KÖHNƏ VERSİYA            

Mehriban Əliyeva “Fələstin üçün tək ürək” toplantısının iştirakçılarına müraciət etdi - VİDEO

Image

Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyevanın noyabrın 15-də İstanbulda keçirilən dövlət və hökumət başçılarının xanımlarının “Fələstin üçün tək ürək” toplantısının iştirakçılarına müraciəti olub.

Müraciətdə deyilir:

- Hörmətli Əminə xanım,

Hörmətli toplantı iştirakçıları,

İlk növbədə Türkiyə Respublikasının Birinci xanımı, hörmətli Əminə Ərdoğana bu tədbirdə iştirak etmək üçün dəvətinə görə dərin təşəkkürümü bildirirəm.

Hörmətli Əminə xanımın humanitar və sosial sahələrdə fəaliyyətini, o cümlədən hərbi münaqişələrdən əziyyət çəkən mülki şəxslərə, qadınlara və uşaqlara yardım göstərilməsi məsələlərinə verdiyi töhfəni xüsusi qeyd edir və bunu yüksək qiymətləndirirəm.

Bu il yaranmasının 100-cü ildönümünü qeyd edən Türkiyə Respublikası bütün sahələrdə mühüm nailiyyətlər əldə etmiş, beynəlxalq aləmdə böyük nüfuza malik qüdrətli dövlətdir. Qardaş Türkiyə daim sülhün və ədalətin yanında olaraq bölgədə və dünyada sabitliyin və təhlükəsizliyin təmin olunmasına önəmli töhfə verir. Azərbaycan-Türkiyə qardaşlığı və birliyi bu gün özünün ən yüksək səviyyəsindədir.

Hörmətli toplantı iştirakçıları,

İsrail-Fələstin münaqişə zonasında gərginliyin miqyasının gündən-günə genişlənməsi və daha böyük insan faciəsinə səbəb olması ciddi narahatlıq doğurur. Ürək ağrısı ilə izlədiyimiz dözülməz insan iztirabları hər birimizi dərindən sarsıdır. Bu silahlı qarşıdurmadan ən çox əziyyət çəkənlərin mülki şəxslər, xüsusilə də qadınlar və uşaqlar olması olduqca üzücüdür. Hərbi əməliyyatların aparılması zamanı beynəlxalq humanitar hüquqa riayət edilməsi zəruridir. Mən həlak olanların yaxınlarına başsağlığı verir, yaralananların tezliklə şəfa tapmasını diləyirəm.

Azərbaycan hərbi əməliyyatların dərhal dayandırılması ilə bağlı çağırışları dəstəkləyir və son gərginliklə əlaqədar oktyabr ayında BMT Baş Assambleyasında qəbul edilmiş qətnamənin lehinə səs vermişdir. Ölkəmiz beynəlxalq hüquqa və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq, İsrail-Fələstin münaqişəsinin “iki dövlət” prinsipi əsasında həllinin tərəfdarıdır. 2019-ci ildən etibarən Qoşulmama Hərəkatına sədrliyimiz dövründə Fələstin məsələsinə daim diqqət ayırmışıq. İnanıram ki, bu il Ramallah şəhərində ölkəmizin Təmsilçilik Ofisinin fəaliyyətə başlaması Azərbaycan-Fələstin əlaqələrinin inkişafına təkan verəcəkdir.

Son on il ərzində ölkəmiz BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi xətti ilə dəfələrlə humanitar və maliyyə yardımı göstərmişdir. Eyni zamanda, Azərbaycan Fələstinə siyasi və maliyyə dəstəyinin cəlb edilməsi məqsədilə bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Bunların sırasında Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransını və Qüds şəhərinin inkişafına dəstək məqsədilə donor konfransını qeyd etmək istərdim. Azərbaycan dövlətinin verdiyi təqaüd əsasında fələstinli gənclər ölkəmizdə ali təhsil alırlar. Azərbaycan tərəfindən Fələstində inşa ediləcək məktəb Fələstin xalqına dəstəyimizin növbəti təzahürü olacaqdır.

