Kıvanç Tatlıtuğ yeni serialda - qazancı gizli saxlanılır...
Türkiyəli aktyor Kıvanç Tatlıtuğun yeni serialı bəlli olub. Türkiyə mediasının yazdığına görə, məşhur aktyor "Şakir Paşa ailesi" serialında rol alacaq. O, layihənin 5 bölümünə çəkiləcək. Kıvanç ekran işində "Rozalia" (Məryəm Üzərli) obrazının sevgilisini canlandıracaq. Türkiyə mediası yazır ki, ulduz aktyor bu çəkilişlər üçün fantastik məbləğ qazanacaq. Media onun bu serialdan gəlirinin gizli saxlanıldığını yazır.
Qeyd edək ki, ekran işində baş rolları Fırat Tanış, Vahidə Perçin, Məryəm Üzərli canlandırır.
Mətləb