KÖHNƏ VERSİYA            

Rəqəmsal valyutaların qanuniləşdirilməsi Azərbaycana böyük ziyanlar vuracaq(?)...

Image

Rəqəmsal valyuta heç bir dövlətə və banka bağlı olmayan, qlobal güclərin dünyada etibar qazanmaq istəyən tələsidir

Fiziki forması olmayan və yalnız elektron şəkildə mövcud olan rəqəmsal valyutalar artıq dünyada geniş yayılmağa başlayıb və hətta bəzi ölkələr tərəfindən onlara hüquqi status verilib. Bu cür valyutalar internet üzərindən mübadilə edilə və bəzi hallarda xüsusi şəbəkələr vasitəsilə nəzarət edilən mərkəzləşdirilmiş və ya mərkəzləşdirilməmiş ola bilər. 

Mərkəzləşdirilmiş rəqəmsal valyutalara hökumətlər və mərkəzi maliyyə qurumları tərəfindən nəzarət edilir. Bu valyutalar adətən hökumətin rəsmi pul siyasətinə uyğun şəkildə idarə olunur. Mərkəzləşdirilməmiş rəqəmsal valyutalar isə daha çox tanınan kriptovalyutalar (məsələn, "Bitcoin", "Ethereum") kimi fəaliyyət göstərir. Onlar blokçeyn texnologiyasına əsaslanır və heç bir mərkəzi orqan tərəfindən nəzarət edilmir.

Ümumiyyətlə, rəqəmsal valyutalar xüsusilə beynəlxalq ödənişlərdə və müasir ödəniş sistemlərində genuş istifadə olunmaqdadır. Məsələn, “Bitcoin” və “Ethereum” kimi kriptovalyutalar qlobal ödəniş sistemlərinə inteqrasiya olunub və bir çox onlayn ticarət platformaları və xidmətlər kriptovalyutaları ödəniş vasitəsi kimi qəbul edir. Dünya təcrübəsinə nəzər yetirsək, artıq Çin, Şimali Koreya və bəzi Avropa ölkələrində rəqəmsal valyutaların mərkəzləşdirilməsi, leqallaşdırılması sınaqları həyata keçirilir və bəzi hallarda istifadə edilməyə başlanılıb. Azərbaycanda isə tənzimləyici orqan olan Mərkəzi Bank bu istiqamətdə beynəlxalq təcrübələri nəzərə alaraq milli standartların yaradılması üzrə işlər aparsa da, hazırda ölkədə rəqəmsal valyutalara hüquqi statusun verilməsi mümkün olmayıb.

Əslində mərkəzləşdirilməmiş rəqəmsal valyuta və ya kriptovalyuta nə qədər çevik, rahat və operativ ödəniş vasitəsi olsa da, həmin valyuta nə fiziki olaraq insanların əlində olur, nə də bu valyuta hər hansı bir banka və ya dövlətə bağlıdır. Bir qədər sadələşdirsək, rəqəmsal valyutanın hasilatçısı onun üzərində külli ixtiyar sahibidir, istənilən an onu resurslardan silərək, bir rəqəmsal valyuta sahibi olaraq yoxa çıxa bilər. Hazırda dünya maliyyə sistəmində rəqəmsal valyutalar bu cür etibarsızlıq sindromunu sındırmaq üçün dəridən-qabıqdan çıxır. Diqqət edirsinizsə, ABŞ borcun içində batsa da dolların etibarlılıq səviyyəsi müzakirə mövzusuna çevrilə bilmir. Hətta bəzi dünya ölkələri dollardan imtina etdiyini bəyan edir, amma bununla belə onu daha çox əldə etməyin yollarını axtarır. Məsələn, İran, Rusiya və Çin birlikdə bəyan etdilər ki, öz aralarında bu üç ölkənin valyutası ilə qarşılıqlı ticarət edəcəklərini qərara alıblar və ölkə daxilində dollarla ticarətə qadağa qoydular. Bu qərardan dərhal sonra həmin ölkələrə dolların qaçaqmalçılıq yolu ilə axını sürətləndi. Ona görə ki, bu valyutanın arxasında ABS kimi güclü bir dövlət və onun mərkəzi bankı durur. Bu gün iki yüz il əvvəl cap edilmiş dolları ABŞ mərkəzi bankını, yəni tənzimləyici funksiyanı yerinə yetirən qurum olan FED-ə (Federal Ehtiyatlar Departamenti) təqdim etsəniz, sizə dərhal onun ekvivalentində təzə əskinas verəcəklər. Çünki valyutanın arxasında dünyanin ən güclu dövləti dayanıb. Amma mərkəzləşdirilməmiş rəqəmsal valyutanın arxasında fiziki olaraq heç nə və heç kim dayanmayıb.

