KÖHNƏ VERSİYA            

Ehtiyatda xüsusi təyinatlı idi, 4 uşaq atası idi, könüllü getdi və şəhid oldu - Daşdəmir Paşayev...

Image

Məleykə Paşayeva: “Daşdəmir Xocalının günahsız insanlarının və general Polad Həşimovun qisasını almaq üçün müharibəyə getmişdi”

Dörd balası ağlar qaldı,

Getdi igid oğlum, getdi.

Eşitdim ki, şəhid olub

Elə bildim ağlım getdi. 

Gözü ağlar qalan balaların igid ataları torpaqlarımızı düşmən tapdağından azad etdi. Belə igid oğullardan biri də Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin ehtiyatda olan zabiti, Vətən müharibəsi şəhidi Paşayev Daşdəmir Əlizaman oğlu‎dur. 

Daşdəmir Paşayev 1982-cı ildə Bakı şəhərində anadan olub. Uşaqlıq illəri Bakıda keçib. 1988-ci ildə 250 saylı tam orta məktəbin 1-ci sinifində daxil olub, 1996-cı ildə həmin məktəbin 8-ci sinfini başa vurub. 8-ci sinfi bitirdikdən sonra C.Naxçanski adına hərbi liseyə qəbul olub. 1999-ci ildə liseyi bitirərək Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə daxil olub.
 2003-cü ildə məktəbi bitirib və leytenant rütbəsi ilə xidmətə başlayıb. İsveçrədə 6 ay müddətində kurs keçib. Kursdan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargahının tabeliyində olan Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlayıb. Ailə vəziyyəti ilə bağlı baş leytenant rütbəsində ehtiyata buraxılıb.

“Mənə müharibədən məktub yazmışdı ki, ana…”

Daşdəmir Paşayevin anası Məleykə xanımla Xatirə Kitabı Redaksiyasının hazırladığı “44 gün – Tarixi zəfər” adlı kitabın III cildinin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında keçirilən təqdimat mərasimində həmsöhbət olduq. 

Məleykə ana bildirdi ki, əslən bakılıdırlar və oğlunun da bütün uşaqlığı paytaxtda keçib. “Mənim dörd övladım - iki oğlum, iki qızım vardı. Daşdəmir ən böyük övladım, nəslin isə ən böyük nəvəsi idi. Oğlum öz adı ilə fəxr edirdi, babasının adını daşıyırdı. Daşdəmir uşaqlıqdan hərbiçi olmaq istəyirdi, ona görə də, Naxçanski adına hərbi liseyə qəbul oldu, oranı bitirdikdən sonra Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə daxil oldu və leytenant rütbəsində oranı bitirdi. Sonra İsveçrədə 6 aylıq kurs keçdi. Demək olar ki, Daşdəmir 8 il hərbi təshil alıb. Yaşmadakı “N” saylı hərbi hissədə xüsusi təyinatlı kəşfiyyatçısı kimi xidmətə başlayıb. 7 il orada xidmət etdikdən sonra baş leytenant rütbəsi aldı. Bundan sonra ailə vəziyyəti ilə əlaqədar hərbidən ehtiyata çıxdı, ailə qurdu, dörd övladı dünyaya gəldi. Üç qızı, bir oğlu var.   

Ehtiyatda olsa da, Daşdəmirin fikri-zikri torpaqlarımızın azad olunması idi. 

27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayanda Daşdəmir yerində dayana bilmədi və Abşeron rayon Hərbi Komissarlığına gedib ki, ehtiyatda olan zabit kimi onu da müharibəyə aparsınlar. Sentyabrın 27-dən oktyabrın 7-nə qədər hərbi komissarlığa ayaq döyür, amma onu müharibəyə aparmaq istəmirlər. Daşdəmir deyirdi ki, ana, nə qədər israr etdim, gördüm məni müharibəyə aparmaq istəmirlər, axırda qapının ağzında oturdum və onlara “evə getməyəcəyəm, burda oturacağam. Mən ehtiyatda olan zabitəm, müharibəyə getməməyi öz kişiliyimə sığışdıra bilmərəm, oğullar müharibəyə gedir, şəhid olurlar, buna dözə bimirəm, məni də aparın” dedim. Daşdəmir uzun isrardan sonra müharibəyə getməyə nail oldu. Oğlum məhəlləmizdən bayraq asıb, məni gözü yaşlı qoyub müharibəyə getdi.     

