Şənbə günü, 15 mart 2025
     

Gürcüstan Qərbin Cənubi Qafqazda mənfur siyasətini anlamağa başlamışdır

Image

Prezident sarayını tərk etməyəcəyini bildirən Salome Zurabişvili 2024-cü il dekabrın 28-də sarayı tərk etdi. Yeni prezidentin andiçmə günündə Salome Zurabişvilinin çağırışı ilə etirazçılar toplaşsa da, nəticə vermədi. Qərb Gürcüstan siyasətinin məğlubiyyətə uğraması ilə razılaşa bilməyərək, Tbilisiyə yenə də təzyiqlər göstərməyə başladı. ABŞ-nin Helsinki Komissiyasının sədri Co Vilson Amerika Konqresində Gürcüstan hökumətinin tanınmaması ilə bağlı qanunvericilik aktının təqdim olunacağını, yenidən seçkilər keçirilənədək Zurabişvilinin lider kimi tanınmasını təklif edəcəyini bildirdi. Hazırda Zurabişvilinin ABŞ-ın Makkeyn İnstitutunda işləməsi Qərbin müdaxiləsinin davam edəcəyinə əminlik yaradır.  ABŞ Gürcüstanla strateji tərəfdaşlığı, hökumətə yardımını, "Noble Partner" adlı hərbi  təlimlərini dayandırdı, bir çox Gürcüstan vətəndaşına viza məhdudiyyəti tətbiq etdi. 

Afrikadakı hərbi mövcudluğunun 70 faizini itirən Fransa da Cənubi Qafqazda möhkəmlənmək üçün regionun daxili işlərinə müdaxilə edir. Zurabişvilinin prezidentliyi dövründə (2023) Fransa Gürcüstanı öz ərazisindən Ermənistana silah göndərməsi müqabilində Avropa Ittifaqina qəbul edəcəyini bildirirdi. Amma Gürcüstan nə Aİ-yə, nə də NATO-ya qəbul edilə bilməz. Çünki bu təşkilatların nizamnamələrinə görə ərazisində münaqişə olan dövlət bu qurumlara daxil edilə bilməz. Aİ Gürcüstana səfərlərini, görüşləri, maliyyə yardımını dayandırdı, vətəndaşların gediş-gəlişinə məhdudiyyətlər qoydu. Böyük Britaniya yeni kibertəhlükəsizlik proqramı olan Gürcüstanla strateji "Wardrop Dialogue" proqramını, müdafiə danışıqlarını dayandırdı və s. Bütün bunlar onu sübut edir ki, Gürcüstanda möhkəmlənmədiyini gördükdə mənfi vasitələrə əl atan Qərbin fikri Gürcüstanda huzur, sabitlik yaratmaq olmamışdır. 

Gürcüstan parlamentli respublikadır, ölkədə siyasi hakimiyyət ilk növbədə ali qanunverici orqanın, hökumətin əlində cəmləşib. Prezidentin icra səlahiyyətlərinin çoxu Baş nazir və hökumətə verilib, prezident  dövlət başçısı və Ali Baş Komandandı. Gürcüstan Prezidenti əsasən, xaricdə ölkəni təmsil edə və bəzi qanun layihələrinə veto qoya bilər. Amma veto qoyduğu layihələr də bəzən parlament tərəfindən ləğv edilir. Parlament üçdə iki səs çoxluğu ilə dövlət başçısını vəzifəsindən uzaqlaşdıra bilər. Gürcüstan parlamentində 2012-ci ildən etibarən Gürcü Arzusu-Demokratik Gürcüstan partiyasının üzvləri üstünlük təşkil edir. Partiyanın sədri Bidzina İvanişvili Moskvada təhsil almış, Rusiyada bank işi və bizneslə məşğul olmuşdur. Həm Rusiya, həm də Fransa vətəndaşı olmuşdur. Gürcüstanın Baş naziri olmaq üçün 2012-ci ildə həmin ölkələrin vətəndaşlığından çıxmış, Gürcüstan vətəndaşı olmuşdur. 2012-ci ildən Baş nazir Gürcü Arzusu-Demokratik Gürcüstan partiyasının nümayəndəsidir. Bu o deməkdir ki, ölkəni Gürcü Arzusu-Demokratik Gürcüstan partiyası idarə edir.

