KÖHNƏ VERSİYA            

Ermənistan Zəngəzur dəhlizini məcburən açmalı olur - vaxt gəldi...

Image

“Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar. Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur. Sadəcə olaraq, onlar 10 noyabr Bəyanatının müddəalarını yerinə yetirməlidirlər. Orada hər şey açıq-aydın göstərilib. Biz dörd ildən çoxdur ki, səbir göstəririk. Dörd ildən çoxdur istəyirik ki, bu, danışıqlar yolu ilə həll olunsun. Biz nə qədər gözləməli olacağıq və nə üçün gözləməliyik? Yəni, onlar bütün bunları nəzərə almalıdırlar. Mən bir dəfə demişəm, onlar gərək bizi əsəbləşdirməsinlər və başa düşsünlər ki, burada söz sahibi bizik və Cənubi Qafqazda Azərbaycan aparıcı iqtisadiyyatdır, aparıcı hərbi gücdür və aparıcı dövlətdir”. Bu fikirləri prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.

Beləliklə, qeyd edilənlər təsdqi edir ki, Azərbaycan Zəngəzur dəhlizinin açılmasında qərarlıdır və daha səbr etmək niyyətində deyil. Həm də nəzərə alınmalıdır ki, dəhlizin açılması Ermənistanın hüquqi öhdəliyidir.  2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 9-cu bəndində sözügedən məsələ öz təsbitini tapıb: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”. 2021-ci il yanvarın 11-də Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı digər üçtərəfli Bəyanatda bir daha bu məsələyə toxunulub: “2020-ci il 10 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması məqsədilə Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirləri müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli İşçi qrupu yaradılması barədə təklifi dəstəklənir”. Həmin İşçi qrupu fəaliyyətə başlasa da, bir neçə görüş keçirsə də, Ermənistanın mövqeyi səbəbindən ortada hansısa nəticə yoxdur. Azərbaycan artıq bu vəziyyətə dözmək niyyətində deyil. Məsələ ilə bağlı Milli Məclisin deputatı Anar İsgəndərov isə “Trend”ə açıqlamasında bildirib ki, Zəngəzur birmənalı olaraq Azərbaycan torpağıdır: “Azərbaycanın Şərqi Zəngəzuru varsa, deməli, Qərbi Zəngəzuru da var. Qərbi Zəngəzur deyilən ərazi də birmənalı olaraq azərbaycanlıların yaşadığı tarixi torpaqlardır. Ermənilər özləri də bilirlər ki, bu ərazilər tarixi Azərbaycan torpaqlarıdır. Azərbaycanın 8 kəndi ermənilərə verildikdən, Mehri rayonu yaradıldıqdan sonra Naxçıvanla quru sərhədlər bağlandı. Bunlar tarixdir, şübhəli heç bir şey yoxdur. Niyə Azərbaycan torpaqları bir-birindən ayrı qalmalıdır? Niyə Naxçıvana getmək üçün Azərbaycan hakimiyyəti başqa yollar fikirləşməlidir?”

