Putin Rusiyanın nüvə müharibəsinə tam hazır olduğunu bəyan etdi...
Rusiyanın dövlətçiliyinə, suverenliyinə və ya müstəqilliyinə təhlükə yaranacağı təqdirdə Moskva nüvə silahından istifadə etməyə hazırdır. Prezident Vladimir Putin bunu Rusiya dövlət televiziyasına müsahibəsində deyib.
O, həmçinin ABŞ-ın nüvə müharibəsinə səbəb ola biləcək hər hansı eskalasiyadan qaçacağını güman etdiyini, lakin RF-in istənilən ssenariyə hazır olduğunu vurğulayıb. Rusiyanın dövlət başçısı hazırda Ukraynada nüvə silahından istifadəyə ehtiyac olmadığını bildirib.
Putinin sözlərinə görə, Moskva Ukraynada öz məqsədlərinə çatacağına əmindir. Rusiya prezidenti, eyni zamanda, danışıqlara hazır olduğunu və istənilən sövdələşmədə Qərbdən ciddi təminat tələb edəcəyini deyib.
Putin deyib ki, Rusiya hərbi-texniki nöqteyi-nəzərindən nüvə müharibəsinə hazırdır. O, əlavə edib ki, Rusiyanın nüvə triadası başqa ölkələrdə olduğundan daha müasirdir. O bildirib: “Əlbəttə, hərbi-texniki nöqteyi-nəzərindən biz hazırıq”.
Rusiya Prezidenti qeyd edib ki, onun ölkəsinin nüvə qüvvələri daimi döyüş hazırlığı vəziyyətindədir.
O, həmçinin bildirib ki, ABŞ öz qoşunlarını Ukraynaya göndərsə, onda Rusiya bu addımı müdaxilə aktı kimi qəbul edəcək.
ZÜMRÜD