KÖHNƏ VERSİYA            

Azərbaycanlıların Qərbi Azərbaycana qayıdışının çərçivəsi müəyyənləşdi...

Image

“Yaxşı olardı ki, Ermənistanın baş naziri Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etsin. Bildiyimə görə, onlar İrəvana da getməyə hazırdırlar”. Bu sözləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.

Qərbi azərbaycanlıların oradan əsassız qovulduqlarını vurğulayan dövlət başçısı əlavə edib ki, onların qayıtmaları üçün tam hüquqları var: “Ermənistan özünü bu gün Avropa demokratiyası yolu ilə gedən ölkə kimi təqdim edir. Qoy onu əyani şəkildə göstərsin. Bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana, o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər”. Dövlət başçısı onu da vurğulayıb ki, Azərbaycan  bu məsələdə Ermənistan rəhbərliyindən çox dəqiq və beynəlxalq hüquqa uyğun mövqe gözləyir: “Onlar hələ ki, susmağa üstünlük verirlər. Halbuki biz bu məsələni dəfələrlə dilə gətirmişik və onlardan konkret cavab gözləyirik. Nə vaxt, hansı şərtlərlə azərbaycanlılar o bölgələrə qayıda bilərlər? Xüsusilə nəzərə alsaq ki, azərbaycanlıların yaşadıqları kəndlərin böyük əksəriyyəti indi tamamilə boş qalıb, orada heç kim yaşamır, ora qayıtmaq o qədər də böyük problem olmaz, yəni ki, kimisə oradan köçürtmək lazım olmayacaq. Sadəcə olaraq, təhlükəsizlik zəmanəti verilməlidir. Onların orada yaşama hüququ tanınmalıdır və əlbəttə ki, onların fəaliyyəti üçün şərait yaradılmalıdır. Yəni, bizim tələbimiz bundan ibarətdir və mən ümid edirəm, gün gələcək ki, Qərbi azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar”. Azərbaycanın bu məsələdə mövqeyi sırf beynəlxalq hüquqa söykənir. Xatırladaq ki, Qərbi Azərbaycandan olan soydaşlarımız mərhələli şəkildə deportasiyaya məruz qalıblar. 1988-1991-ci illəri əhatə edən sonuncu deportasiya isə ən ağır mərhələ hesab olunur və Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə eyni vaxta düşürdü. Ermənistanın hüquq-mühafizə orqanlarının bilavasitə iştirakı ilə həyata keçirilən deportasiya zamanı soydaşlarımız fiziki-psixoloji təzyiq altında işgəncələrə, kütləvi qətliamlara məruz qalaraq, öz dədə-baba torpaqlarından zorla qovulublar. Qeyd edək ki, qayıdış hüququ beynəlxalq hüquqda konkret şəkildə təsbit olunub və təməl insan hüququ kimi tanınır. Qayıdış hüququnun əsasları arasında Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt, Pinheiro Prinsipləri və beynəlxalq adət hüququnu xüsusi qeyd etmək lazımdır. Bunlar Ermənistanın zorla çıxarılmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri dönməsini təsbit edir.