Oğlum ehtiyatda olan bir zabit kimi könüllülər üzərində komandir vəzifəsinə təyin olunur. Füzuli uğrunda gedən şiddətli döyüşlərdə fəal iştirak edir, düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edir”. 

Ana bildirdi ki, oğlu oktyabrın 13-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. “Daşdəmir Kəlbəcərdə də döyüşüb, döyüş yoldaşlarını mühasirədən çıxarıb. Zabit olduğu üçün komandir idi. Demişdilər ki, şəhid olmayıb sağ qalsan müharibədən sonra sənə mayor rütbəsi veriləcək. Elə sevinirdi ki, Ordumuz qalib gəldi…

Oğlum mənə müharibədən məktub yazmışdı ki, ana, mən 25 yaşındakı Daşdəmir kimiyəm, özümü sağlam hiss edirəm, daha eynəyimi də atmışam. Gözü zəif idi deyə eynək taxırdı. 

Oğlum o vaxt hərbidən ehtiyata çıxandan sonra müxtəlif işlərdə çalışdı, Metropolitendə işlədi, maşın təmiri ilə məşğul oldu, ANS kanalında mühafizədə işlədi. Çox qeyrətli, namuslu oğlan idi. Şəhid övladlarımızın hamısı elə bil seçiliblər.

Sonuncu dəfə Daşdəmirlə oktyabrın 10-da danışdıq. Mən özüm Metropolitendə işləyirəm, axşam növbəsində idim, bir də gördüm mənə mesaj gəldi. Sonra da danışdıq. Dedi ana, oktyabrın 13-də ağır döyüşümüz olacaq, mənə xeyir-dua ver. Mən də dedim ki, Allah səni qorusun, gözün arxada qalmasın, dörd övladına necə baxmışamsa yenə də elə baxacağam, təki qalib olub evə salamat qayıt. 

Daşdəmir Xocalının günahsız insanlarının və general Polad Həşimovun qisasını almaq üçün müharibəyə getmişdi. O, Xocalı ilə bağlı kadrlara baxanda çox pis olurdu, bunu özünə sığışdırmırdı. Mübarizin, Fəridin şəhidliyinə dözə bilmirdi. 

Ataları şəhid olanda uşaqlar körpə idi. O, müharibəyə gedəndə demişdilər ki, ata, getmə. O da balalarına demişdi ki, mən sizi və xalqımızın bütün uşaqlarını qorumalıyam, sizin çox gözəl gələcəyiniz olmalıdır”. 

Daşdəmir Paşayevin xatirəsinin əbədiləşdirilməsinə gəlincə, Məleykə ana bildirdi ki, Xırdalanda adına küçə verilib. “Çox istərdim ki, yaşadığım binaya  oğlumun xatirə lövhəsi vurulsun. Oğullarımızın xatirəsi əbədiləşdirilir. Xatirə Kitabı Redaksiyasının bu sahədə gördüyü işlər bizə təsəlli verir. Balalarımızın adı kitablara salınır, onlar yaşadılır. 

