Şənbə günü, 12 iyul 2025
     

İlham Əliyev və Donald Tramp eyni düşünür - dünya gücə tabedir...

Image

"Bugünkü dünyada güc amili ön plandadır və bunu heç kim unutmasın". Bu fikirlər prezident İlham Əliyev tərəfindən yerli televiziya kanallarına müsahibəsində səsləndirilib. Qeyd edilən yanaşmanı ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp da təsdiq edir.

Məlumat üçün bildirək ki, inauqurasiya mərasimi yanvarın 20-nə planlaşdırılan Donald Tramp   Floridadakı kurortunda bir saatdan çox jurnalistlərin suallarını cavablandırıb və bir sıra sensasion açıqlamalar verib. Belə ki,  Donald Tramp Panama kanalı və Qrenlandiyanı əldə etmək üçün hərbi və ya iqtisadi vasitələrdən istifadəni istisna etməyib. Panama kanalına və Qrenlandiyaya nəzarəti ələ keçirmək üçün hərbi, yaxud iqtisadi zorakılıqdan istifadə etməyəcəyinə dünyanı əmin edə biləcəyini soruşduqda Tramp buna belə cavab verib: "Xeyr, mən bu iki məqamın heç birinə zəmanət verə bilmərəm. Amma bir şeyi deyə bilərəm: bunlar ABŞ-a iqtisadi təhlükəsizlik üçün lazımdır". Beləliklə, Panama kanalı və Qrenlandiyanın güc yolu ilə alınmasını istisna etməyərək, Tramp bunların ABŞ-a təhlükəsizlik və iqtisadi məqsədlər üçün lazım olduğunu bildirib: "Bizə milli təhlükəsizlik məqsədləri üçün Qrenlandiya lazımdır. Mənə uzun müddətdir ki, hələ namizədliyimi irəli sürməzdən əvvəl deyirdilər... Mən, həqiqətən, Danimarkanın buna hər hansı qanuni haqqının olub-olmadığını bilmirəm. Bu, bizim milli təhlükəsizliyimiz üçün lazımdır, orada hər yerdə Çin gəmiləri var". Panama kanalına xüsusi toxunan Donald Tramp bunun ABŞ-ın iqtisadi təhlükəsizliyi üçün zəruri olduğunu bildirib və kanalın ABŞ ordusu üçün tikildiyini qeyd edib: "Ola bilər ki, nəsə etməli olaq. Görürsünüz ki, Panama kanalı ölkəmiz üçün həyati əhəmiyyət kəsb edir. Onu Çin idarə edir, halbuki, biz Panama kanalını Panamaya verdik. Biz bunu Çinə verməmişik. Onlar bundan sui-istifadə etdilər, bu, heç vaxt belə edilməməli idi". Kanalı idarə edən şirkətin rəhbəri Rikaurte Vaskes Morales bildirib ki, Trampın Panama kanalına nəzarətin ABŞ-a qaytarılması ilə bağlı tələblərinin yerinə yetirilməsi gəmiçilikdə xaosa gətirib çıxaracaq. Onun sözlərinə görə, qaydalarda istisnalar olmur: "Biz çinlilərə, amerikalılara və ya başqalarına qarşı ayrıseçkilik edə bilmərik. Bu, neytrallıq müqaviləsini, beynəlxalq hüququ pozacaq və xaosa gətirib çıxaracaq. Çinin Panama kanalına nəzarət etməsi ilə bağlı ittihamlar əsassızdır. Çinin bizim əməliyyatlarımızla heç bir əlaqəsi yoxdur".  Gəmilərin Panama kanalından keçməsinin dəyəri 300 min dollardan 1 milyon dollara qədər dəyişdiyini etiraf edən Vaskes Morales deyib: "Tariflər dünyanın hər yerindən gələn bütün gəmilərə aiddir, istisnalar yoxdur". Trampın Qrenlandiya ilə bağlı açıqlamaları Avropada ciddi narahatlıq yaradıb.Almaniya kansleri Olaf Şoltsun mətbuata xüsusi bəyanatla çıxış etməsi və ABŞ-a sərhədlərin toxunulmazlığı prinsipinə hörmət edilməsinin zəruriliyini açıq şəkildə xatırlatmaq qərarı məhz bu səbəbdəndir. Almaniya hökumətinin başçısı Danimarkanın Baş naziri Mette Frederiksen və NATO-nun baş katibi Mark Rütte ilə telefon danışığı aparıb. Kansler Trampın bəyanatlarını Fransa prezidenti Emmanuel Makronla SMS vasitəsilə müzakirə edib. Şolts bildirib ki, Avropa ölkələrinin liderləri Trampın son bəyanatlarına anlaşılmazlıqla reaksiya veriblər. Onun sözlərinə görə, sərhədlərin toxunulmazlığı prinsipi bütün ölkələrə şamil edilir.

