Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
![Image](/uploads/posts/2024-04/1713850332259642003_1200x630.webp)
Dünən ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in mətbuat xidmətindən mətbuat üçün açıqlamada bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 105, o cümlədən borclu şəxs qismində axtarışda olan 73 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 18 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.
Mətləb Salahov