Proses başladı - Türkiyədə 14 millət vəkilinin toxunulmazlığı ləğv edilir...
“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində Türkiyə siyasətindəki son proseslərlə bağlı maraqlı paylaşım edib. Paylaşımda deyilir:
"Dekabrın 31-də status yazmışdım ki, "ana müxalifət" partiyasının lideri də daxil 16 millət vəkilinin həbsinə hazırlıq gedir...Status böyük ajiotaj doğurdu. Hamı hadisənin harada baş verəcəyini dərin maraqla soruşurdu. Buyurun.
Xəbər çıxdı. CHP, İYİ partiya və DEM partiyanın liderləri də daxil 14 millət vəkilinin toxunulmazlığının ləğv edilməsi ilə bağlı qardaş Türkiyənin Böyük Millət Məclisinin müzakirəsinə qanun layihəsi daxil oldu...Proses başladı..."
Mətləb