Trampın Qrenlandiya ilə bağlı açıqlamaları fonunda Danimarka kralı kral gerbini dəyişib. Yeni versiyada Qrenlandiya və Farer adaları daha qabarıq şəkildə təsvir edilib.   Tramp Kanadanı ABŞ-ın ştatına çevirmək planı ilə də gündəmə gəlib, həm də Meksika körfəzinin adını Amerika Körfəzi adlandıracağına söz verib. "Reuters" qeyd edir ki, Tramp vəzifəyə başlamazdan əvvəl diplomatik mülahizələrə və ABŞ müttəfiqlərinin narahatlığına məhəl qoymadan aqressiv xarici siyasət hazırlamağa başlayıb. Tramp ABŞ-ın Kanada mallarına və hərbi dəstəyə xərcləmələrini tənqid edərək, ABŞ-ın bundan faydalanmadığını qeyd edib. O, iki ölkə arasındakı sərhədi "süni xətt" adlandırıb. Kanadanın baş naziri Castin Trudo Trampın açıqlamasına cavab olaraq bir şeyin mümkün olmadığını bildirib: "Kanadanın ABŞ-ın bir hissəsi olacağı ehtimalı çox azdır. Ölkələrimizin işçiləri və icmaları bir-birinin ən böyük ticarət və təhlükəsizlik tərəfdaşı olmaqdan faydalanır". Tramp Rusiya-Ukrayna münaqişəsinə də toxunub və hakimiyyətdən gedən ABŞ administrasiyasını Ukrayna ilə bağlı siyasətinə görə tənqid edib. Onun sözlərinə görə, Ağ Ev Rusiya prezidentinin dəfələrlə Ukraynanın NATO ilə heç bir əlaqəsi olmaması barədə xəbərdarlıq etməsini nəzərə almayaraq, Ukraynanın təşkilata mümkün üzvlüyü ilə bağlı danışıqlarda çoxlu səhvlərə yol verib. Bu səhvlər, Trampın fikrincə, müharibəyə səbəb olub. Üstəlik, Tramp prezident seçilməşdən əvvəl Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatları cəmi bir günə bitirə biləcəyinə inandırırdısa, o, bunu artıq 6 ay ərzində edə biləcəyinə ümid etdiyini bildirib və yenə bunun necə olacağını açıqlamayıb. Tramp 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrail yaşayış məntəqələrinə hücumu zamanı girov saxlanılan israillilərlə bağlı məsələyə də toxunub və bildirib ki, vəzifəyə başlamazdan əvvəl onlar azad edilməsələr, bunun ağır nəticələri olacaq: "Mən vəzifəyə başlamazdan əvvəl onlar geri qaytarılmasa, bunun Yaxın Şərqdə ciddi nəticələri olacaq. HƏMAS üçün də yaxşı olmayacaq... Əlavə edəcəyim heç nə yoxdur. Girovları qaytarmalı idi. Onlar heç vaxt girov götürülməməli idilər. Oktyabrın 7-də hücum baş verməməli idi". Tramp eyni zamanda vəzifəyə gəldikdən sonra NATO-ya üzv ölkələrin hərbi alyansa ödədiyi pulun miqdarını dəyişəcəyini deyib. Onun sözlərinə görə, NATO  ölkələri ÜDM-in 2 faizini deyil, 5 faizini müdafiəyə ayırmalı olacaqlar". Bütün bunlar yeni dünya nizamında güc faktorunun ön planda olduğunu bir daha təsdiq edir.

Nahid SALAYEV



VİDEO

SON XƏBƏRLƏR

12.07.2025 / 11:10
Ərdoğandan qərar - bu xanımı vəzifəyə təyin etdi

12.07.2025 / 11:02
Tramp ŞOKDA - ABŞ məhkəməsi Prezidentin fərmanını blokladı!

12.07.2025 / 10:54
Narkotik vasitələr becərən Qəbələ sakini yaxalanıb

12.07.2025 / 10:00
Mingəçevirin bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

12.07.2025 / 09:12
"Feyk xəbər" yayanları ciddi cəza gözləyir

12.07.2025 / 09:03
Ölkəmizə "cəhənnəm istilər" gəlir...

12.07.2025 / 08:44
Sertifikasiyadan sonra indi də müəllimlərin dərs yükü problemə çevrilib...