Həmişə oğlumun yolunu gözləyirəm, bəzən şəhid olduğuna heç inanmıram da. Metropolitendə işlədiyim üçün sərnişinlərin arasında oğlumu axtarıram, gözlərim hey onu gəzir. Bir cüssəli, qamətli oğlan görəndə elə bilirəm Daşdəmirdir. Axı o xüsusi təyinatlı kəşfiyyatçıdır. Deyirəm ki, o cür oğul erməni gülləsinə tuş gələ bilməz, oğlum yaşayır, kənardan mənə baxır. Hiss edirəm ki, oğlum sağdır. Daşdəmirin məzarı İkinci Fəxri Xiyanbandadır, gedib ziyarət edirəm. Elə bilirəm, o məzarda yatan o deyil, ölümünə inana bilmirəm. Mənim oğlum şəhid olanda Aynur xanımın oğlu Məhəmməd-Nadir gedib ki, Daşdəmirin nəşini ordan çıxarsın, onu da orda vurmuşdular. Mahmud adlı balamız da başqa bir şəhidi xilas etmək üçün getmişdi, onu da vurmuşdular, onun ardınca da Hüseyni vurmuşdular. Dörd oğul bir-birinin dalınca şəhid olub və nəşləri neytral zonada qalmışdı. Oktyabrın 30-da mənim oğlumun nəşini götürdülər. Noyabrın 1-də DNT analizi verdim, noyabrın 8-də DNT analizinin cavabı gəldi. Sonra 9-da dəfn etdik. Daşdəmirin kürəyində snayper simgəsi vardı. 38 yaşında gedib, amma yenə də ona “uşağım” deyirəm. Ana üçün onlar uşaqdır”.

Ana deyir ki, ürəyindəki oğul yarası sağalmaz, amma bu zülmə dözməkdən başqa çarəsi yoxdur,  Daşdəmirin yadigarlarını böyütmək, ərsəyə gətirmək üçün canını dişinə tutub yaşayır.

Qəhrəman komandirin torpaqlarımızın azadlığı uğrunda göstərdiyi şücaətlər dövlətimiz tərəfindən unudulmur. Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Bakı şəhərində anadan olan könüllü zabit, baş leytenant Daşdəmir Əlizaman oğlu Paşayev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

İgid ölər, adı qalar deyib atalarımız. Torpaqlarımızı düşməndən azad edən, bu uğurda canını fəda edən, balalarını, anasını, yarını ağlar qoyan oğullar əbədi olaraq yaşayacaq. 

İradə SARIYEVA








VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Dünyanın "strateji idarəedicisi" İlham Əliyevlə görüş istəyini reallaşdırdı...

Hərbi cinayətdə ittiham olunan ermənilərin ziyan vurduğu 531 min azərbaycanlı kimlərdir...

Abdolbari Gözəlin sərvəti kim(lər)ə qalacaq?...

SON XƏBƏRLƏR

23.01.2025 | 21:22
Saxta erməni tarixinin izlərini qədim Babilistan yazılarına aparıb çıxardılar...

23.01.2025 | 21:07
Baydenlə Blinkenin “907-ci nankorluğu” ABŞ xristianlarının diqqətində...

23.01.2025 | 20:52
Paşinyan Bakıda məhkəməsi gedən erməniləri şok fikirlərlə müdafiə etdi...

23.01.2025 | 20:39
"Zəngəzur dəhlizi ABŞ-a verilir" - iddia...

23.01.2025 | 20:25
Qərbi azərbaycanlı şəhidlər Xocalı soyqırımından sonra cəbhəyə könüllü getdi - Hicran Zülfiyev...

23.01.2025 | 20:11
Baydenin Trampla Bakının arasına buraxdığı daha bir problem - USAİD...

23.01.2025 | 20:07
Leyla Əliyeva Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO

23.01.2025 | 19:58
SOCAR-ın xarici aeroportda sərmayə qərarı nə qədər qazanclı olacaq...

23.01.2025 | 19:44
Misilsiz layihə - 3 ölkənin qaz və elektrik sistemləri birləşdirilir, Azərbaycan açar mövqedədir...

23.01.2025 | 19:30
Tramp Rusiyaya qarşı planlarının bəzi maddələrini açıqladı...

23.01.2025 | 19:17
Azərbaycanın "Yaşıl dəhliz" strategiyası işləməyə başladı...

23.01.2025 | 19:11
“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”nə dəyişiklik edildi

23.01.2025 | 19:10
Prezident bəzi fərmanlarda dəyişiklik etdi

23.01.2025 | 19:07
Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti ƏDV-dən azad edildi

23.01.2025 | 19:05
Prezident Kənd Təsərrüfatı Nazirliyi Aparatının işçilərinin say həddinin artırılması ilə bağlı sərəncam imzaladı

23.01.2025 | 18:55
Avropa Şurasında Azərbaycana qarşı növbəti düşmənçilik edildi...

