Vətənlə ucalan İnam...
Xalqımızın igid, vətənpərvər oğulları 44 günlük haqq savaşımızda misilsiz şücaəti, qanı bahasına əsir Qarabağımızı azad edərək Azərbaycanın yeni, şanlı tarixini yazdılar. Məhz bu yolda 1993-cü ildə Cəlilabad rayonu, Kovuzbulaq kəndində dünyaya göz açan İnam Rasim oğlu Baxşəliyevi də şəhidlik zirvəsinə ucaldan Vətən, torpaq sevgisi oldu. Şəhid İnam cismən vaxtsız aramızdan getsə də, şərəfli həyat yolu gələcək nəsillər üçün örnək qaldı.
İnam Baxşəliyev ağlı kəsəndən Vətənin hər qarışını özünə əziz bilib. Eləcə yaxşı əməl, xeyirxahlıq, mənəvi saflıq İnamın həyat kredosu olub. Əm əsası erməni dığaların cənnət-məkan yurd yerimiz Qarabağın işğalın heç cür barışa bilməyən gənc bu yolda ölməyi uca tutmaqla ordu sıralarına yollanıb. Və əsarətdə olan torpaqların azadlığı naminə birbaşa səngərə, dığalarla döyüşə can atıb. Xidmət zamanı isə Vətənə sevgi İnamla birgə adım atıb onu zabitlərin, əsgərlərin sevimlisinə çevirib.
İnam Baxşəliyev ləyaqətli bir övlad kimi əsgəri borcunu yerinə yetirib Cəlilabada qayıdır, günlər keçir, amma əli heç bir işə yatmır. Axı onun yağıdan alacağı öcü qalırdı. Nəyin bahasına olursa-olsun Vətən torpaqlarını tezliklə mənfur düşmən tapdağından azad görmək eşqi ilə nəfəs alır. Odur ki, 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda bir çox igid oğlanlarımız kimi İman Baxşıyev də ön cəbhəyə gedir düşmənlə ölüm-dirim savaşına girir. Dığaların kabusuna çevrilməklə onların canlı qüvvəsini, hərbi texnikasını məhv edir. Torpağa axıtdığı qan Qarabağımızın çox yerində üçrəngli bayraq olub parlayır. Düşmənə endirdiyi sarsıdıcı zərbələrlə ad qoyan qəhrəman döyüşçü İnam oktyabrın 9-da Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə ucalır. Şərəfli ölümü ilə özünə ürəklərdə əzəmətli abidə ucaldan İnam Baxşəliyev həm də dövlət tərəfindən “Vətən uğrunda”, “İgidliyə görə” və digər medallarla təltif edilir.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü