Nelson Mandelanın nəvəsi həbs edildi - avtomobil oğurladığı üçün...
Cənubi Afrikanın ilk prezidenti Nelson Mandelanın nəvəsi avtomobil oğurluğunda əli olmaqda şübhəli bilinərək həbs edilib. Bu barədə yerli “EWN” radiostansiyası məlumat yayıb. Məlumatda deyilir ki, N. Mandelanın nəvəsi də daxil olmaqla 5 nəfər saxlanılıb. Avtomobil Yohannesburqda Mandelaya məxsus və sonra onun ailə üzvlərinə keçmiş malikanənin ərazisində aşkar edilib.
Yohannesburq polisinin sözçüsü Ksolani Fila Mandelanın malikanəsində beş nəfərin həbs olunduğunu təsdiqləyib. Yaşayış məntəqəsinə baxış zamanı dövlət qeydiyyatı olmayan odlu silah da aşkar edilib.
Mətləb