12.07.2025 / 01:05
Azərbaycandan tarixi uğur - 40 gündə 6 seçkidə qalib gəldik...

11.07.2025 / 21:43
Erməni işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdi – MƏHKƏMƏ+ FOTO

11.07.2025 / 21:30
Rusiya XİN Azərbaycanda rus dilinin vəziyyətini(?) araşdırır...

11.07.2025 / 21:15
Antiterrordan Əbu-Dabiyədək - Əliyevin təşəbbüsləri aparıcıdır...

11.07.2025 / 21:01
Priqojin 2 azərbaycanlını “Vaqner”ə hansı ölkənin həbsxanasında cəlb edib?..

11.07.2025 / 20:46
Bakı-İrəvan sazişi bu ilin sonunda imzalana bilər...

11.07.2025 / 20:31
Zəngəzur dəhlizi açılır - Əbu-Dabi çox şeyi dəyişdi...

11.07.2025 / 20:16
Əliyev-Paşinyan görüşünə Rusiyadan ikibaşlı rəylər gəlir...

11.07.2025 / 20:02
Dövlətdən böyük vəsait ayrılır, ipəkçilik yenə də çökür...

11.07.2025 / 19:47
Azərbaycanın və Türkiyənin qəvi düşməninin axırına Ermənistan özü çıxır…

11.07.2025 / 19:30
Professor Məhərrəm Qasımlı Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

11.07.2025 / 19:17
Birləşmiş Kreml-İrəvan qüvvələri başladı - “Əbu-Dabi görüşünü ABŞ təşkil edib”...

11.07.2025 / 19:05
Sabir Zeynalov Açıq Çelenc Turnirində gümüş medal qazanıb

11.07.2025 / 19:03
Üç nəfər xaricində PKK terror təşkilatı bağışlandı - Murat Karayılan, Cəmil Bayık və...

11.07.2025 / 18:57
İranın diplomatik ikiüzlülüyü

11.07.2025 / 18:47
Hökumət mollası türk dilini "cəhənnəm dili" adlandırdı...

11.07.2025 / 18:42
Bahar Muradova Balakən rayonunda vətəndaşları qəbul edib

11.07.2025 / 18:33
Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

11.07.2025 / 18:23
İqtisadi Şuranın iclası keçirildi - 2026-cı il büdcə layihəsinə dair müzakirə aparıldı

11.07.2025 / 18:19
Təhsil Nazirliyi “qanunsuz” azad edir, məhkəmələr bərpa edir...

11.07.2025 / 18:06
Əliyev-Paşinyan razılaşmasının ardınca Rusiya hərəkətə keçdi...

11.07.2025 / 17:52
Vətəndaş Cəmiyyəti Təşkilatlarının BMT-də rolu – BAMF-dan növbəti təlim

11.07.2025 / 17:47
Azərbaycandan Almaniyaya daha çox pul axmağa başlayıb - əvvəl tərsinə idi, nə olub?

11.07.2025 / 17:44
TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti geniştərkibli müşavirə keçirilib

11.07.2025 / 17:25
Tramp Ukraynaya göndərəcəyi silahların pulunu NATO-dan alacaq - Biz silahları onlara verəcəyik, onlar da Ukraynaya...

11.07.2025 / 17:12
Sabunçuda əməliyyat - Emin Səmədov 10 kq narkotiklə tutuldu...

11.07.2025 / 16:59
Dünya Çərkəz Birliyi çərkəz xalqının geridönüş haqqının tanınmasını tələb edir

11.07.2025 / 16:40
PKK-nın tərksilah edilməsilə bağlı ilk addım Süleymaniyyədə atıldı - Rəsmi Ankaradan ilk reaksiya...

11.07.2025 / 16:37
FHN-in əməkdaşı Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçildi

11.07.2025 / 16:28
Beynəlxalq səyyahlar Laçında... - YENİLƏNDİ

11.07.2025 / 15:57
Ürəyi Vətənlə döyünən qəhrəman Elnur...

11.07.2025 / 15:30
bp-nin Azərbaycan milli mətbuatının 150 illiyinə töhfəsi...

11.07.2025 / 15:29
Dəniz kənarında ekoloji çirklənməyə yol verən şəxslərə qarşı polis nəzarəti daha da gücləndirilib

11.07.2025 / 15:14
"Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı" - Xocalı soyqırımı zamanı körpə övladları ilə girov götürülmüş qadın

11.07.2025 / 15:10
Bakıda “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda Forum keçirilib - FOTO

11.07.2025 / 14:51
Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi

11.07.2025 / 14:26
16 milyon manata yaxın borcu olan şirkətin əmlakı satışa çıxarıldı

11.07.2025 / 14:12
Ağdamda tikinti aparılan ərazidə insan sümüyü aşkarlandı

11.07.2025 / 13:55
Türk Rivierasında heyranedici mənzərələrlə dolu unudulmaz səyahət

11.07.2025 / 13:47
Paşinyan İrəvanı revanşistlərdən “təmizləyir”..