Gürcüstanda hakimiyyət dəyişikliyi çox qalmaqal yaratdı. Xalq çıxış yolunu hakimiyyət dəyişikliyində görür. Fransada anadan olmuş, orada böyümüş, təhsil almış Salome Zurabişvili qərbyönümlü siyasət apardı, amma bu xalqa heç bir fayda vermədi. Mixail Saakaşvili də Qərbdə təhsil almışdı və hakimiyyətə gəldikdən sonra qərbyönümlü siyasət yürütdü. 2008-ci ildə Gürcüstanın ərazi bötövlüyü pozulduqda ABŞ, Qərb Gürcüstana heç bir kömək göstərmədi. 2013-2018-ci illərdə Gürcüstanın prezidenti olan Georgi Marqvelaşvili ABŞ Milli Demokratiya İnstitutunun Gürcüstan nümayəndəliyində çalışmış bir siyasət adamı idi və 2013-cü ildə Gürcü Arzusu – Demokratik Gürcüstan partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüşdü. O da qərbyönümlü siyasət yürüdürdü. Lakin bu illər ərzində Gürcüstan nə Qərbə inteqrasiya edə bildi, nə də ərazi bütövlüyünü bərpa edə bildi.

Gürcüstanda hazırki hakimiyyət çox yaxşı bilir ki, Qərbin Gürcüstanın daxili işlərinə müdaxiləsi müsbət nəticələnməyəcəkdir. Ona görə də Qərbin müdaxilə etməsinə imkan vermirlər. Gürcüstanda Almaniyanın, Fransanın daxili işlərə müdaxiləsinə etiraz edirlər. Makronun Rusiyanın Gürcüstanda seçki prosesini pozmağa cəhd etməsi haqqında ifadəsinə cavab olaraq, Baş nazir İrakli Kobaxidze ona Ukraynanı diqqətlə izləməyi və Rusiyanın Gürcüstandakı seçkilərə müdaxiləsi barədə yalan danışmamağı tövsiyə etdi. Kobaxidze "Qoy Fransa prezidenti dağıdılması üçün qurban verilən Ukraynaya diqqət yetirsin"- demişdir. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili isə "Fransada yeni seçkilərin keçirilməsi bu ölkədəki siyasi böhranın ən yaxşı həlli olacaq" – deyə bildirmişdir. 


Ramilə Dadaşova

Siyasi elmlər doktoru, dosent

AMEA Qafqazşünaslıq İnstitutunun direktor v.i.e.




VİDEO

SON XƏBƏRLƏR

16.03.2025 / 00:18
Putin onunla görüşməyə gələn Trampın elçisini 8 saat qapıda gözlətdi...

16.03.2025 / 00:05
ABŞ İsraili ittiham edən Cənubi Afrika səfirini ölkədən qovdu

15.03.2025 / 22:53
Vladimir Putin, Aleksandr Lukaşenko və Emoməli Rəhmon Prezident İlham Əliyevə zəng ediblər

15.03.2025 / 22:35
Ukrayna müharibəsi Rusiyanın enerji nəhəngini çökdürdü - 330,9 milyardlıq "Qazprom"un dəyəri 46 milyarda düşdü...

15.03.2025 / 20:57
Rusiya işğalı genişləndirir, Tramp isə Rusiyadan yaxşı siqnallar aldığını deyir

15.03.2025 / 20:47
Bu dəfə qəhrəman Müqəvvadır

15.03.2025 / 19:19
Allahdan qorxmayanın yardım paylamasının adı nədir?... İllah da deputat ola...

15.03.2025 / 18:26
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib

15.03.2025 / 18:12
ABŞ-ın Rusiya ilə birgə Ukraynanın ərazi bütövlüyünə qarşı qətnamə qəbul etməsi təəccüblüdür

15.03.2025 / 18:11
Kurskda Ukrayna qoşunlarının mühasirəyə düşməsini Müharibə Araşdırmaları İnstitutu (ISW) da təkzib edir

15.03.2025 / 18:09
Ukrayna silah arsenalını genişləndirir - Yeni Neptun raketi uğurla sınaqdan keçirildi

15.03.2025 / 18:06
“Netanyahunun zehnində sülh və əmin-amanlıq üçün yer yoxdur”

15.03.2025 / 17:08
Qlobal forum xəbərdarlıq etdi - yaxın illərdə sabitlik olmayacaq....

15.03.2025 / 17:01
"Azərbaycan səhiyyəsində süni intellektin gündəlik tibbi praktikada tətbiqi nəzərdə tutulur" - Nazir

15.03.2025 / 16:45
Milli Məclis Avropa Parlamentinə etiraz məktubu göndərdi

15.03.2025 / 16:17
"Qlobal səhiyyə problemlərinin Bakı Forumunda müzakirə olunması son dərəcə vacibdir" - İsrailin sabiq Prezidenti

15.03.2025 / 16:10
Kiməsə arxayın olanlar düzlərdə qalar - Bakı forumundan dövlətlərə böyük mesaj....

