KÖHNƏ VERSİYA            

Erməni liderlərinin "Mən faşistəm" kimi etirafı dünyanın heç bir yerində olmayıb...

Image

Erməni faşizminin təkcə Azərbaycan yox, bütün region üçün ciddi təhdid mənbəyi olması bəlli həqiqətdir. Elə o səbəbdən Azərbaycan bu təhlükənin dərhal aradan qaldırlmasını tələb edir. Hələlik isə faşizm Ermənistanda çiçəklənməkdə davam edir. 

Sirr deyil ki, erməni siyasətçilərinin, bu xalqa rəhbərlik etmək istəyənlərin, hakimiyyətə can atanlarının hər birinin başlıca şüarı millətçilik, faşizmdir. Bu yanaşmalara sadiq olmayan və onu özü üçün müqəddəs amal hesab etməyən erməni cəmiyyətdən təcrid olunur.

Faşist, xain dünyagörüşü ermənilərin liderlərinin də qanında, canında yaşadığı üçün və onlar insanlığa xas olmayan bu xüsusiyyətlərdən can qurtarmağa cəhd göstərmədiklərinə görə təhlükə mənbəyi olaraq qalırlar. Bunlar fonunda prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində erməni faşizminə geniş şəkildə toxunması təsadüfi deyil: “Müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar. İndi baxın, Ermənistanın birinci prezidentinin irqçi və faşist açıqlamaları nə dərəcədə eybəcərdirsə, bir o qədər də təhlükəlidir. O, etnik təmizləməni bir qürur mənbəyi kimi qələmə verir, azərbaycanlıların öz tarixi dədə-baba torpaqlarından qovulması ilə öyünür. Sadəcə olaraq, bu videomaterial, necə deyərlər, indi ictimailəşdirildi. Ancaq təbii ki, bunu Ermənistanda bilirdilər. Ermənistanın müttəfiqləri, havadarları təbii ki, bilirdilər və bu fikirləri bölüşürdülər. Bizə qarşı 30 illik işğalçılıq siyasəti, sadəcə olaraq, Ermənistan məhsulu deyil, onunla həmrəy olan islamofob, azərbaycanofob, irqçi, ksenofob dairələrin, xarici ölkələrin nümayəndələrinin birgə məhsuludur. Belə bir faşist dövlətlə biz qonşuyuq və faşizm təhlükəsi sovuşmur. Ona görə faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik. Bizim başqa çarəmiz yoxdur”. Azərbaycanın erməni faşizminə xüsusi diqqət yetriməsinin səbəblərini də dövlət başçısı dəqiq şəkildə izah edib: “Yenə də 30 illik işğal, xalqımızın əzabları, Xocalı soyqırımı, dağıdılmış, viran qoyulmuş Qarabağ - bütün bunlar bizim gözümüzün qabağındadır və kim zəmanət verə bilər ki, bu, təkrarlanmayacaq, heç kim! Çünki Ermənistanın birinci üç rəhbəri faşist ideologiyasının daşıyıcılarıdır. Ermənistanın indiki rəhbəri, mən demişəm, indi özündən sülh göyərçini düzəltmək istəyir. Amma baxın, görün, onun 2018-2019-cu illərdəki çıxışlarına, onları indi heç kim xatırlatmaq istəmir. Hətta onun Fransadakı dostları da ondan imtina etmək istəmirlər. Yəni, bu ideologiya orada yaşayır və bunun daşıyıcıları, sadəcə olaraq, bugünkü Ermənistan müxalifəti deyil, Ermənistan iqtidarıdır. Bir daha demək istəyirəm ki, biz, sadəcə olaraq, müşahidəçi kimi buna tamaşa edəsi deyilik”. Burada qeyd edək ki,  Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-24-də “Yerkrapa” könüllülər birliyinin toplantısında çıxışı zamanı azərbaycanlılarla bağlı söylədiyi ifadələr faktiki olaraq prezident qismində fəaliyyət göstərdiyi dövrləri əhatə edir. Həmin dövrlərdə o, Ermənistanın rəsmi şəxsi olub və bəyanatında söylədiyi ifadələr ümumilikdə azərbaycanlılara qarşı aparılan etnik təmizləmənin, deportasiyaların açıq şəkildə bəyan edilməsi, Ermənistanın faşist siyasətinin mahiyyətinin rəsmi şəxs tərəfindən dilə gətirilməsidir. Petrosyanın çıxışında yer alan “Ermənistan və Qarabağ yad millətlərdən təmizləndi” ifadəsi konkret olaraq etnik təmizləmə və deportasiya faktını Ermənistanın birinci şəxsinin dilindən təsdiqləmiş olur.

