Paşinyan iclas keçirib - Ermənistanın Avropa İttifaqına üzvlüyü barədə
Nikol Paşinyan bu gün hökümətin növbəti iclasını keçirib. Erməni mediasının yazdığına görə, iclasda Ermənistanın Avropa İttifaqına (Aİ) daxil olma prosesi barədə layihə müzakirə olunub. Mətbuat yazır ki, N.Paşinyan toplantıda bir sıra fikirlər səsləndirib.
N.Paşinyan iclasda bəyan edib ki, Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyü məsələsi ümumxalq referendumunun keçirilməsi yolu ilə həll edilməlidir. "Parlamentin müvafiq qanun layihəsini qəbul edib-etməməsindən asılı olmayaraq, Ermənistanın Aİ-yə üzv olmaq niyyəti ümumxalq referendumu vasitəsilə təsdiqlənməlidir", - o qeyd edib.
Mətləb