Bəs onda nəyə görə dünyanın inkisaf etmiş ölkələri bu "etibarsız" valyutaya hüquqi status verirlər? Məsələ burasındadır ki, qlobalistlər və ya qlobal güclər bununla rəqəmsal mərkəzləşdirilməmiş valyutalara "etibar qazandırmaq" istəyirlər. Bir qədər də konkretləşdirsək, ABŞ, Böyük Britaniya və kollektiv Qərb dünya maliyyə ehtiyatlarını bir mərkəzdən idarə etmək üçün indiyə qədər ən müxtəlif vasitələrdən istifadə edib. Məsələn, beynəlxalq bank əməliyyatlarının alətləri məcmusu olan SWIFT sisteminin yaradılması bu cəhdlərdən biridir. Aİ bu sistəmi yaratmasaydı qısa müddətdə bir neçə unversal buna bənzər bank alətləri sistemi yaranacaqdı. Aİ bunu yaratmaqla ölkələri bu sistemə dəvət etdi ki, artiq əziyyət çəkməyin, biz yaratmışıq, siz də istifadə edin, bəhrələnin. Sonda Rusiya onun sözünə baxmayanda nə etdi? Əlbəttə, SWIFT-i bağlamaqla ona təzyiq göstərdi. Sabah Azərbaycan da Avropanın xoşuna gəlməyən addım atan kimi, onu da SWIFT-dən məhrum edəcək. Bu əslində dünya ölkələrinə qayğı deyil, əksinə, onlar üçün bir tələdir.

Mərkəzləşdirilməmiş rəqəmsal valyutalarla təzyiq göstərmək isə daha amansız və asandır. Çünki bu, virtual bir valyutadır və yalnız internetə bağlıdır. İnternet yoxdursa kriptovalyuta da yoxdur.

Araşdırma arpanız görəcəksiniz ki, Qırğizıstanda fəaliyyət göstərən kriptovalyuta hasilatçısı ən azı bir necə ilə ABŞ-da, Avropa ölkələrində,  Böyük Britaniya və ya onların forpostu olan ölkələrdən birində maliyyə-valyuta təlimləri keçib. Ona görə Qırğızıstanı misal gətirirəm ki, kriptovalyuta biznesi Orta Asiyanı tamamilə fəth edib. Əgər Azərbaycan mərkəzləşdirilməmiş rəqəmsal valyutalara hüquqi status verəcəksə, həmin rəqəmsal valyutaları da analoji fərdlər idarə edəcək. Yəni Azərbaycanın maliyyə sisteminə yeni təzyiq vasitəsi yaranacaq.

Düzdür, vətəndaş və ya sahibkar bununla bağlı nəsə itirəcəksə, bu onunla rəqəmsal valyuta hasilatçısı arsında yaranan problem olacaq. Amma dövlət də burada onunla məsuliyyət daşıyacaq ki, belə valyutanın ölkədə sərbəst fəaliyyətinə hüquqi status verib.