Burada onu da qeyd edək ki, 30 illik işğal dövründə Qarabağda və Şərqi Zəngəzurda olduğu kimi, Qərbi Azərbaycandakı azərbaycanlılara məxsus mədəni irs də soyqırımına məruz qalıb. Ermənistan Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi - tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıdıb. Ona görə də Ermənistan xalqımıza məxsus tarixi-mədəni irsin dağıdılması, təhrif edilməsi ilə bağlı vəziyyətin monitorinq edilməsi üçün UNESCO-nun faktların araşdırılması missiyasının səfərinə də icazə verməlidir. Bunlar fonunda qayıdış prosesində mülkiyyət hüquqlarının bərpasının vacibliyi də böyük əhəmiyyət kəsb edir. Ermənistan hökuməti müsadirə edilmiş və ya zorla ələ keçirilmiş əmlakların geri qaytarılması, qaçqınlıq zamanı dəymiş itkilərə görə kompensasiya ödənilməsi və zərərlərin əhatəli şəkildə həll olunması üçün zəruri addımlar da atmalıdır. Qeyd edək  ki, kompensasiya qaçqınların maddi və emosional itkilərini qarşılamaq üçün mühümdür. İndiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların öz doğma torpaqlarına qayıtması onların tarixi-mənəvi, insani və hüquqi haqqıdır. Vətən müharibəsi nəticəsində ərazi bütövlüyü və suverenliyimizin bərpasından sonra yaranan yeni reallıqlar fonunda Qərbi Azərbaycandan olan soydaşlarımızın qayıdışı yeni dövrün əsas hədəf və prioritetləri sırasındadır. Azərbaycanın bu məqsədinə nail olacağına heç bir şübhə yeri yoxdur. Azərbaycana qarşı qərəzli mövqedə olan dövlətlər və beynəlxalq təşkilatlar soydaşlarımızın qayıdışı məsələsinə insan hüquqları müstəvisində yanaşmalıdırlar. Başda BMT olmaqla bütün müvafiq qurumlar insan hüquqlarına münasibətdə ikili standartlara son qoymalı, Qərbi azərbaycanlıların qayıdışı məsələsini siyasiləşdirməkdən çəkinməlidirlər. İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıda bilmələri üçün müvafiq zəmanət mexanizmi olmalıdır. Onların fərdi və kollektiv hüquqları təmin edilməlidir. Bunlar fonunda Ermənistan azərbaycanlılara qarşı cinayətlərə görə məsuliyyət daşıyan şəxsləri də cəzalnadırmalı, davam etdirən strukturları ləğv etməli və Qərbi Azərbaycan İcması ilə konstruktiv dialoqa başlamalıdır.  Elə regionda   barışıq üçün Ermənistanın tarixi ədalətsizlikləri aradan qaldırması, birgəyaşayış və inam üçün şərait yaratması vacibdir. Azərbaycan bu yanaşmasının qəbul edilməsi istiqamətində bundan sonra da müvafiq fəlaiyyətini davam etdirəcək.

Ramil QULİYEV







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Aktauya düşmüş təyyarəni tam xilas etmək mümkün imiş - itirilmiş şok imkan...

Cənubi Qafqazda yeni gərginlik mərhələsi yaradılır - Azərbaycan xəbərdarlıq etdi...

Tramp Qərbdə siyasi-mənəvi böhrana qarşı - Azərbaycan Prezidentindən dəstək…

SON XƏBƏRLƏR

09.01.2025 | 10:30
Nelson Mandelanın nəvəsi həbs edildi - avtomobil oğurladığı üçün...

09.01.2025 | 10:20
Britaniyadan qanunsuz miqrasiyaya ZƏRBƏ - bu şəxslər “qara siyahı”ya salınacaq

09.01.2025 | 10:10
"Qarabağ" yeni ildə ilk qarşılaşmasına çıxacaq

09.01.2025 | 10:05
Dəm qazı daha bir can aldı - bu dəfə Xırdalanda...

09.01.2025 | 10:00
Tramp Çini məyus etdi - "buna imkan verməyəcəm!"

09.01.2025 | 09:30
Əli Əkbər Əhmədianın Ermənistandadır - bu gün Paşinyanla görüşəcək

09.01.2025 | 09:23
Azərbaycanda elektrobus istehsalı başlanır...

09.01.2025 | 09:20
Naxçıvanın bu kəndində hərbi sursat aşkar edildi

09.01.2025 | 09:15
Kıvanç Tatlıtuğ yeni serialda - qazancı gizli saxlanılır...

09.01.2025 | 09:10
Pakistan mediası Azərbaycan Prezidentinin müsahibəsindən yazır

09.01.2025 | 09:05
"Barselona" Superkubokun finalında

09.01.2025 | 09:00
Kaliforniyada meşə yanğınları 5 nəfərərin həyatına son qoydu

09.01.2025 | 08:38
Kərə yağının idxalı və daxili istehsalı artır - qiymət də artsa, batdıq...

08.01.2025 | 22:10
"Ermənistan XİN rəhbərinin “Qərbi Azərbaycan İcması” ilə bağlı iddiaları tarixin saxtalaşdırılmasıdır" - Rəsmi Bakı

08.01.2025 | 21:43
AZAL Kazana bütün uçuşları dayandırdı

08.01.2025 | 21:22
1-ci Şah Abbas erməni Eçmiədzin kilsəsi üzərində “nə gəzir”...