Geniş səlahiyyətlərə malik beynəlxalq təsisatların üzləşdiyi hazırkı böhran vacib məsələlərin həllini əngəlləyir. Dərin kökləri olan bu böhran başqa bir müzakirə mövzusudur. Qeyd etmək istəyirəm ki, müasir dövrdə hərbi münaqişələrin həll olunmaması böyük ölçüdə beynəlxalq hüququn selektiv şəkildə tətbiq olunmasından irəli gəlir. İkili standartlar və qərəzli yanaşma bu böhranın daha da kəskinləşməsinə şərait yaradır.

İctimai rəyin çaşdırılması və beynəlxalq hüququn manipulyasiyası üçün qərəzli media platformaları vasitəsilə yalan hekayələr yayılır. Bundan daha təhlükəlisi isə mənəvi dəyərlərdən manipulyasiya məqsədilə sui-istifadə olunması hallarıdır.

Ermənistanın Azərbaycana qarşı 30 il davam edən təcavüzü nəticəsində ərazilərimiz işğal olunmuş, bir milyona yaxın soydaşımız öz dədə-baba yurdlarından didərgin düşmüş, 300-dən artıq şəhər və kəndimiz darmadağın edilmiş, dini və mədəni irsimiz dağıdılmışdır. Vaxtilə işğal edilmiş torpaqlarımızda 67 məsciddən 65-i yerlə-yeksan edilmişdir.

Təəssüflə qeyd etmək istərdim ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməsi 27 il kağız üzərində qaldı. Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində torpaqlarını özü işğaldan azad etdi və bu ilin sentyabr ayında antiterror əməliyyatı ilə Ermənistan silahlı qüvvələrinin qalıqlarının mövcudluğuna və separatizmə son qoyaraq suverenliyini tam bərpa etdi.

Çıxışımın sonunda vurğulamaq istərdim ki, ən çətin məqamlarda belə bəşəriyyət mərhəmət hissini itirməməlidir. Buna görə də, hörmətli Əminə xanıma bu vacib tədbiri təşkil etdiyinə və dəvətinə görə bir daha dərin minnətdarlığımı bildirirəm.







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Aktauya düşmüş təyyarəni tam xilas etmək mümkün imiş - itirilmiş şok imkan...

Cənubi Qafqazda yeni gərginlik mərhələsi yaradılır - Azərbaycan xəbərdarlıq etdi...

Tramp Qərbdə siyasi-mənəvi böhrana qarşı - Azərbaycan Prezidentindən dəstək…

SON XƏBƏRLƏR

10.01.2025 | 00:56
Təbriz küçələrində İran rejimini silkələyən plakatlar asıldı - “Qarabağ Qəhrəmanı Əliyev”…

09.01.2025 | 21:18
Beynəlxalq reytinq qurumları Azərbaycana münasibətdə hələ tam düzəlməyiblər...

09.01.2025 | 21:03
Erməni liderlərinin "Mən faşistəm" kimi etirafı dünyanın heç bir yerində olmayıb...

09.01.2025 | 20:48
Ermənistanın biabırçılıqla üzləşməyən 2 dostu qaldı - Hindistan və Yunanıstan...

09.01.2025 | 20:33
Azərbaycan delimitasiyanın növbəti ünvanını İrəvana təklif etdi - ermənilər razılaşıb...

09.01.2025 | 20:18
İlham Əliyev və Donald Tramp eyni düşünür - dünya gücə tabedir...

09.01.2025 | 20:05
Ermənistana hərbi, siyasi və diplomatik dəstək vermiş 3 müttəfiq ölkənin biri sıradan çıxdı...

09.01.2025 | 19:51
Ermənistan Zəngəzur dəhlizini məcburən açmalı olur - vaxt gəldi...

09.01.2025 | 19:37
Yeni xarici borclanma Azərbaycan üçün artıq təhlükə deyil - Prezident səbəbini də izah etdi...

09.01.2025 | 19:24
Makron özünü itirdi - səhv səhvin dalınca gəlir...

09.01.2025 | 19:10
Prezident Qazaxın azad olunmuş kəndlərinə xüsusi mütəxəssislər qrupu göndərdi...

