Əli Əkbər Əhmədianın Ermənistandadır - bu gün Paşinyanla görüşəcək
İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədian Ermənistanda səfərdədir. İran rəsmisini İrəvanın hava limanında Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan qarşılayıb, daha sonra ikili arasında görüş keçirilib. İran rəsmisinin Ermənistana səfəri çərçivəsində baş nazir Nikol Paşinyanla görüşəcəyi gözlənilir.
Xatırladaq ki, İrəvana səfərindən öncə Əli Əkbər Əhmədian Bakıda olub.
Mətləb