Deputat qeyd edib ki, Ermənistan çıxılmaz vəziyyətdə olduqda Qərb dövlətlərindən heç biri onun yanında olmur: “44 günlük müharibəyə qədər də ermənilərin düşüncəsində “Qarabağın tarixi erməni torpağı olması” düşüncəsi var idi və havadarları da ermənilərdən daha çox cəhd göstərirdilər. Nəticədə qarşı tərəf danışıqsız təslim olmağa məcbur edildi. Ermənistan bunların hamısını düşünməlidir ki, əgər burada Azərbaycanın maraqları təmin olunmasa, bölgənin gələcək taleyində nələr baş verə bilər. Ermənistan ağır vəziyyətə düşəndə heç bir qərb dövləti onun yanında ola bilməz. Onlar Ermənistanı qızışdırırlar, bu, tarix boyu belə olub. Bu gün hansısa dövlət Ermənistana silah bağışlaya, onun müdafiə qabiliyyətini möhkəmləndirmək üçün yardımlar da edə bilər. Lakin bu yardımlar və silahlar Ermənistanı Azərbaycandan güclü edə bilməz”. Zəngəzur dəhlizi təkcə Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirməyə xidmət etmir, perspektivdə o, Şərq-Qərb, Şimal-Cənub marşrutlarının da mühüm tərkib hissəsi olacaq. Bu səbəbdən dünya miqyasında Zəngəzur dəhlizinə böyük maraq var. ABŞ, Rusiya, Çin, Avropa ölkələrinin böyük əksəriyyəti, Mərkəzi Asiya dövlətləri və digərləri bu dəhlizin açılmasında maraqlı tərəf kimi çıxış edirlər. Sözügedən dəhlizinin strateji əhəmiyyəti bu mənada həm də onunla ölçülür ki, o, işə düşdüyü halda Cənubi Qafqaz regionu daha sürətlə sabitliyin bərqərar olduğu əməkdaşlıq məkanına çevriləcək. Burada o da xüsusi qeyd edilməlidir ki, Azərbaycan Zəngəzur dəhlzinin Ermənistan ərazisindən keçən hissəsində İrəvanın suveren hüquqlarını tanıyır. Belə şəraitdə də Ermənistanın Zəngəzur dəhlizini açmaqdan imtinası regionda sülh və əməkdaşlığa zərbə vurur.  Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi, general-polkovnik Movses Akopyan da bunu təsdiq edir: “Zəngəzur dəhlizinin açılması məsələsi Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış 10 noyabr bəyanatında əksini tapıb”. Azərbaycan prezidenti İlham Əliyevin dəhlizlə bağlı son açıqlaması ilə əlaqədar jurnalistin sualına general belə cavab verib: “Dəfələrlə söyləmişəm: 10 noyabr sənədini diqqətlə oxuyun, orada təsadüfən bir söz, hərf yazılmayıb, orada hər şey qeyd olunub”. Ermənistan və Azərbaycan arasında yeni müharibə ehtimalına gəlincə, Akpyan qeyd edib: “Bütün dünya ölkələri müharibəyə hazırlaşır və gözləyir. Ermənistan geridə qalmamalıdır”. Erməni türkoloq Varujan Qeqamyan isə bildirir ki, Zəngəzur dəhlizi ilə bağlı 2025-ci ildə mümkün olan ən böyük təzyiq olacaq. Onun sözlərinə görə, İran dəhliz məsələsində əsas müxalifət olaraq qalır: “Təəssüf ki, Ermənistan yox, məhz İran. Qərbin İrana təzyiqlərini artırdığı halda, bizim üçün çox faydalı olan bu mövqe dəyişdirilə bilər. Azərbaycan və Türkiyənin Ermənistana qarşı müharibəsi təkcə klassik döyüş meydanında deyil, həm də informasiya döyüş meydanında aparılır. Ona görə də mütəşəkkil türk təbliğatının yayılmaması vacibdir. Qarşıdakı həftələrdə biz bu təhlükənin mahiyyətini mümkün qədər təfərrüatı ilə başa düşməyə və vizuallaşdırmağa və bəzi əks tədbirləri inkişaf etdirməyə kömək edəcək qondarma dəhlizin hərtərəfli tədqiqini təqdim edəcəyik”. Ermənistanın baş naziri Nikol Paşinyan da Azərbaycan prezidenti İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı açıqlamasına münasibət bildirib. Paşinyan İrəvanın regionda nəqliyyat əlaqələrinin bərpasını dəstəklədiyini bildirib: “Bizim layihəmiz bölgədə bütün kommunikasiyaların açılmasını nəzərdə tutur. Ermənistan ərazisindən keçməklə Azərbaycana dəmir yolunun tikilməsi təklif olunub, bizim üçün məsələnin konkret həlli bu layihədir və Bakıdan müsbət cavab gözləyirik. Daha sonra kağız üzərində razılaşma əldə olunar və biz dəmir yolunun tikintisinə başlayarıq”.

Ramil QULİYEV







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Beynəlxalq reytinq qurumları Azərbaycana münasibətdə hələ tam düzəlməyiblər...

Yeni xarici borclanma Azərbaycan üçün artıq təhlükə deyil - Prezident səbəbini də izah etdi...

Fransanın “Sezarları” Makronun öz üstünə qaytarılacaq - Azərbaycanın yeni hədəfi...

SON XƏBƏRLƏR

10.01.2025 | 00:56
Təbriz küçələrində İran rejimini silkələyən plakatlar asıldı - “Qarabağ Qəhrəmanı Əliyev”…

09.01.2025 | 21:18
Beynəlxalq reytinq qurumları Azərbaycana münasibətdə hələ tam düzəlməyiblər...

09.01.2025 | 21:03
Erməni liderlərinin "Mən faşistəm" kimi etirafı dünyanın heç bir yerində olmayıb...

09.01.2025 | 20:48
Ermənistanın biabırçılıqla üzləşməyən 2 dostu qaldı - Hindistan və Yunanıstan...

09.01.2025 | 20:33
Azərbaycan delimitasiyanın növbəti ünvanını İrəvana təklif etdi - ermənilər razılaşıb...

09.01.2025 | 20:18
İlham Əliyev və Donald Tramp eyni düşünür - dünya gücə tabedir...

09.01.2025 | 20:05
Ermənistana hərbi, siyasi və diplomatik dəstək vermiş 3 müttəfiq ölkənin biri sıradan çıxdı...