Məsələyə münasibət bildirən beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Vitali Arkov da bildirir ki, faşizm erməni ideologiyasının əsasında dayanır: “Levon Ter-Petrosyan prinsipial olaraq yeni bir şey deməyib. Uzun zamandır sirr deyil ki, Sovet İttifaqının dağılması əsasən milli məsələlərin qabardılması və millətlərarası münaqişələrin alovlandırılması ilə başladı. Bu prosesin sifarişçiləri Qərbdə – əsasən okeanın o tayında yerləşirdi, icraçıları isə yerli ərazilərdə fəaliyyət göstərən, xarici xüsusi xidmət orqanları tərəfindən ələ alınmış Levon Ter-Petrosyan kimi şəxslər, mədəniyyət, elm və hətta siyasi elitanın nümayəndələri idi”. Ekspert   qeyd edib ki, millətçilik ssenarisi həmin dövrdə bütün sovet respublikalarında, o cümlədən Rusiyada həyata keçirilirdi: “Qafqazda isə vəziyyət daha tez gərginləşdi. Bunun səbəbi, ilk növbədə, Qafqaz xalqlarının temperamentli olması və respublikaların çoxmillətli xarakteri idi. XX əsrin 80-ci illərinin sonundakı faciəvi hadisələrə qədər Qafqazı müasir Babil adlandırmaq olardı. İkincisi, yerli strukturlara müəyyən səlahiyyətlərin həvalə edilməsi və ənənəvi idarəçilik xüsusiyyətləri nəticəsində Moskvanın buradakı nəzarəti tam deyildi. Həmçinin Qafqaz respublikalarına müəyyən iqtisadi üstünlüklər verilmişdi. Bu, bir növ NEP 2.0 (Yeni İqtisadi Siyasət) idi ki, nəticədə Gürcüstan, Azərbaycan və Ermənistan SSR-də bir çox sovet vətəndaşı üçün həyat səviyyəsi ölkənin orta göstəricisindən yüksək idi. Yəni obyektiv olaraq, Moskvanın onları əzdiyi və haqsızlıq etdiyini hiss etmələri üçün əsas yox idi. Buna baxmayaraq, bu narrativ (indi bunu demək dəbdədir) kənardan insanların düşüncəsinə yeridilirdi. Üçüncüsü, radikalizmə digərlərinə nisbətən daha tez erməni millətçiləri yetişdi və Qərb onların köməyi ilə bir sıra silsilə tədbirlər təşkil etməklə XXII Yay Olimpiya Oyunlarının iştirakçılarının və tamaşaçılarının təhlükəsizliyinin təmin edilməsi məsələsində SSRİ-ni gözdən salmağa çalışırdı. Bu, 1977-ci ildə Moskva metrosunda qanlı terror aktları törətməklə özünü göstərdi. Əlbəttə ki, bu terror aktlarının icraçılarına həqiqi məqsəd və hədəflər çatdırılmamışdı. Millətçilik kartı XX əsrin 80-ci illərinin sonunda olduğu kimi oynanılırdı”. Arkov Ter-Petrosyanın bəyanatında erməni millətçiliyinin xüsusiyyətlərini qeyd edərək, onun Ukrayna millətçiliyi ilə oxşar cəhətlərə malik olduğunu bildirib: “Bu, bir milləti digər bütün millətlərdən üstün tutmaq, ərazi və mədəni dəyərlərə iddiaları əsaslandırmaq üçün tarixin saxtalaşdırılması cəhdləri kimi çox təhlükəli tendensiyadır. Xüsusilə də narahatlıq doğuran məqam odur ki, Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyan özünü Levon Ter-Petrosyanın tələbəsi kimi təqdim edir, nasist cinayətkar Qaregin Njdeni qəhrəmanlaşdırır; uzun illər millətçi Monte Melkonyanı zahirən təqlid edib və faktiki olaraq Ermənistanı ABŞ və Fransanın forpostuna çevirib. Hansı ki, bu ölkələr xüsusilə Paris bölgəni yeni hərbi münaqişələr xaosuna sürükləmək niyyətlərini gizlətmir”. Real faktlar erməni faşizminin üzərindən pərdəni qaldırır və bu “dövlətin” mahiyyətini dünyaya nümayiş etdirir. Təsadüfi deyil ki, bu faktlar Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətin müəlliflərindən biri sayılan şəxsin dilindən etiraf olunur. Bu faşist mahiyyət, vaxtilə azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti Ermənistanın keçmiş dövlət başçısının dili ilə təsdiqlənir. Ermənistanın ikinci prezidenti və Xocalı qətliamının iştirakçılarından biri olan Robert Köçəryan AŞPA-nın sessiyasında Azərbaycan torpaqlarının işğalında şəxsən iştirak etməsi ilə qürur duyduğunu dilə gətirmişdi. Serj Sarkisyan da Xocalı qətliamının birbaşa iştirakçısı olduğunu və dinc azərbaycanlıları qətlə yetirdiklərini etiraf etmişdi. Bütün bunlar bəşəriyyətin ən böyük faciələrindən birini törədən şəxslərin etiraflarıdır və birmənalı şəkildə cinayət tərkibi daşıyır.

