KÖHNƏ VERSİYA            

Trampın əsas hədəfi - Baydenin "Azərbaycan səhvlərini aradan qaldırmaq"...

Image

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın hakimiyyəti dövründə Amerika-Azərbaycan münasibətlərinin necə olacağı ölkə ictimaiyyəti arasında, mediada, ekspert dairələrində ən çox müzakirə olunan mövzulardan biridir. 

Şübhəsiz, ABŞ-ın müəyyənləşdirilən siyasi kursu yalnız yeni prezidentin seçilməsi, fərqli bir komandanın idarəçiliyin müxtəlif strukturlarında yerləşməsi ilə müəyyənləşmir. Orada oturuşmuş ənənələr var və hakimiyyətin üç qolu arasındakı balans, üçlü idarəçilik modeli qlobal miqyasda proseslərə, əsas siyasi və strateji hədəflərə təsir edir.

Bunlar fonunda nəzərə alınmalıdır ki, Azərbaycan-Amerika münasibətləri kifayət qədər dərindir. Respublikaçılar ilə Azərbaycanın münasibətləri həmişə daha rəvan olub. Donald Trampın birinci prezidentliyi dövründə də münasibətlərdə ciddi bir problemlərlə olmayıb.  Trampın dövründə Azərbaycanla ABŞ arasındakı əməkdaşlığın yüksələn xətlə inkişaf edəcəyi və strateji xarakter daşıyacağı gözlənilir. Bu xüsusda prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində maraqlı məqamlara toxuunub. Dövlət başçısı qeyd edib ki, cənab Tramp tamamilə yeni gündəliklə hakimiyyətə gəlir və onun birinci dönəmində Amerika-Azərbaycan əlaqələrində hər hansı bir problem yaşanmayıb: “Əksinə, münasibətlər çox müsbət idi və bir çox istiqamətlər üzrə biz irəliləyişə nail ola bilmişdik. Bayden administrasiyasının Azərbaycanla bağlı əsas səhvi ondan ibarət idi ki, o, Amerika-Azərbaycan münasibətlərini Amerika-Ermənistan münasibətlərinin qurbanına çevirdi. Yəni, Azərbaycana Ermənistan-Azərbaycan, ya da ki, Amerika-Ermənistan münasibətlərinin prizmasından yanaşırdı və o vaxta qədər əldə edilmiş yaxşı nəticələr kölgədə qaldı, bu birincisi. İkincisi, Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləmişdir, xüsusilə Qarabağ məsələsi ilə bağlı və bu, həm ədalətsiz, həm də ki, ikili standartlara əsaslanan mövqe idi. Çünki mən Amerika nümayəndələrinə dəfələrlə deyirdim və açıq da deyirdim, mətbuatda da, siz Ukraynanın ərazi bütövlüyünü ikiəlli dəstəkləyirsiniz, silahlar verirsiniz, milyardlarla pul verirsiniz. Biz öz ərazi bütövlüyümüzü bərpa etmişik, niyə siz bizi cəzalandırmaq istəyirsiniz? Buna cavab verin. Cavab da yox idi. Cavab da bəllidir ki, bu, ikili standartlardır. Eyni zamanda, hesab edirəm, Bayden administrasiyasının səhvlərindən biri də o idi ki, Amerikaya olan inamı böyük dərəcədə sarsıtdı, özü öz əməlləri ilə”. Dövlət başçısı xatırladıb ki, Azərbaycan Amerika ilə əsas ciddi əməkdaşlıq platformasını Klinton və Corc Buş dönəmində yaradıb, Tramp dönəmində bu davam edib: “Ona görə ümidlər var. Mən Şuşa Forumunda, hələ iyul ayında, - heç kim bilmirdi, kim qalib gələcək, kim uduzacaq, hələ o məşhur Tramp-Bayden debatları da keçirilməmişdi, - mən, sadəcə olaraq, Azərbaycanın maraqları nöqteyi-nəzərindən və bir insan kimi öz mövqeyimi bildirdim ki, Tramp bizim cəmiyyətimizin bölüşdüyü dəyərləri təbliğ edir. Ailə dəyərləri, mənəviyyat dəyərləri - bunları təbliğ edir. Elə bunun ailəsinə baxmaq kifayətdir. İndi mən başqalarının ailəsi haqqında bir şey demək istəmirəm, amma indi bu, o qədər ictimailəşdirilib ki. Bir də, Bayden administrasiyasının yalan danışması, söz vermək, sonra o sözdən çəkinmək və özünü sanki heç nə olmamış kimi aparmaq, buna nə ad vermək olar? Ona görə Azərbaycan cəmiyyətinin, bütün ölkələrin ümidləri ondadır ki, bu əxlaqsızlığa, mənəviyyatsızlığa son qoyulacaq və cəmiyyətlər, hansılar ki, Azərbaycan kimi ənənəvi dəyərlər üzərində qurulub, onlar bu kənar təsirdən yaxalarını qurtaracaqlar, bu birincisi. İkincisi, yenə də deyirəm, öz açıqlamaları ilə cənab Tramp çox aydın, açıq mesajlar göndərir. İndi bunların bəlkə də hamısını təhlil etmək mümkün deyil. Amma deyə bilərəm ki, onların böyük əksəriyyətini Azərbaycan ictimaiyyəti bölüşür. Yəni, ona görə ümidlər böyükdür. Ona görə mən dedim ki, ümidlər var, ümidlər böyükdür. O cümlədən Amerika-Azərbaycan strateji əlaqələrinə yaxınlaşmaq da mümkün olacaq. Mən hesab edirəm ki, əgər hər iki tərəf maraqlı olsa, biz Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik”.

Qeyd edək  ki, Tramp Azərbaycanın beynəlxalq təhlükəsizliyin gücləndirilməsi, Avropanın enerji marşrutlarının və mənbələrinin şaxələndirilməsi sahəsində oynadığı rolu da yüksək qiymətləndirir. Azərbaycan zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Ölkəmiz milli maraqlara müvafiq olaraq həyata keçirilən praqmatik siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu kimi çıxış edir. Bu fonda tramp nəzərə alır ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilmir. Azərbaycanın səmərəli enerji siyasəti yeni əməkdaşlıq platformaları müəyyənləşdirməklə yanaşı, Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə strateji töhfələr verir. Azərbaycan Əfqanıstan, Kosovo və İraqda sülhün yaradılması və təhlükəsizliyin təmin olunmasına töhfə verib.  Bu gün nəinki ABŞ, dünyanın demək olar bütün ölkələri Azərbaycanı güclü, dinamik inkişaf edən, terrorizmə qarşı qlobal mübarizəyə qoşulan, sabitliyə və təhlükəsizliyə mühüm töhfə verən, qlobal müstəvidə önəmli təşəbbüslərlə çıxış edən ölkə kimi qiymətləndirir. Dövlətimiz bu gün də dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına yardımını əsirgəmir. Hesab olunur ki, bunlar Tramp dönəmində ABŞ-ın Azərbaycanla münasibətlərinə mütləq şəkildə təsir edəcək.

Samirə SƏFƏROVA







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Aktauya düşmüş təyyarəni tam xilas etmək mümkün imiş - itirilmiş şok imkan...

Cənubi Qafqazda yeni gərginlik mərhələsi yaradılır - Azərbaycan xəbərdarlıq etdi...

Tramp Qərbdə siyasi-mənəvi böhrana qarşı - Azərbaycan Prezidentindən dəstək…

SON XƏBƏRLƏR

09.01.2025 | 11:00
Bakının 6 küçəsində skuter parklanma məntəqəsi yaradılıb

09.01.2025 | 10:54
Hollivudun bir hissəsi təxliyə edilir - meşə yanğınlarına görə...

09.01.2025 | 10:30
Nelson Mandelanın nəvəsi həbs edildi - avtomobil oğurladığı üçün...

09.01.2025 | 10:20
Britaniyadan qanunsuz miqrasiyaya ZƏRBƏ - bu şəxslər “qara siyahı”ya salınacaq

09.01.2025 | 10:10
"Qarabağ" yeni ildə ilk qarşılaşmasına çıxacaq

09.01.2025 | 10:05
Dəm qazı daha bir can aldı - bu dəfə Xırdalanda...

09.01.2025 | 10:00
Tramp Çini məyus etdi - "buna imkan verməyəcəm!"

09.01.2025 | 09:30
Əli Əkbər Əhmədianın Ermənistandadır - bu gün Paşinyanla görüşəcək

09.01.2025 | 09:23
Azərbaycanda elektrobus istehsalı başlanır...

09.01.2025 | 09:20
Naxçıvanın bu kəndində hərbi sursat aşkar edildi

09.01.2025 | 09:15
Kıvanç Tatlıtuğ yeni serialda - qazancı gizli saxlanılır...

09.01.2025 | 09:10
Pakistan mediası Azərbaycan Prezidentinin müsahibəsindən yazır

09.01.2025 | 09:05
"Barselona" Superkubokun finalında

09.01.2025 | 09:00
Kaliforniyada meşə yanğınları 5 nəfərərin həyatına son qoydu

09.01.2025 | 08:38
Kərə yağının idxalı və daxili istehsalı artır - qiymət də artsa, batdıq...

08.01.2025 | 22:10
"Ermənistan XİN rəhbərinin “Qərbi Azərbaycan İcması” ilə bağlı iddiaları tarixin saxtalaşdırılmasıdır" - Rəsmi Bakı

08.01.2025 | 21:43
AZAL Kazana bütün uçuşları dayandırdı

08.01.2025 | 21:22
1-ci Şah Abbas erməni Eçmiədzin kilsəsi üzərində “nə gəzir”...

08.01.2025 | 21:07
Aktauya düşmüş təyyarəni tam xilas etmək mümkün imiş - itirilmiş şok imkan...

08.01.2025 | 20:51
Paşinyan qəbul etməsə, Azərbaycan bu məsələni gündəlikdən çıxarmayacaq...

08.01.2025 | 20:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

08.01.2025 | 20:36
Naxçıvandan Türkiyəyə keçiddə mindən çox İran TIR-ı? - Yalana baxın...

08.01.2025 | 20:22
Azərbaycan tam hazırdır - Ermənistan yeni müharibəni qaçılmaz etdi...

08.01.2025 | 20:15
Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda yenilənmiş həyətlər istifadəyə verildi - FOTO

08.01.2025 | 20:08
Makronun aylarla hazırlaşdırdığı briqada Zelenskiyə ağır zərbə vurdu...

08.01.2025 | 19:53
Azərbaycanlıların Qərbi Azərbaycana qayıdışının çərçivəsi müəyyənləşdi...

08.01.2025 | 19:39
Trampın əsas hədəfi - Baydenin "Azərbaycan səhvlərini aradan qaldırmaq"...

08.01.2025 | 19:25
Makron Fransanın bütün siyasi elitasını Azərbaycanofob edib...

08.01.2025 | 19:12
Nazir Vilayət Eyvazov İsmayıllıda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO/VİDEO

08.01.2025 | 19:04
Vətəndaş cəmiyyətinin düzgün təşkili Azərbaycanın daha böyük uğurlarını şərtləndirir...

08.01.2025 | 18:50
Makron COP29 vaxtı hətta bu namərdliyə də əl atdı...

08.01.2025 | 18:36
İran Azərbaycana qarşı radar quraşdırdı...

08.01.2025 | 18:23
Cənubi Qafqazda yeni gərginlik mərhələsi yaradılır - Azərbaycan xəbərdarlıq etdi...

08.01.2025 | 18:14
"Bu artıq ajiotaj deyil, ermənilər qorxuya düşüblər" - Yunus Oğuz

08.01.2025 | 18:09
Türkiyə-Ermənistan sərhədində faşist-terror təhlükəsi - Əliyevdən dəqiq eyham...

08.01.2025 | 18:05
Əməliyyat zamanı həkimə ad günü keçirdilər - "German Hospital"dakı hadisə ilə bağlı araşdırma başladı

08.01.2025 | 18:00
Deputat Əhliman Əmiraslanov Sabirabadda seçicilərini qəbul edib

08.01.2025 | 17:57
Ekoturizm paytaxtı 2025: Ərzurum qış macəralarına hazırlaşır

08.01.2025 | 17:55
Avrokomissiya prezidentinin COP29 vədinə xəyanəti açıldı...

08.01.2025 | 17:42
Tramp Qərbdə siyasi-mənəvi böhrana qarşı - Azərbaycan Prezidentindən dəstək…

08.01.2025 | 17:35
“Müstəqil, suveren Azərbaycanın uğurları yeni dünya nizamının formalaşmasına əhəmiyyətli töhfə olacaq” - Vüqar Rəhimzadə

08.01.2025 | 17:29
Azərbaycanın faşist dövlətlə qonşuluğu uzun çəkə bilməz - xəbərdarlıq...

08.01.2025 | 17:22
Ermənistan-Türkiyə sərhədində rus sərhədçilərin sayı azaldıla bilər

08.01.2025 | 17:17
Ərdəbilin mollası İran rejimini pis duruma saldı - konkret şərt qoyulub...