15.03.2025 / 16:02
Bakı forumundan dövlətlərə 2 qiymətli tövsiyə verildi...

15.03.2025 / 15:50
Bakı forumu Cənubi Qafqazı kənar böhranlardan qorumaq formulunu tapdı...

15.03.2025 / 14:46
Bolqarıstanın sabiq Prezidenti Bakıdan Trampa çağırış etdi - "...rahat yaşayaq”

15.03.2025 / 14:27
DİN Çevik Polis Alayında xidmətə qəbulla bağlı müsabiqə elan edir

15.03.2025 / 14:11
Qaradağda əməliyyat - saxlanan iki nəfərdən 3 kq heroin, tiryək, marixuana, 100 ədəd metodon aşkarlandı

15.03.2025 / 13:43
"Qadınların fəaliyyətini dəstəkləyən xüsusi tədbirlərin həyata keçirilməsinə ehtiyac var" - Qlobal Bakı Forumu

15.03.2025 / 13:26
Qlobal Bakı Forumunda “Yeni dünya üçün yeni texnologiyalar” adlı panel iclas keçirildi

15.03.2025 / 13:02
İsrail - ABŞ - Azərbaycan sttrateji müttəfiqliyi yaranır

15.03.2025 / 12:45
Bərdədə binanın eyvanı uçub, bir nəfər dağıntılar altında qalıb

15.03.2025 / 11:23
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçuları təltif edildi

15.03.2025 / 11:18
Prezident İlham Əliyev Nasir Əbdülkərim Əbdürrəhmanı “Dostluq” ordeni ilə təltif etdi

15.03.2025 / 11:15
Prezident İlham Əliyev Azərbaycanın D8-ə qoşulmasını təsdiqlədi

15.03.2025 / 11:10
XİN Qırğızıstan-Tacikistan sərhədinin delimitasiyası ilə bağlı sazişin imzalanmasını alqışladı

15.03.2025 / 11:00
Mətbuat Şurasının yaranmasından 22 il ötür

15.03.2025 / 10:23
"Birgə bəyanatı alqışlayırıq" - Qırğızıstandan Azərbaycan və Ermənistan açıqlaması

15.03.2025 / 10:16
Ronaldu 928-ci qolunu vurub

15.03.2025 / 10:03
Ağstafada "Jiquli" piyadanı vuraraq öldürüb

15.03.2025 / 08:44
Ədliyyə Nazirliyinin bu ideyası rəğbət qazanmadı - boşanmaq istəyənlərə nə psixoloq?

15.03.2025 / 01:27
Putin Trampın Kurskda mühasirədəki ukraynalı əsgərlərin bağışlanması xahişinə cavab verdi – silahı yerə qoyub təslim olsunlar...

14.03.2025 / 23:18
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində... - FOTO

14.03.2025 / 22:18
Tramp bunu da etdi – Putinlə birləşib dezinformasiya yayırlar...

14.03.2025 / 22:13
Paşinyan 2 mübahisəli sülh maddəsini niyə təsdiqlədi və niyə mövqeyindən çəkildi?...

14.03.2025 / 22:07
Estoniya kəşfiyyatı Trampı təkzib etdi, - Ukrayna ordusu Kurskda mühasirəyə düşməyib...

14.03.2025 / 21:40
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər - FOTO

14.03.2025 / 21:37
Konqresin ermənilərə satılmış üzvləri Trampın dövründə bir-bir vurulur...

14.03.2025 / 21:23
Ermənistan tezliklə konstitusiyanı da dəyişməli olacaq...

14.03.2025 / 21:21
C.Vensdən əl çəkmirlər bu dəfə də vitse prezidenti konsertdə fitə basdılar

14.03.2025 / 21:14
Harutyunyan məhkəmədə Vardanyanla bağlı danışdı

14.03.2025 / 21:09
Türkiyə jurnalistindən ziyanlı fikir - Azərbaycan-Türkiyə münasibətləri ABŞ-İsrail münasibətləri kimidir?...

14.03.2025 / 20:56
Yeni dünya düzənində Rusiya Azərbaycanla daha fərqli işləməli olacaq...

14.03.2025 / 20:55
Harutyunyan: "Qondarma rejimdə “bank sistemi” Ermənistan Mərkəzi Bankı tərəfindən idarə olunurdu" - MƏHKƏMƏ + FOTO

14.03.2025 / 20:42
Ermənistanla saziş Xocalı genosidi barədə beynəlxalq iddialara kölgə salmayacaq...

14.03.2025 / 20:28
Azərbaycan kəşfiyyatı Ermənistanda AB-nin sərhəd missiyasını tam deşifrə etdi...