Tahir TAĞIYEV







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Qazaxıstan təyyarənin "qara qutu" şifrələrini hələ Azərbaycana verməyib - maraqlıdır...

Lavrov Bakı-İrəvan sülhündə həll olunmamış hansı 2 məsələdən danışır?

Polis Akademiyasına qəbul prosesi genişləndirildi...

SON XƏBƏRLƏR

16.01.2025 | 00:44
“Şərqin Qapısı”nı pis niyyətlə “döyən” hay kilsəsi...

15.01.2025 | 23:56
Qəzza zolağında atəşkəs razılaşması əldə olundu... - Tramp elan etdi...

15.01.2025 | 22:30
Azərbaycan XİN Ermənistanı tutarlı tarixi faktlarla vurdu - bunu bütün dünya bilir...

15.01.2025 | 22:18
Rusiya İstintaq Komitəsi Aktauda təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi

15.01.2025 | 21:12
Ermitajın məşhur Şərq zalında Qaraköpəktəpə eksponatlarını erməniləşdiriblər...

15.01.2025 | 20:56
Bayden son anda da Fələstin xalqının “dövlət haqqını” tanımadı...

15.01.2025 | 20:41
Qazaxıstan təyyarənin "qara qutu" şifrələrini hələ Azərbaycana verməyib - maraqlıdır...

15.01.2025 | 20:27
Türkiyədə yenidən AKP-PKK barışıq prosesi başladı - son nə olacaq?

15.01.2025 | 20:12
ABŞ-Ermənistan sazişi Bakı-İrəvan sülhünü arxaya atır...

15.01.2025 | 19:58
İrəvan Moskvaya dalbadal 3 zərbə vurdu - Roma statutu, Avroittifaqa üzvlük, ABŞ-la saziş...

15.01.2025 | 19:44
ABŞ Ermənistanın ərazi bütövlüyü və suverenliyini qoruyacaq - Lavrov narahatlığını formal təmkinlə örtmək istədi...

15.01.2025 | 19:31
Mərkəzi Asiya ölkələri Azərbaycan üzərindən Avropaya elektrik ixracı imkanları axtarır...

15.01.2025 | 19:17
Gürcüstanda Qərbyönümlü bütün müxalifəti ləğv edirlər...

15.01.2025 | 19:03
Ermənistan ABŞ-ın "anti-İŞİD koalisiyasına" qoşuldu - terror dövlətindən paradoksal gediş...

15.01.2025 | 18:48
ABŞ-Ermənistan strateji sazişinin arxasında nələr yatır?