09.01.2025 | 18:55
Ağdam Sənaye Parkından dünyaya böyük mesajlar...

09.01.2025 | 18:41
Avropanın növbəti ikiüzlülüyü - həm sanksiya, həm də Rusiyadan rekord maye qaz?

09.01.2025 | 18:36
Uşaq yazıçısı Gülzar İbrahimova Kürdəmirdə oxucularla görüşdü - FOTO

09.01.2025 | 18:27
Azərbaycan neftində tənəzzül aradan necə qaldırıldı?..

09.01.2025 | 18:14
Media savadlılığı məlumat azadlığı praktikasını təkmilləşdirən amildir...

09.01.2025 | 18:10
Vicdan insanın daxili transformatorudur

09.01.2025 | 18:03
Aİ Şurasının Prezidenti Prezident İlham Əliyevə zəng edib

09.01.2025 | 17:53
Fransanın “Sezarları” Makronun öz üstünə qaytarılacaq - Azərbaycanın yeni hədəfi...

09.01.2025 | 17:40
Ukraynaya belə münasibət Makronun son xəyanəti olacaq...

09.01.2025 | 17:34
XİN-dən Paşinyana cavab - "arqumentiniz Ermənistanın "xoş niyyət"inin təsdiqi sayıla bilməz"

09.01.2025 | 17:27
Ərdəbil mollasının nadürüstlüyünə görə kim üzr istəməlidir?...

09.01.2025 | 17:14
Azərbaycan-ABŞ münasibətlərinin strateji olması üçün kim nə etməlidir?..

09.01.2025 | 17:00
Bəşər Əsədin arvadının İngiltərə casusu olduğu ortaya çıxdı - Əsəd ailəsi ilə bağlı gizli sənədlər sızdırıldı...

09.01.2025 | 16:46
Bakıda maşın qaçıran şəxs saxlandı

09.01.2025 | 16:35
Gürcüstan Qərbin Cənubi Qafqazda mənfur siyasətini anlamağa başlamışdır

09.01.2025 | 16:10
Prezident İlham Əliyev Kobaxidzeyə başsağlığı verdi

09.01.2025 | 16:05
Tramp Rusiya ilə təhlükəsizlik sazişi bağlamağa hazırlaşır - “qırmızı xətlər” yenidən müəyyən ediləcək

09.01.2025 | 15:44
Vətənlə ucalan İnam...

09.01.2025 | 15:26
Peskov: "Ermənistan həm Avropa İttifaqı, həm də Avrasiya İqtisadi Birliyinə üzv ola bilməz"

09.01.2025 | 15:11
Sosial şəbəkədə ucuz mobil telefon satmaq adı ilə dələduzluq edən şəxslər saxlandı

09.01.2025 | 14:47
"Azərbaycan və Ermənistanla münasibətləri inkişaf etdirməyə davam edəcəyik" - Peskov

09.01.2025 | 14:40
Peskov: "Rusiya Aktaudakı aviaqəzanın obyektiv araşdırılmasında maraqlıdır"

09.01.2025 | 14:35
Baş Prokurorluq vətəndaşın əsassız məsuliyyətə cəlb edilməsi ilə bağlı iddialara aydınlıq gətirdi

09.01.2025 | 14:25
Azərbaycan ilk dəfə elektromobillərin şarj cihazlarının istehsalına başlayır

09.01.2025 | 14:07
Avropa dəyərləri korrupsiyaya qurban edilir...