09.01.2025 | 19:51
Ermənistan Zəngəzur dəhlizini məcburən açmalı olur - vaxt gəldi...

09.01.2025 | 19:37
Yeni xarici borclanma Azərbaycan üçün artıq təhlükə deyil - Prezident səbəbini də izah etdi...

09.01.2025 | 19:24
Makron özünü itirdi - səhv səhvin dalınca gəlir...

09.01.2025 | 19:10
Prezident Qazaxın azad olunmuş kəndlərinə xüsusi mütəxəssislər qrupu göndərdi...

09.01.2025 | 18:55
Ağdam Sənaye Parkından dünyaya böyük mesajlar...

09.01.2025 | 18:41
Avropanın növbəti ikiüzlülüyü - həm sanksiya, həm də Rusiyadan rekord maye qaz?

09.01.2025 | 18:36
Uşaq yazıçısı Gülzar İbrahimova Kürdəmirdə oxucularla görüşdü - FOTO

09.01.2025 | 18:27
Azərbaycan neftində tənəzzül aradan necə qaldırıldı?..

09.01.2025 | 18:14
Media savadlılığı məlumat azadlığı praktikasını təkmilləşdirən amildir...

09.01.2025 | 18:10
Vicdan insanın daxili transformatorudur

09.01.2025 | 18:03
Aİ Şurasının Prezidenti Prezident İlham Əliyevə zəng edib

09.01.2025 | 17:53
Fransanın “Sezarları” Makronun öz üstünə qaytarılacaq - Azərbaycanın yeni hədəfi...

09.01.2025 | 17:40
Ukraynaya belə münasibət Makronun son xəyanəti olacaq...

09.01.2025 | 17:34
XİN-dən Paşinyana cavab - "arqumentiniz Ermənistanın "xoş niyyət"inin təsdiqi sayıla bilməz"

09.01.2025 | 17:27
Ərdəbil mollasının nadürüstlüyünə görə kim üzr istəməlidir?...

09.01.2025 | 17:14
Azərbaycan-ABŞ münasibətlərinin strateji olması üçün kim nə etməlidir?..

09.01.2025 | 17:00
Bəşər Əsədin arvadının İngiltərə casusu olduğu ortaya çıxdı - Əsəd ailəsi ilə bağlı gizli sənədlər sızdırıldı...

09.01.2025 | 16:46
Bakıda maşın qaçıran şəxs saxlandı

09.01.2025 | 16:35
Gürcüstan Qərbin Cənubi Qafqazda mənfur siyasətini anlamağa başlamışdır

09.01.2025 | 16:10
Prezident İlham Əliyev Kobaxidzeyə başsağlığı verdi

09.01.2025 | 16:05
Tramp Rusiya ilə təhlükəsizlik sazişi bağlamağa hazırlaşır - “qırmızı xətlər” yenidən müəyyən ediləcək

09.01.2025 | 15:44
Vətənlə ucalan İnam...

09.01.2025 | 15:26
Peskov: "Ermənistan həm Avropa İttifaqı, həm də Avrasiya İqtisadi Birliyinə üzv ola bilməz"

09.01.2025 | 15:11
Sosial şəbəkədə ucuz mobil telefon satmaq adı ilə dələduzluq edən şəxslər saxlandı

09.01.2025 | 14:47
"Azərbaycan və Ermənistanla münasibətləri inkişaf etdirməyə davam edəcəyik" - Peskov

09.01.2025 | 14:40
Peskov: "Rusiya Aktaudakı aviaqəzanın obyektiv araşdırılmasında maraqlıdır"

09.01.2025 | 14:35
Baş Prokurorluq vətəndaşın əsassız məsuliyyətə cəlb edilməsi ilə bağlı iddialara aydınlıq gətirdi

09.01.2025 | 14:25
Azərbaycan ilk dəfə elektromobillərin şarj cihazlarının istehsalına başlayır

09.01.2025 | 14:07
Avropa dəyərləri korrupsiyaya qurban edilir...

09.01.2025 | 13:30
Sumqayıtda qadına qarşı soyğunçuluq edən şəxs yaxalandı

09.01.2025 | 13:17
Pensiya artımları niyə yanvar deyil, fevral ayında ödəniləcək? - Deputat açıqladı

09.01.2025 | 13:03
В. Карасев, свинство не хорошая черта - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

09.01.2025 | 12:44
BMT Prezident İlham Əliyevin müraciətini rəsmi sənəd kimi yaydı

09.01.2025 | 12:19
İdman Akademiyasında işçilərinin kütləvi ixtisar edilməsi xəbərinə aydınlıq gətirilib

09.01.2025 | 12:05
"Bu itkiyə dözmək üçün səbr diləyirik" - Azərbaycan XİN Gürcüstana başsağlığı verib

09.01.2025 | 12:00
Paşinyan iclas keçirib - Ermənistanın Avropa İttifaqına üzvlüyü barədə

09.01.2025 | 11:50
Küveyt Dövlətinin Əmiri Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

09.01.2025 | 11:30
Yanğında 5 uşaq öldü, Gürcüstanın bütün ərazilərində dövlət bayraqları endirildi

09.01.2025 | 11:15
Xaricdə təhsil alanlar üçün peşə tanınması üzrə növbəti imtahan keçiriləcək

09.01.2025 | 11:10
Kaliforniya qubernatoru istefa verməlidir! - Tramp qəzəblidir...