08.01.2025 | 21:07
Aktauya düşmüş təyyarəni tam xilas etmək mümkün imiş - itirilmiş şok imkan...

08.01.2025 | 20:51
Paşinyan qəbul etməsə, Azərbaycan bu məsələni gündəlikdən çıxarmayacaq...

08.01.2025 | 20:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

08.01.2025 | 20:36
Naxçıvandan Türkiyəyə keçiddə mindən çox İran TIR-ı? - Yalana baxın...

08.01.2025 | 20:22
Azərbaycan tam hazırdır - Ermənistan yeni müharibəni qaçılmaz etdi...

08.01.2025 | 20:15
Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda yenilənmiş həyətlər istifadəyə verildi - FOTO

08.01.2025 | 20:08
Makronun aylarla hazırlaşdırdığı briqada Zelenskiyə ağır zərbə vurdu...

08.01.2025 | 19:53
Azərbaycanlıların Qərbi Azərbaycana qayıdışının çərçivəsi müəyyənləşdi...

08.01.2025 | 19:39
Trampın əsas hədəfi - Baydenin "Azərbaycan səhvlərini aradan qaldırmaq"...

08.01.2025 | 19:25
Makron Fransanın bütün siyasi elitasını Azərbaycanofob edib...

08.01.2025 | 19:12
Nazir Vilayət Eyvazov İsmayıllıda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO/VİDEO

08.01.2025 | 19:04
Vətəndaş cəmiyyətinin düzgün təşkili Azərbaycanın daha böyük uğurlarını şərtləndirir...

08.01.2025 | 18:50
Makron COP29 vaxtı hətta bu namərdliyə də əl atdı...

08.01.2025 | 18:36
İran Azərbaycana qarşı radar quraşdırdı...

08.01.2025 | 18:23
Cənubi Qafqazda yeni gərginlik mərhələsi yaradılır - Azərbaycan xəbərdarlıq etdi...

08.01.2025 | 18:14
"Bu artıq ajiotaj deyil, ermənilər qorxuya düşüblər" - Yunus Oğuz

08.01.2025 | 18:09
Türkiyə-Ermənistan sərhədində faşist-terror təhlükəsi - Əliyevdən dəqiq eyham...

08.01.2025 | 18:05
Əməliyyat zamanı həkimə ad günü keçirdilər - "German Hospital"dakı hadisə ilə bağlı araşdırma başladı

08.01.2025 | 18:00
Deputat Əhliman Əmiraslanov Sabirabadda seçicilərini qəbul edib

08.01.2025 | 17:57
Ekoturizm paytaxtı 2025: Ərzurum qış macəralarına hazırlaşır

08.01.2025 | 17:55
Avrokomissiya prezidentinin COP29 vədinə xəyanəti açıldı...

08.01.2025 | 17:42
Tramp Qərbdə siyasi-mənəvi böhrana qarşı - Azərbaycan Prezidentindən dəstək…

08.01.2025 | 17:35
“Müstəqil, suveren Azərbaycanın uğurları yeni dünya nizamının formalaşmasına əhəmiyyətli töhfə olacaq” - Vüqar Rəhimzadə

08.01.2025 | 17:29
Azərbaycanın faşist dövlətlə qonşuluğu uzun çəkə bilməz - xəbərdarlıq...

08.01.2025 | 17:22
Ermənistan-Türkiyə sərhədində rus sərhədçilərin sayı azaldıla bilər

08.01.2025 | 17:17
Ərdəbilin mollası İran rejimini pis duruma saldı - konkret şərt qoyulub...

08.01.2025 | 17:06
Misir Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

08.01.2025 | 17:00
Tramp Ukrayna müharibəsini 24 saata bitirəcəyini demişdi, indi də altı ay deyir...

08.01.2025 | 16:27
Bələdiyyə seçkilərində neçə namizəd qeydə alınıb?..

08.01.2025 | 16:21
QAİ Mirzoyanı tutarlı arqumentlərlə "vurdu" - Ermənistan insanlıq əleyhinə cinayət törədir...

