Tramp Rusiya ilə təhlükəsizlik sazişi bağlamağa hazırlaşır - “qırmızı xətlər” yenidən müəyyən ediləcək
Yeni ABŞ prezidenti Donald Trampın keçid komandası ABŞ və Rusiya arasında böyük təhlükəsizlik sazişinin mümkünlüyünü nəzərdən keçirir.
TASS-ın məlumatına görə, belə bir razılaşmanın baş tutması üçün Tramp ilk olaraq yanvarın 20-də rəsmi olaraq vəzifəsinin icrasına başlamalıdır.
Adının açıqlanmasını istəməyən mənbə Tramp administrasiyasının belə bir razılaşmaya müsbət yanaşdığını bildirib və qeyd edib ki, Vaşinqtonda administrasiya dəyişikliyi ilə bu, mümkün olacaq.
Mənbə bildirib ki, ABŞ və Rusiyanın “qırmızı xətlərini” müəyyən edəcək potensial razılaşma Ukrayna məsələsini də əhatə edə bilər.
TAHİR