14.03.2025 / 20:20
Tramp Putinlə Kursk vilayətində mühasirədə olan Ukrayna qoşunlarını müzakirə edib

14.03.2025 / 20:15
Ermənistanın üzdə sülh ritorikası - altda müharibə hazırlığı... Təlimatçıların yeni oyunu...

14.03.2025 / 20:01
Avropa Birliyinin Qafqaz siyasəti böhrana dirəndi - çıxış yolu var...

14.03.2025 / 19:47
BMT Avropa Parlamentinin anti-Azərbaycan mövqeyini kəskin vurdu...

14.03.2025 / 19:34
Blinken Azərbaycan-ABŞ münasibətlərini necə pozdu...

14.03.2025 / 19:20
Ermənistan sərhəd boyunca öz ərazisində demilitarizasiya zonası yaratmalıdır...

14.03.2025 / 19:11
“Hər dəfə yuxuma girəndə mənə deyir ki, bibi, ağlama, mən ölməmişəm”

14.03.2025 / 19:02
BMT-nin islah olunmasında Bakı Forumu təsirli rol oynayacaq...

14.03.2025 / 18:48
Ermənistan bu 2 şərti icra etməsə, saziş imzalanmayacaq...

14.03.2025 / 18:41
Tramp Kruskda mühasirəyə düşən minlərlə Ukrayna əsgəri ilə bağlı Putindən xahiş etdi - Bu, ən dəhşətli qırğın ola bilər...

14.03.2025 / 18:37
Bakıda saxta dollar əməliyyatı - 3 nəfər saxlandı, polis digər dəstə üzvlərinin də izinə düşdü + FOTO

14.03.2025 / 18:33
Avroparlament Azərbaycana daha bir düşmənçilik etdi - Vardanyan və digərləri hərbi əsir ola bilməz...

14.03.2025 / 18:22
"Tramp administrasiyası dövründə ABŞ ilə münasibətlərimizin və güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq" - Prezident

14.03.2025 / 18:19
Prezident İlham Əliyev: "Qarabağda olan münaqişə beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir"

14.03.2025 / 18:19
Ermənistanla sülh sazişi uğrunda mübarizə dövlətçilik tariximizdə mühüm sənəd kimi...

14.03.2025 / 18:18
"Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq" - Prezident

14.03.2025 / 18:15
Prezident İlham Əliyev: "Milli maraqlarımız məsələsində biz heç kəsə və ya heç bir təsisata arxalanmamışıq"

14.03.2025 / 18:14
"Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var" - Prezident

14.03.2025 / 18:11
Harutunyan Gəncənin bombalanması barədə məlumatı Ermənistanın baş qərargah rəisindən aldığını bildirdi

14.03.2025 / 18:05
Avroparlament yol pulu və bilet pulu rüşvətindən batır...

14.03.2025 / 18:04
İlham Əliyev - "Sovet dövründə olduğu kimi... yaşamağa çalışmalıyıq" - FOTO

14.03.2025 / 17:52
Ermənistan sülh sazişi mətninə nə qədər sadiq qalacaq...

14.03.2025 / 17:40
Hikmət Hacıyevin bu təklifi elə Paşinyanın özünə də sərfəlidir...

14.03.2025 / 17:27
Azərbaycanın enerji sərvətlərinə məsuliyyətli münasibətin böyük nəticəsi...

14.03.2025 / 17:20
Novruz səyahətində "Nar" rouminqi ilə sevdiklərinə yaxın ol!

14.03.2025 / 17:14
Ərazilərimiz işğal altında olarkən Qarabağda istehsal edilən məhsullar xarici ölkələrə “Ermənistan məhsulları” adı altında satılıb

14.03.2025 / 17:10
NATO da Trampı dəstəklədi - dünyanın gözü qarşısında Qrenlandiyanı ilhaq edəcəklər...

14.03.2025 / 16:57
Sabunçuda əməliyyat - Özünü əcnəbi vətəndaş kimi təqdim edən narkotacir yaxalandı - FOTO/VİDEO

14.03.2025 / 16:50
"Azərbaycanın bunun da öhdəsindən gələcəyinə inamım tamdır" - Volkan Bozkır

14.03.2025 / 16:44
“Yeni dünya düzənində orta güclər” Bakı Forumunda müzakirə edildi

14.03.2025 / 16:31
Milli Məclis Nazirlər Kabinetinin hesabatını qəbul etdi

Ermənistanla sülh sazişi uğrunda mübarizə dövlətçilik tariximizdə mühüm sənəd kimi...

XƏBƏR ARXİVİ

Mart
B.eÇ.aÇC.aCŞB
242526272812345678910111213141516171819202122232425262728293031123456