Deməli, bu statusun verilməsinin özü dövlətə məsuliyyət yaradır. Ona görə də hökumət bununla bağlı qərarı qlobal təbliğat əsasında deyil, məsuliyyəti dərk edərək reallaşdirmalıdır. Azərbaycan hökuməti isə haqlı olaraq bu məsuliyyətin altına girmək istəmir. Bununla yanası, Azərbaycan Mərkəzi Bankı hazırda özünə bağlı olan mərkəzləşdirilmiş rəqəmsal valyuta hazırlamaq üzərində işləri davam etdirir. Yəqin bu ilin sonuna qədər AMB-nin rəqəmsal valyutası dövriyyəyə buraxılacaq kı, bu da kriptovalyutalara ciddi alternativ yaradacaq.

Akif NƏSİRLİ







VİDEO

Rusiya deputatı Putinlə İlham Rəhimovun dostluğunu da heçə saydı... - VİDEO

Paşinyanı Ceyms Devid Venslə görüşünə görə peşiman etdilər... - VİDEO

“Rus Evi”nə cavab - “Azərbaycanlılar həbs edilsin” - VİDEO

Təyyarəmizi vurandan 8 dəqiqə sonra "Kovyor" məlumatını yaydılar - Rusiyada plan nə imiş?..

6200 jurnalistin neçəsi USAID-in sifarişi ilə Azərbaycana qarşı yazılar yazıb?..

“İlkin hesabat qəzanın səbəblərini tam ifadə etmir” - təyyarəmizlə bağlı Rusiyadan kədərli reaksiya...

SON XƏBƏRLƏR

08.02.2025 | 09:26
Xoruz banlayan orta məktəb görübsüz?... Sabirabadda deyirlər var...

08.02.2025 | 08:42
Dərs vaxtı ilə bağlı nazirdən düşündürücü rəy - kənd məktəblərində niyə də yox?..

07.02.2025 | 23:45
Rusiya deputatı Putinlə İlham Rəhimovun dostluğunu da heçə saydı... - VİDEO

07.02.2025 | 22:15
Paşinyanı Ceyms Devid Venslə görüşünə görə peşiman etdilər... - VİDEO

07.02.2025 | 21:35
Azərbaycan-Ermənistan sərhədində itkin düşmüş şəxslərlə bağlı görüş keçirildi...

07.02.2025 | 21:28
“Gürcü Arzusu”nun tərəfdarları bölündü" - radikal müxalifət sıradan çıxarılır...

07.02.2025 | 21:19
Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - FOTO

07.02.2025 | 21:15
“Zəngəzur dəhlizi ilə bağlı heç kimlə sövdələşməyə getmərik” - səfir aqressivləşdi...

07.02.2025 | 21:01
Paşinyanın "soyqırım" siyasətindən geri çəkilməsi Zaxarovanı təəccübləndirdi...

07.02.2025 | 20:47
Zəngəzur dəhlizi, ya Araz dəhlizi... İranın qorxusu...

07.02.2025 | 20:34
İnternetdə "əcəl oyunları" uşaqlar üçün çox təhlükəli olmağa başlayır - ilk fakt...

07.02.2025 | 20:20
"ABŞ Azərbaycandan yana olacaq" - bu bir soyuq geosiyasi hesablamadır...

07.02.2025 | 20:07
Rusiya Azərbaycanla müttəfiqlik münasibətlərini zədələyir - faktlar...

07.02.2025 | 20:03
Prezident və Birinci xanım “Gənclik” metrosu yaxınlığında yeni parkın açılışında iştirak ediblər - FOTO

07.02.2025 | 19:53
Yerli uşaq bezi istehsalı bərbad gündədir - idxal bez isə bir uşaq üçün ayda 50 manata başa gəlir...

07.02.2025 | 19:40
Təyyarəmizi vurandan 8 dəqiqə sonra "Kovyor" məlumatını yaydılar - Rusiyada plan nə imiş?..

07.02.2025 | 19:33
6200 jurnalistin neçəsi USAID-in sifarişi ilə Azərbaycana qarşı yazılar yazıb?..