15.01.2025 | 18:34
Lavrov Bakı-İrəvan sülhündə həll olunmamış hansı 2 məsələdən danışır?

15.01.2025 | 18:20
Ən çox şikayətlər bu 3 bankdan gəlir...

15.01.2025 | 18:14
Daha 28 keçmiş məcburi köçkün ailəsi doğma yurda qovuşdu...

15.01.2025 | 18:07
Azərbaycanda dini icma üzvünün başına 200 min dollar qoyulub... Kimdir?

15.01.2025 | 17:53
ABŞ Ermənistanın sərhədlərini nəzarətə götürür...

15.01.2025 | 17:40
Yeni dünya düzəni, D-8, Türk Dövlətləri Təşkilatı... Azərbaycanın təşəbbüsləri....

15.01.2025 | 17:27
ABŞ erməniləri Azərbaycanın "Boeing" yük təyyarəsi almasına qarşı kampaniyaya başladılar...

15.01.2025 | 17:14
Polis Akademiyasına qəbul prosesi genişləndirildi...

15.01.2025 | 17:08
Məktəblərdə telefon QADAĞAN EDİLDİ

15.01.2025 | 16:53
Küveyt Vəliəhdi Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

15.01.2025 | 16:51
Myanma İttifaqı Dövlət İdarə Şurasının Sədri Prezident İlham Əliyevə başsağlığı verdi

15.01.2025 | 16:41
Nəqliyyat və Kommunikasiya Holdinqinin Nizamnaməsi təsdiq edildi

15.01.2025 | 16:35
Baydenin komandası Rusiyanın dondurulmuş aktivlərini başqa bir hesaba köçürməyi təklif etdi...

15.01.2025 | 16:35
Prezident Bələdiyyələrin maliyyəsinin əsasları haqqında qanuna dəyişikliyi təsdiqlədi

15.01.2025 | 16:08
Lavrov ABŞ və PKK/YPG-ni sərt tənqid etdi -onlara dedik, Türkiyə buna imkan verməyəcək...

15.01.2025 | 15:51
Ölkə Prezidenti COP29-da iştirak edən 76 BMU könüllüsünü təltif edib

15.01.2025 | 15:44
Vətəni canından artıq sevən Fərid

15.01.2025 | 15:25
“Media nümayəndələrinin dağ-mədən sahəsində məlumatlılığının artırılması” layihəsində iştirak etmiş jurnalistlərlə görüş keçirilib - FOTO

15.01.2025 | 15:13
Ermənistan ABŞ-ın boyunduruğunu qəbul etdi - Putinin silləsi qapıdadır...

15.01.2025 | 14:30
Bakıda avtomobildən 33 kiloqrama yaxın marixuana aşkarlandı

15.01.2025 | 14:15
Ermənistan Rusiyaya nota verdi...

15.01.2025 | 13:53
Qaradağda oğurluqda şübhəli bilinən 2 şəxs saxlandı

15.01.2025 | 13:45
COP29 könüllülərinə pul mükafatı verilir

15.01.2025 | 13:31
Üç gün ardıcıl iş olmayacaq

15.01.2025 | 13:18
Bakıda maşın qaçıran şəxs saxlandı

15.01.2025 | 13:15
Azərbaycanda dini qurumlara maliyyə yardımı göstəriləcək - SƏRƏNCAM

15.01.2025 | 13:11
Полный бред Ходорковского про Азербайджан - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

15.01.2025 | 12:51
Azərbaycan XİN-dən ABŞ səfirliyinə cavab - xarici müdaxilə qəbuledilməzdir...