11.07.2025 / 13:24
“Konstitusiya və Suverenlik İli” çərçivəsində BDU-nun 2 tələbəsinə Ombudsmanın xüsusi təqaüdü veriləcək

11.07.2025 / 13:21
Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib

11.07.2025 / 13:19
BDU-da “Birincilik” təqaüdü təsis edildi

11.07.2025 / 13:12
Страшный сон профессора Хачикяна - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.07.2025 / 13:11
Almaniyada yaşayan ixtiraçı həmyerlimiz "Bakı Xəbər"ə müraciət etdi

11.07.2025 / 13:09
“Sənət və duyğu harmoniyasının təbliği” layihəsi uşaqların psixoloji rifahına töhfə verir

11.07.2025 / 12:53
"Medianın işində ciddi keyfiyyət dəyişikliyi özünü göstərməkdədir" - Əhməd İsmayılov

11.07.2025 / 12:35
Rusiya Ukrayna müharibəsilə bağlı ABŞ-a yeni təkliflər verdi - Lavrovla görüşən Rubio detalları açıqlamadı...

11.07.2025 / 12:07
"Milli mətbuatımızın hazırkı estafetini yeni gənc nəsil qəbul etməlidir" - Əhməd İsmayılov

11.07.2025 / 11:55
“Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyaları birləşdirildi

11.07.2025 / 11:50
“Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi yaradıldı - FƏRMAN

11.07.2025 / 11:42
Prezident bələdiyyələrin vahid informasiya sisteminin yaradılmasını təsdiqlədi

11.07.2025 / 11:35
Yaşayış minimumu haqqında qanunda dəyişiklik edildi

11.07.2025 / 11:33
“Bakinski raboçi” və “Xalq” qəzetinin redaksiyalarının MMC-ləri yaradıldı - FƏRMAN

11.07.2025 / 11:31
Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsinə vəsait ayrıldı - SƏRƏNCAM

11.07.2025 / 11:30
"İrana səfər etməyin!" - ABŞ öz vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ

11.07.2025 / 11:25
Dünya bazarı çalxalanır - qızıl 20 dollardan çox bahalaşıb

11.07.2025 / 11:16
Abşeronda 17 əl qumbarası, 16 partlayıcı və xeyli silah-sursat aşkarlandı - TƏCİLİ

11.07.2025 / 11:13
Vüqar Rəhimzadə: Azərbaycan konstruktiv və lider mövqeyi ilə sülh gündəliyini irəli aparır

11.07.2025 / 11:09
Cənubi Qafqazda yeni diplomatik mərhələ: Əbu-Dabidə tarixi görüş

11.07.2025 / 11:07
Samvel Karapetyanın yaxın adamı da həbs edildi

11.07.2025 / 11:04
Prezident İlham Əliyev Monqolustan Prezidentini təbrik etdi

11.07.2025 / 11:03
Bakı - İrəvan danışıqlarında mühüm nəticələr alındı - CANLI

11.07.2025 / 11:00
Respublika Klinik Xəstəxanasında pasiyent üzərində eyni anda 5 əməliyyat icra olunub

11.07.2025 / 10:31
BDU-da T3 Fondunun birgə əməkdaşlığı ilə “TEKNOFEST klubu” yaradılır

11.07.2025 / 10:29
Makron ŞOKDA - Məhkəmə onun arvadını kişi adlandıran jurnalistə bəraət verdi!

11.07.2025 / 10:22
Şirvanda narkokuryerdən 7 kiloqrama yaxın narkotik vasitə götürülüb

11.07.2025 / 10:13
Azərbaycan və Çin arasında mülki aviasiya sahəsində əməkdaşlığa dair sənəd imzalanıb

11.07.2025 / 10:10
Pakistanda cinayətkarlar 9 sərnişini öldürüblər

11.07.2025 / 10:00
"Rusiya ilə müharibə təkcə Ukrayna üçün deyil..."

11.07.2025 / 09:45
Pensiyaçılara şad xəbər

11.07.2025 / 09:32
Bu çanta Parisdə 7 milyona avroya satıldı

11.07.2025 / 09:20
"60 günlük atəşkəsə razıyıq, amma..."

11.07.2025 / 09:12
"Rusiya ilə bağlı məyus oldum" - Trampdan mühüm açıqlama

Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910