07.02.2025 | 19:26
BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi

07.02.2025 | 19:19
“Rus Evi” ilə bağlı qərar Azərbaycan-Rusiya münasibətlərinə necə təsir göstərəcək? - Narahatlıq var...

07.02.2025 | 19:12
XİN-də kollegiya iclası keçirildi, 2025-ci il üzrə əsas prioritetlər müzakirə olundu

07.02.2025 | 19:04
İran açıq etiraf etdi – “Zəngəzur dəhlizini istəməyən biz və Ermənistandır...”

07.02.2025 | 18:50
“Azərbaycan Rusiya ilə əlaqələri ictimai şəkildə gərginləşdirməyə bəhanə axtarır" - Zatulin...

07.02.2025 | 18:41
Nazir Vilayət Eyvazov Qusarda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.02.2025 | 18:36
USAİD 10 min terrorçuya yemək alıb, yüzlərlə insanın cinsini dəyişdirib...

07.02.2025 | 18:23
Paşinyan eyni vaxtda ABŞ və İranla strateji tərəfdaşlıq sazişi imzalayır...

07.02.2025 | 18:18
"Rus evi"nə cavab - "İlham Rəhimovun əmlakını müsadirə edin..."

07.02.2025 | 18:13
“Rus Evi”nə cavab - “Azərbaycanlılar həbs edilsin” - VİDEO

07.02.2025 | 18:09
“İlkin hesabat qəzanın səbəblərini tam ifadə etmir” - təyyarəmizlə bağlı Rusiyadan kədərli reaksiya...

07.02.2025 | 17:55
Kollec diplomları getdikcə mənasız kağız parçasına çevrilir...

07.02.2025 | 17:43
Primakov “Rus Evi” gərginliyinin səbəbini Azərbaycanda görür…

07.02.2025 | 17:36
XII Qlobal Bakı Forumunun keçiriləcəyi tarix məlum oldu

07.02.2025 | 17:31
Arıqladır, həm də öldürür - qəbul etdiyimiz "sibutramin" nədir...

07.02.2025 | 17:18
Azərbaycanda plüralizm praktikası - yad cərəyanlar ölkəyə sıza bilmədi...

07.02.2025 | 17:11
Veteran jurnalist Firidun Ağazadənin 75 illik yubileyi qeyd edilib

07.02.2025 | 17:06
Fələstinlilərin Qəzzadan sürgün edilməsilə bağlı hazırlıqlar başladı - Netanyahu Trampın planını əvvəlcədən bilirmiş...

07.02.2025 | 16:55
Bakıda 11 elektromobili soyan şəxs yaxalandı

07.02.2025 | 16:43
Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE

07.02.2025 | 16:37
ABŞ Ukraynanın nüvə silahı istəyinə çox net cavab verdi – bu olmayacaq...

07.02.2025 | 16:26
Uğurla başlayan yeni dövr uğurla davam edir

07.02.2025 | 16:21
Zelenskidən Baltikyanı ölkələrə xəbərdarlıq - Putin Belarusu da müharibəyə sürükləyir...

07.02.2025 | 16:05
Zelenski Putinlə görüşməyə hazır olduğunu açıqladı – ancaq bir problem var...

07.02.2025 | 16:01
ATMU Qarabağ Universiteti ilə əməkdaşlıq edəcək

07.02.2025 | 15:56
Samir Nuriyev yeni maliyyə nazirini kollektivə təqdim etdi - FOTO

07.02.2025 | 15:51
Samir Şərifova yeni vəzifələr verildi - FƏRMAN

07.02.2025 | 15:44
İran Ermənistanı problemlərdən çıxış yolu olaraq görür - “The Jerusalem Post” nəşri...

07.02.2025 | 15:40
Tramp administrasiyası Paşinyan və arvadının təklifini rədd etdi...

