Peskov: "Rusiya Aktaudakı aviaqəzanın obyektiv araşdırılmasında maraqlıdır"
Rusiya Aktau şəhəri yaxınlığında qəzaya uğramış "Azerbaijan Airlines" (AZAL) hava yolları şirkətinə məxsus sərnişin təyyarəsinin qəza səbəblərinin mütləq şəkildə obyektiv və qərəzsiz araşdırılmasında maraqlıdır.
Trend xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
“İstintaq orqanlarına lazımı göstərişlər verilib. Biz bu fəlakətin səbəblərinin müəyyən edilməsi üçün araşdırmanın mütləq obyektiv, qərəzsiz aparılmasında maraqlıyıq”, - deyə Peskov jurnalistlərə bildirib .
Peskov xatırladıb ki, faciədən sonra Rusiya prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev iki dəfə telefonla danışıblar. Rusiya lideri həmçinin üzrxahlığını ifadə edib və təəssüf hissini bildirib.
"Bu qəzanın səbəblərinin araşdırılması üçün bütün lazımı dəstək və əməkdaşlıq təmin edilir", – Kreml rəsmisi bildirib