09.01.2025 | 11:05
Türkiyə ordusu Suriyada PKK-ya qarşı əməliyyat keçirəcək?

09.01.2025 | 11:03
İran rəsmisi qaçaraq Bakıya gəldi - CANLI

09.01.2025 | 11:00
Bakının 6 küçəsində skuter parklanma məntəqəsi yaradılıb

09.01.2025 | 10:54
Hollivudun bir hissəsi təxliyə edilir - meşə yanğınlarına görə...

09.01.2025 | 10:30
Nelson Mandelanın nəvəsi həbs edildi - avtomobil oğurladığı üçün...

09.01.2025 | 10:20
Britaniyadan qanunsuz miqrasiyaya ZƏRBƏ - bu şəxslər “qara siyahı”ya salınacaq

09.01.2025 | 10:10
"Qarabağ" yeni ildə ilk qarşılaşmasına çıxacaq

09.01.2025 | 10:05
Dəm qazı daha bir can aldı - bu dəfə Xırdalanda...

09.01.2025 | 10:00
Tramp Çini məyus etdi - "buna imkan verməyəcəm!"

09.01.2025 | 09:30
Əli Əkbər Əhmədianın Ermənistandadır - bu gün Paşinyanla görüşəcək

09.01.2025 | 09:23
Azərbaycanda elektrobus istehsalı başlanır...

09.01.2025 | 09:20
Naxçıvanın bu kəndində hərbi sursat aşkar edildi

09.01.2025 | 09:15
Kıvanç Tatlıtuğ yeni serialda - qazancı gizli saxlanılır...

09.01.2025 | 09:10
Pakistan mediası Azərbaycan Prezidentinin müsahibəsindən yazır

09.01.2025 | 09:05
"Barselona" Superkubokun finalında

09.01.2025 | 09:00
Kaliforniyada meşə yanğınları 5 nəfərərin həyatına son qoydu

09.01.2025 | 08:38
Kərə yağının idxalı və daxili istehsalı artır - qiymət də artsa, batdıq...

08.01.2025 | 22:10
"Ermənistan XİN rəhbərinin “Qərbi Azərbaycan İcması” ilə bağlı iddiaları tarixin saxtalaşdırılmasıdır" - Rəsmi Bakı

08.01.2025 | 21:43
AZAL Kazana bütün uçuşları dayandırdı

08.01.2025 | 21:22
1-ci Şah Abbas erməni Eçmiədzin kilsəsi üzərində “nə gəzir”...

08.01.2025 | 21:07
Aktauya düşmüş təyyarəni tam xilas etmək mümkün imiş - itirilmiş şok imkan...

08.01.2025 | 20:51
Paşinyan qəbul etməsə, Azərbaycan bu məsələni gündəlikdən çıxarmayacaq...

08.01.2025 | 20:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

08.01.2025 | 20:36
Naxçıvandan Türkiyəyə keçiddə mindən çox İran TIR-ı? - Yalana baxın...

08.01.2025 | 20:22
Azərbaycan tam hazırdır - Ermənistan yeni müharibəni qaçılmaz etdi...

08.01.2025 | 20:15
Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda yenilənmiş həyətlər istifadəyə verildi - FOTO

08.01.2025 | 20:08
Makronun aylarla hazırlaşdırdığı briqada Zelenskiyə ağır zərbə vurdu...

08.01.2025 | 19:53
Azərbaycanlıların Qərbi Azərbaycana qayıdışının çərçivəsi müəyyənləşdi...

08.01.2025 | 19:39
Trampın əsas hədəfi - Baydenin "Azərbaycan səhvlərini aradan qaldırmaq"...

08.01.2025 | 19:25
Makron Fransanın bütün siyasi elitasını Azərbaycanofob edib...

08.01.2025 | 19:12
Nazir Vilayət Eyvazov İsmayıllıda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO/VİDEO

08.01.2025 | 19:04
Vətəndaş cəmiyyətinin düzgün təşkili Azərbaycanın daha böyük uğurlarını şərtləndirir...

08.01.2025 | 18:50
Makron COP29 vaxtı hətta bu namərdliyə də əl atdı...

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031