23.01.2025 | 18:41
Azad rayonlarda enerji istehsalı regionların inkişafında mühüm mərhələdir...

23.01.2025 | 18:28
Kreml rəsmiləri Trampla görüş üçün əldən-ayaqdan gedir - Trampdan hələ uyğun cavab yoxdur...

23.01.2025 | 18:23
İrana casusluq edən gəmi kapitanının cəzası dəyişmədi - 16 il...

23.01.2025 | 18:14
Azərbaycanın xarici ticarətində narahatlıq yaradan göstərici - üç dəfə azalıb...

23.01.2025 | 17:58
Məhkəmə Köçəryanla Sarkisyanın Bakıya gətirilməsini tələb edə bilər...

23.01.2025 | 17:45
Britaniya Qroznıda vurulmuş təyyarəmizlə bağlı narahatdır... Niyə?

23.01.2025 | 17:32
Bakıda 5-ci sinif rus bölməsində qalmaqal...

23.01.2025 | 17:26
Azərbaycan-Gürcüstan əlaqələri qarşılıqlı hörmət və etimada əsaslanır

23.01.2025 | 17:20
Azərbaycan sahibkarları növbəti 1 il də rahat "nəfəs alacaqlar"...

23.01.2025 | 17:15
Narkotiklərin satışında ittiham edilən tiktokerə 5 il 1 ay iş verildi

23.01.2025 | 17:08
Trampdan daha bir radikal qərar - ABŞ qoşunları Avropadan çıxarılır...

23.01.2025 | 16:55
Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənlər yaxalandı

23.01.2025 | 16:43
Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin irqçi siyasətini sərt şəkildə qınadı

23.01.2025 | 16:36
Ceyhun Bayramov Cahit Bağcını qəbul etdi

23.01.2025 | 16:26
Zelenski 2022-də İstanbul razılaşmalarının niyə pozulduğunu açıqladı - Ukraynada biri mənə Putindən ultimatum gətirdi…

23.01.2025 | 16:15
Qəhrəmanlıq zirvəsinə ucalanlar

23.01.2025 | 16:08
Trampdan Putinə təhdid kimi xəbərdarlıq - müharibəni dayandırın, yoxsa... mənim başqa yolum qalmayacaq

23.01.2025 | 15:58
MOK Makronun saxta medalları ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə müraciət etdi

23.01.2025 | 15:24
Polis Nəsimidə əməliyyat keçirdi, 16 kiloqram narkotik tutuldu

23.01.2025 | 15:16
Cinayətkarlıqla mübarizə üzrə Koordinasiya Şurasının sədri dəyişdirildi

23.01.2025 | 14:55
"Ukraynanın məğlub olması NATO-ya trilyonlarla dollara başa gələcək" - Baş katib

23.01.2025 | 14:30
Gəncədə 10-dan çox avtomobili soyan şəxslər yaxalandı...

23.01.2025 | 13:57
Suraxanıda mağazadan oğurluq edən şəxs saxlandı

23.01.2025 | 13:42
Paris prokurorluğu Fransa daxili işlər nazirini səriştəsizlikdə günahlandırdı...

23.01.2025 | 13:28
Tehrandakı səfirliyimizə hücumda şəhid olan Orxan Əsgərovun atası - "Biz o terrorçunun edamını istəyirik"

23.01.2025 | 13:14
Личный враг Путина на инаугурации Трампа. Почему? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

23.01.2025 | 13:06
Xaçmazda dələduzluq edənlər yaxalandı

23.01.2025 | 12:43
Prezident İlham Əliyev Ərdoğana zəng edib

23.01.2025 | 12:15
Bölgədə sülh və təhlükəsizlik Ermənistan üzərindən təhdid edilir

23.01.2025 | 12:05
Deputatlar Qarabağ yolçusudur - azad edilmiş ərazilərdə görülən işlərlə tanış olacaqlar