08.01.2025 | 16:04
"Fransa BTQ-ni ittiham etməkdənsə qanunsuz fəaliyyətlərini dayandırmalıdır" - Abbas Abbasov

08.01.2025 | 15:50
MM-in Təşəbbüs Qrupu beynəlxalq ictimaiyyətə çağırış etdi - Ermənistan bu hərəkətlərinin qarşısı alınmalıdır...

08.01.2025 | 15:37
İsrail Türkiyə ilə müharibəyə hazırlaşır? - Netanyahunun qurduğu komitənin hesabatı ortaya çıxdı...

08.01.2025 | 15:26
Fransa təşkilatı Bakı Təşəbbüs Qrupuna böhtan atdı - Qrupdan açıqlama gəldi...

08.01.2025 | 15:14
Milli Məclis xarici ölkə parlamentlərini Ermənistana təzyiq göstərməyə çağırdı

08.01.2025 | 15:03
Prezident İlham Əliyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibini qəbul etdi - FOTO/YENİLƏNDİ

08.01.2025 | 14:44
Paytaxtda oğurluq və dələduzluq edən şəxslər saxlandı

08.01.2025 | 14:25
Prezident İlham Əliyev Aİ-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

08.01.2025 | 14:10
Qərbi Azərbaycan İcması Prezidentə təşəkkür etdi...

08.01.2025 | 13:44
Bakıda telefon oğurlayan 3 nəfər tutuldu

08.01.2025 | 13:30
Eritreyada saxlanan gəmilərdə heyət üzvlərindən 18-i Azərbaycan vətəndaşıdır

08.01.2025 | 13:19
Azərbaycan Respublikasının D-8-ə daxil edilməsi onun böyük dövlət olduğunun göstəricisidir

08.01.2025 | 13:12
Tuqay Rəhimli baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi təyin olundu

08.01.2025 | 13:03
Иранский мулла должен быть наказан! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

08.01.2025 | 12:50
Qətərin Baş naziri və xarici işlər naziri Prezident İlham Əliyevə başsağlığı verdi

08.01.2025 | 12:47
Qətər Əmiri Prezident İlham Əliyevə başsağlığı verdi

08.01.2025 | 12:34
Xaçmaz sakini “Kalaşnikov”la tutuldu

08.01.2025 | 12:10
Bərdədə avtomat satmaq istəyən keçmiş məhkum yaxalandı

08.01.2025 | 12:00
"Buna yalnız axmaq adam cavab verə bilər” - Trampdan İran AÇIQLAMASI

08.01.2025 | 11:30
Sabah Naxçıvanın bu şəhərində işıq olmayacaq - XƏBƏRDARLIQ

08.01.2025 | 11:23
Küveytin Baş naziri Prezident İlham Əliyevə başsağlığı verdi

08.01.2025 | 11:20
Qadın cüdoçumuz "Böyük Dəbilqə" turnirinə qatılacaq

08.01.2025 | 11:15
Xaçmazda kitabxana binası yanıb

08.01.2025 | 11:10
Kubada DƏHŞƏT - silah anbarı partladı, 13 əsgər itkin düşdü

08.01.2025 | 11:10
Təyyarə qəzasında vəfat etmiş vətəndaşların kredit borcları silinib

08.01.2025 | 11:05
Ukrayna mediası İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini geniş işıqlandırıb

08.01.2025 | 11:00
Yenə Rusiya, yenə təyyarə problemi...

08.01.2025 | 11:00
Azərbaycanın üç gəmisi Afrikada girov götürüldü...

08.01.2025 | 10:30
Bələdiyyə seçkilərində “exit-poll” keçirmək üçün sənəd qəbulu sabah başa çatır

08.01.2025 | 10:20
76 yaşlı kişi beşinci mərtəbədən yıxılıb öldü

08.01.2025 | 10:15
Qrip virusu Britaniyanı cənginə alıb - xəstəxanalarda yer tapılmır...

08.01.2025 | 10:10
Hakan Fidan Türkiyənin Suriyadakı iki əsas hədəfini açıqladı

08.01.2025 | 10:05
Xalq artisti qızı ilə Mayamidə dincəlir

08.01.2025 | 10:00
"Kanada ABŞ-ın 51-ci ştatı olmayacaq!" - Trüdo Trampa meydan oxudu

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031