08.01.2025 | 17:06
Misir Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

08.01.2025 | 17:00
Tramp Ukrayna müharibəsini 24 saata bitirəcəyini demişdi, indi də altı ay deyir...

08.01.2025 | 16:27
Bələdiyyə seçkilərində neçə namizəd qeydə alınıb?..

08.01.2025 | 16:21
QAİ Mirzoyanı tutarlı arqumentlərlə "vurdu" - Ermənistan insanlıq əleyhinə cinayət törədir...

08.01.2025 | 16:04
"Fransa BTQ-ni ittiham etməkdənsə qanunsuz fəaliyyətlərini dayandırmalıdır" - Abbas Abbasov

08.01.2025 | 15:50
MM-in Təşəbbüs Qrupu beynəlxalq ictimaiyyətə çağırış etdi - Ermənistan bu hərəkətlərinin qarşısı alınmalıdır...

08.01.2025 | 15:37
İsrail Türkiyə ilə müharibəyə hazırlaşır? - Netanyahunun qurduğu komitənin hesabatı ortaya çıxdı...

08.01.2025 | 15:26
Fransa təşkilatı Bakı Təşəbbüs Qrupuna böhtan atdı - Qrupdan açıqlama gəldi...

08.01.2025 | 15:14
Milli Məclis xarici ölkə parlamentlərini Ermənistana təzyiq göstərməyə çağırdı

08.01.2025 | 15:03
Prezident İlham Əliyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibini qəbul etdi - FOTO/YENİLƏNDİ

08.01.2025 | 14:44
Paytaxtda oğurluq və dələduzluq edən şəxslər saxlandı

08.01.2025 | 14:25
Prezident İlham Əliyev Aİ-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

08.01.2025 | 14:10
Qərbi Azərbaycan İcması Prezidentə təşəkkür etdi...

08.01.2025 | 13:44
Bakıda telefon oğurlayan 3 nəfər tutuldu

08.01.2025 | 13:30
Eritreyada saxlanan gəmilərdə heyət üzvlərindən 18-i Azərbaycan vətəndaşıdır

08.01.2025 | 13:19
Azərbaycan Respublikasının D-8-ə daxil edilməsi onun böyük dövlət olduğunun göstəricisidir

08.01.2025 | 13:12
Tuqay Rəhimli baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi təyin olundu

08.01.2025 | 13:03
Иранский мулла должен быть наказан! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

08.01.2025 | 12:50
Qətərin Baş naziri və xarici işlər naziri Prezident İlham Əliyevə başsağlığı verdi

08.01.2025 | 12:47
Qətər Əmiri Prezident İlham Əliyevə başsağlığı verdi

08.01.2025 | 12:34
Xaçmaz sakini “Kalaşnikov”la tutuldu

08.01.2025 | 12:10
Bərdədə avtomat satmaq istəyən keçmiş məhkum yaxalandı

08.01.2025 | 12:00
"Buna yalnız axmaq adam cavab verə bilər” - Trampdan İran AÇIQLAMASI

08.01.2025 | 11:30
Sabah Naxçıvanın bu şəhərində işıq olmayacaq - XƏBƏRDARLIQ

08.01.2025 | 11:23
Küveytin Baş naziri Prezident İlham Əliyevə başsağlığı verdi

08.01.2025 | 11:20
Qadın cüdoçumuz "Böyük Dəbilqə" turnirinə qatılacaq

08.01.2025 | 11:15
Xaçmazda kitabxana binası yanıb

08.01.2025 | 11:10
Kubada DƏHŞƏT - silah anbarı partladı, 13 əsgər itkin düşdü

08.01.2025 | 11:10
Təyyarə qəzasında vəfat etmiş vətəndaşların kredit borcları silinib

08.01.2025 | 11:05
Ukrayna mediası İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini geniş işıqlandırıb

08.01.2025 | 11:00
Yenə Rusiya, yenə təyyarə problemi...

08.01.2025 | 11:00
Azərbaycanın üç gəmisi Afrikada girov götürüldü...

08.01.2025 | 10:30
Bələdiyyə seçkilərində “exit-poll” keçirmək üçün sənəd qəbulu sabah başa çatır

08.01.2025 | 10:20
76 yaşlı kişi beşinci mərtəbədən yıxılıb öldü

08.01.2025 | 10:15
Qrip virusu Britaniyanı cənginə alıb - xəstəxanalarda yer tapılmır...

08.01.2025 | 10:10
Hakan Fidan Türkiyənin Suriyadakı iki əsas hədəfini açıqladı

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031