23.01.2025 | 12:00
Tovuzda ustanı elektrik cərəyanı vurub

23.01.2025 | 11:30
“Fənərbağça” “Lion”a, “Mançester Yunayted” “Reyncers”ə qarşı

23.01.2025 | 11:20
“Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı təsis ediləcək

23.01.2025 | 11:18
Tanınmış jurnalist vəfat edib

23.01.2025 | 11:15
ABŞ-da ATIŞMA - 4 polis yaralanıb

23.01.2025 | 11:05
Miqrantlara bəd xəbər - Tramp deportasiya üçün bu Nazirliyə səlahiyyət verdi

23.01.2025 | 11:03
Ermənistan Trampa gərək olacaqmı? - CANLI

23.01.2025 | 11:00
İrandan Azərbaycana 80 kq narkotikin keçirilməsinin qarşısı alınıb

23.01.2025 | 10:30
Naxçıvanda bu idarəyə yeni rəis təyin olunub

23.01.2025 | 10:20
Bələdiyyə seçkiləri ilə əlaqədar veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib

23.01.2025 | 10:14
Bakıda "Tofaş" yolu keçən qadını vurub öldürdü

23.01.2025 | 10:05
"Qarabağ" bu gün Avroliqada növbəti oyununa çıxır

23.01.2025 | 10:00
Tramp durmaq bilmir - indi də "Husilər"i terror təşkilatı elan etdi

23.01.2025 | 09:25
Avropa ərzağı Bisfenol A maddəsində saxlamağı qadağan etdi - bilirsiz bu nədir?..

23.01.2025 | 09:20
Qəzzada dağıntılar altından daha 212 nəfərin cəsədi çıxarılıb

23.01.2025 | 09:10
Bir ildə 83 milyona yaxın tibbi xidmət göstərilib - TƏBİB

23.01.2025 | 09:05
Tramp öz şəxsi mühafizə rəhbərini Məxfi Xidmətə direktor təyin edib

23.01.2025 | 09:00
Tehranda Azərbaycan və İran arasında Anlaşma Memorandumu imzalanıb

23.01.2025 | 08:39
Həcc ziyarəti azərbaycanlılar üçün buna görə bahalaşır - QMİ-nin inhisarı...

22.01.2025 | 23:27
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İsveçrə səfərilə bağlı videoçarx paylaşılıb - VİDEO

22.01.2025 | 22:55
Azərbaycan Dünyanın Mənəviyyat Mərkəzidir - İlin 22-ci gününə sözardı

22.01.2025 | 21:27
Tramp İranla iş görən ölkələri hədələdi - İranla münasibətlərimiz necə olacaq...

22.01.2025 | 21:15
Məktəblərdə 5 gün dərs olmayacaq

22.01.2025 | 21:14
Suriya üsyançıları Putinlə Tartus sazişini ləğv etdilər...

22.01.2025 | 20:59
Tramp 1-ci dönəmdə Azərbaycanın enerji siyasətinə necə dəstək verib - yaxın tarixin gerçəyi...

22.01.2025 | 20:44
Tramp Azərbaycanla bağlı nə edəcək - "Yol xəritəsi" hazırdır...

22.01.2025 | 20:30
Bakıda məhkəməsi gedən ermənilərin "ev dustaqlığına" çıxmaq planlarının məqsədi...

22.01.2025 | 20:15
Dünyanın "strateji idarəedicisi" İlham Əliyevlə görüş istəyini reallaşdırdı...

22.01.2025 | 20:02
Hərbi cinayətdə ittiham olunan ermənilərin ziyan vurduğu 531 min azərbaycanlı kimlərdir...

22.01.2025 | 19:53
Əli Əsədov fəaliyyət müddəti başa çatan Cahit Bağçını qəbul etdi

22.01.2025 | 19:45
Tramp Makronun axırına çıxacaq - Avropa liderləri qorxuya düşüb...

22.01.2025 | 19:32
Naxçıvanda 640 baş donuz yoxa çıxıb...

22.01.2025 | 19:18
Tramp ABŞ-Ermənistan strateji sazişini ləğv edə bilər...

22.01.2025 | 19:05
Bakıda xəstənin ölümünə görə plastik cərrah həbs edildi…

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031