ABŞ-ın anti- İŞİD koalisiyasına niyə qoşuldu? Rusiyaya xəyanətin yeni forması.. Başqa şeylər də var...

15.01.2025 | 09:40
35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub - TƏBİB-dən açıqlama

15.01.2025 | 09:24
Xaricdən gətirilən heyvan və quş ətləri yerli məhsuldan daha ucuz satılır - səbəb...

15.01.2025 | 09:20
Rusiyaya BƏD XƏBƏR - 16-cı sanksiyalar paketi qapədadər

15.01.2025 | 09:10
Qvardiolanın üzü gülmür - "Mançester Siti" yenə xal itirdi...

15.01.2025 | 09:05
Göyçayda narkotik vasitədən istifadə edən sürücü həbs olundu

15.01.2025 | 09:00
Və bu ölkədə polis Prezidenti həbs etdi - SON DƏQİQƏ

15.01.2025 | 08:39
Tikinti sahibkarlarının vergisi azaldıldı - mənzilin qiymətində nə gözlənilir...

14.01.2025 | 22:57
ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzaladı

14.01.2025 | 21:20
Parisdə daha bir rüsvayçılıq - 100 idmançı medallarını Makronun üstünə atdı...

14.01.2025 | 21:06
Mirzoyan hakimiyyətdən gedən Baydenin “yaxasından düşmür”...

14.01.2025 | 20:52
Avroittifaqın Ermənistandakı "mülki missiyası" Azərbaycana hesabat verir?..

14.01.2025 | 20:37
Fransa Əlcəzairə faktiki müharibə elan etdi - 1968 və 1999-cu il müqavilələrinin ləğvi tələb edilir...

14.01.2025 | 20:33
Fəlsəfə doktorları və professorların bəxti açıldı, ekspedisiyaçı alimlərin də istəyi var...

14.01.2025 | 20:23
Azərbaycanda 12 sığorta şirkəti sıradan çıxarıla bilər...

14.01.2025 | 20:09
Moskva Paşinyana qarşı “beşinci kolon”u işə saldı...

14.01.2025 | 19:55
ABŞ Qrenlandiyanın ələ keçirilməsinə başladı - Konqresə qanun layihəsi daxil oldu...

14.01.2025 | 19:28
Trampın 5 faiz tələbinə NATO üzvlərindən cavab - SSRİ 6 faiz tələb etdi və dağıldı...

14.01.2025 | 19:15
İsrailin Bakıdakı yeni səfiri nə vaxt mətbuat konfransı keçirəcək...

14.01.2025 | 19:00
Azərbaycana xam palma yağı idxalı ilbəil artır - yağ nəyə sərf edilir?...

14.01.2025 | 18:46
Tramp komandasından Zelenskiyə ilk açıq mesaj - güzəşt və atəşkəs...

14.01.2025 | 18:32
Ermənistanın Azərbaycanda törətdiyi heç bir cinayət cəzasız qalmayacaq...

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031