15.01.2025 | 12:37
Şuşa, Xocalı və Ballıcaya növbəti köç yola düşdü - FOTO

15.01.2025 | 12:22
Cəlilabadda 28 yaşlı kişi 10 kiloqram narkotiklə tutuldu - FOTO

15.01.2025 | 12:05
Rudi Qarsiya “Beşiktaş”a "HƏ" dedi

15.01.2025 | 12:00
Prezident İlham Əliyev Kayrat Sarıbayı qəbul edib - YENİLƏNİB

15.01.2025 | 11:30
“Səma xanımı” filminin təqdimatı keçirilib

15.01.2025 | 11:20
Azərbaycandan Avropaya qaz satışı bir ildə 9 faizdən çox artıb

15.01.2025 | 11:10
ABŞ - Ermənistan strateji Xartiyası. Vəziyyət ciddiləşir - CANLI

15.01.2025 | 11:10
Bərdədə odlu silah satmaq istəyən şəxs yaxalandı

15.01.2025 | 11:05
"Qurulan inklüziv hökuməti dəstəkləyirik" - İrandan Suriya açıqlaması

15.01.2025 | 11:00
İşlədikləri mağazadan 48 min manatlıq oğurluq edənlər yaxalandı

15.01.2025 | 10:30
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Moldovadan ekstradisiya edilib - Baş Prokurorluq

15.01.2025 | 10:28
Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası təsdiqlənib - Baş nazirdən QƏRAR

15.01.2025 | 10:20
Ötən gün 110 cinayətin üstünün açılması təmin olunub - DİN

15.01.2025 | 10:10
Məşhur aktyor "Deha" serialında

15.01.2025 | 10:08
"Təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq" - yol polisindən sürücülərə ÇAĞIRIŞ

15.01.2025 | 10:00
Ermənistan ABŞ-ın anti- İŞİD koalisiyasına niyə qoşuldu? Rusiyaya xəyanətin yeni forması.. Başqa şeylər də var...

15.01.2025 | 09:40
35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub - TƏBİB-dən açıqlama

15.01.2025 | 09:24
Xaricdən gətirilən heyvan və quş ətləri yerli məhsuldan daha ucuz satılır - səbəb...

15.01.2025 | 09:20
Rusiyaya BƏD XƏBƏR - 16-cı sanksiyalar paketi qapədadər

15.01.2025 | 09:10
Qvardiolanın üzü gülmür - "Mançester Siti" yenə xal itirdi...

15.01.2025 | 09:05
Göyçayda narkotik vasitədən istifadə edən sürücü həbs olundu

15.01.2025 | 09:00
Və bu ölkədə polis Prezidenti həbs etdi - SON DƏQİQƏ

15.01.2025 | 08:39
Tikinti sahibkarlarının vergisi azaldıldı - mənzilin qiymətində nə gözlənilir...

14.01.2025 | 22:57
ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzaladı

14.01.2025 | 21:20
Parisdə daha bir rüsvayçılıq - 100 idmançı medallarını Makronun üstünə atdı...

14.01.2025 | 21:06
Mirzoyan hakimiyyətdən gedən Baydenin “yaxasından düşmür”...

14.01.2025 | 20:52
Avroittifaqın Ermənistandakı "mülki missiyası" Azərbaycana hesabat verir?..

14.01.2025 | 20:37
Fransa Əlcəzairə faktiki müharibə elan etdi - 1968 və 1999-cu il müqavilələrinin ləğvi tələb edilir...

14.01.2025 | 20:33
Fəlsəfə doktorları və professorların bəxti açıldı, ekspedisiyaçı alimlərin də istəyi var...

14.01.2025 | 20:23
Azərbaycanda 12 sığorta şirkəti sıradan çıxarıla bilər...

14.01.2025 | 20:09
Moskva Paşinyana qarşı “beşinci kolon”u işə saldı...

14.01.2025 | 19:55
ABŞ Qrenlandiyanın ələ keçirilməsinə başladı - Konqresə qanun layihəsi daxil oldu...

14.01.2025 | 19:28
Trampın 5 faiz tələbinə NATO üzvlərindən cavab - SSRİ 6 faiz tələb etdi və dağıldı...

14.01.2025 | 19:15
İsrailin Bakıdakı yeni səfiri nə vaxt mətbuat konfransı keçirəcək...

14.01.2025 | 19:00
Azərbaycana xam palma yağı idxalı ilbəil artır - yağ nəyə sərf edilir?...

14.01.2025 | 18:46
Tramp komandasından Zelenskiyə ilk açıq mesaj - güzəşt və atəşkəs...

14.01.2025 | 18:32
Ermənistanın Azərbaycanda törətdiyi heç bir cinayət cəzasız qalmayacaq...

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031