07.02.2025 | 15:39
Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edildi - SƏRƏNCAM

07.02.2025 | 15:36
Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edildi

07.02.2025 | 15:25
Xankəndi bu gün – MÖHTƏŞƏM GÖRÜNTÜLƏR...

07.02.2025 | 15:15
Nizamidə dələduzluqla 21 min manat mənimsəyən iki nəfər tutuldu

07.02.2025 | 15:03
Şəhid Müşfiq Quliyevin nəşinin qalıqları Cəbrayılda torpağa tapşırıldı

07.02.2025 | 14:57
Kremldən Bakıda “Rus evinin” bağlanmasına reaksiya - dialoq yolu ilə həll edəcəyik

07.02.2025 | 14:39
Məktəbdə paylanan vərəqələrlə bağlı rəsmi açıqlama - DİN valideynlərə çağırış etdi...

07.02.2025 | 14:16
Şəhid Elşən Tağıyevin nəşinin qalıqları Salyanda dəfn edildi

07.02.2025 | 13:50
Nəsimidə telefon oğurlayan 2 şəxs tutuldu...

07.02.2025 | 13:26
Ukrayna göndərilən humanitar yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi

07.02.2025 | 13:15
“Qarabağ Universitetinin Klinikası” yaradılır - FƏRMAN

07.02.2025 | 13:10
Затулин наглеет, это же натура Москвы - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

07.02.2025 | 12:43
Suriya Rusiya bazaları ilə bağlı şərtini açıqladı - bu halda qala bilər...

07.02.2025 | 12:30
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib - FOTO

07.02.2025 | 11:20
Kəskin hava şəraitinə görə gəmilərə xəbərdarlıq edildi - SON DƏQİQƏ

07.02.2025 | 11:10
Trampdan ŞOK addım - Netanyahunun həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq etdi

07.02.2025 | 11:05
Ötən ay qeydə alınan cinayətlərin üstü 100 faiz açılıb - Hərbi prokurorluq

07.02.2025 | 11:04
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməni əsilli şəxslər məhkəmə qarşısında

07.02.2025 | 11:03
Zaxarova peşman olub, bütün gizlinlər açılır - CANLI

07.02.2025 | 11:00
Qubada 20 santimer qar, mənfi 8 dərəcə temperatur...

07.02.2025 | 10:30
Paşinyan Trampın müavini ilə görüşdü

07.02.2025 | 10:20
Rusiyada terror törətmək istəyən 4 Ukrayna cəsusu yaxalandı

07.02.2025 | 10:16
Güzəştli ipoteka ilə ev almaq istəyənlər, bu xəbəri mütləq oxuyun!

07.02.2025 | 10:15
Almaniyada icazəsiz yaşayan 45 azərbaycanlı geri qaytarıldı

07.02.2025 | 10:10
Ordubadın bütün kəndlərində bu gün qaz olmayacaq

07.02.2025 | 10:05
AFFA yumruq davasına görə araşdırmalara başladı

07.02.2025 | 10:00
Rusiyada baş verən yanğında 4 nəfər ölüb

07.02.2025 | 09:49
ABŞ-da təyyarə radarlardan itib

07.02.2025 | 09:22
Azərbaycan Rusiyaya kərə satışını 4 dəfə artırıb - özümüzü təmin edib qurtardıq?

07.02.2025 | 09:20
Naxçıvanda güzəştli mənzil tikintisinə start veriləcək

07.02.2025 | 09:15
Narkotikin təsiri altında avtomobil sürənlər həb olundu

07.02.2025 | 09:05
Güləşçilərimiz Zaqrebdə daha iki medal qazanıblar

07.02.2025 | 09:00
Ərdoğan Aərbaycan səfiri ilə görüşdü, "Xahiş edirəm qardaşım İlham Əliyevə ən xoş salamlarımı yetirin” dedi...

07.02.2025 | 08:55
Bu gecə Xəzərdə zəlzələ olub

XƏBƏR ARXİVİ

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728