09.01.2025 | 13:30
Sumqayıtda qadına qarşı soyğunçuluq edən şəxs yaxalandı

09.01.2025 | 13:17
Pensiya artımları niyə yanvar deyil, fevral ayında ödəniləcək? - Deputat açıqladı

09.01.2025 | 13:03
В. Карасев, свинство не хорошая черта - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

09.01.2025 | 12:44
BMT Prezident İlham Əliyevin müraciətini rəsmi sənəd kimi yaydı

09.01.2025 | 12:19
İdman Akademiyasında işçilərinin kütləvi ixtisar edilməsi xəbərinə aydınlıq gətirilib

09.01.2025 | 12:05
"Bu itkiyə dözmək üçün səbr diləyirik" - Azərbaycan XİN Gürcüstana başsağlığı verib

09.01.2025 | 12:00
Paşinyan iclas keçirib - Ermənistanın Avropa İttifaqına üzvlüyü barədə

09.01.2025 | 11:50
Küveyt Dövlətinin Əmiri Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

09.01.2025 | 11:30
Yanğında 5 uşaq öldü, Gürcüstanın bütün ərazilərində dövlət bayraqları endirildi

09.01.2025 | 11:15
Xaricdə təhsil alanlar üçün peşə tanınması üzrə növbəti imtahan keçiriləcək

09.01.2025 | 11:10
Kaliforniya qubernatoru istefa verməlidir! - Tramp qəzəblidir...

09.01.2025 | 11:05
Türkiyə ordusu Suriyada PKK-ya qarşı əməliyyat keçirəcək?

09.01.2025 | 11:03
İran rəsmisi qaçaraq Bakıya gəldi - CANLI

09.01.2025 | 11:00
Bakının 6 küçəsində skuter parklanma məntəqəsi yaradılıb

09.01.2025 | 10:54
Hollivudun bir hissəsi təxliyə edilir - meşə yanğınlarına görə...

09.01.2025 | 10:30
Nelson Mandelanın nəvəsi həbs edildi - avtomobil oğurladığı üçün...

09.01.2025 | 10:20
Britaniyadan qanunsuz miqrasiyaya ZƏRBƏ - bu şəxslər “qara siyahı”ya salınacaq

09.01.2025 | 10:10
"Qarabağ" yeni ildə ilk qarşılaşmasına çıxacaq

09.01.2025 | 10:05
Dəm qazı daha bir can aldı - bu dəfə Xırdalanda...

09.01.2025 | 10:00
Tramp Çini məyus etdi - "buna imkan verməyəcəm!"

09.01.2025 | 09:30
Əli Əkbər Əhmədianın Ermənistandadır - bu gün Paşinyanla görüşəcək

09.01.2025 | 09:23
Azərbaycanda elektrobus istehsalı başlanır...

09.01.2025 | 09:20
Naxçıvanın bu kəndində hərbi sursat aşkar edildi

09.01.2025 | 09:15
Kıvanç Tatlıtuğ yeni serialda - qazancı gizli saxlanılır...

09.01.2025 | 09:10
Pakistan mediası Azərbaycan Prezidentinin müsahibəsindən yazır

09.01.2025 | 09:05
"Barselona" Superkubokun finalında

09.01.2025 | 09:00
Kaliforniyada meşə yanğınları 5 nəfərərin həyatına son qoydu

09.01.2025 | 08:38
Kərə yağının idxalı və daxili istehsalı artır - qiymət də artsa, batdıq...

08.01.2025 | 22:10
"Ermənistan XİN rəhbərinin “Qərbi Azərbaycan İcması” ilə bağlı iddiaları tarixin saxtalaşdırılmasıdır" - Rəsmi Bakı

08.01.2025 | 21:43
AZAL Kazana bütün uçuşları dayandırdı

08.01.2025 | 21:22
1-ci Şah Abbas erməni Eçmiədzin kilsəsi üzərində “nə gəzir”...

08.01.2025 | 21:07
Aktauya düşmüş təyyarəni tam xilas etmək mümkün imiş - itirilmiş şok imkan...

08.01.2025 | 20:51
Paşinyan qəbul etməsə, Azərbaycan bu məsələni gündəlikdən çıxarmayacaq...

08.01.2025 | 20:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

08.01.2025 | 20:36
Naxçıvandan Türkiyəyə keçiddə mindən çox İran TIR-ı? - Yalana baxın...

08.01.2025 | 20:22
Azərbaycan tam hazırdır - Ermənistan yeni müharibəni qaçılmaz etdi...

08.01.2025 | 20:15
Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda yenilənmiş həyətlər istifadəyə verildi - FOTO

08.01.2025 | 20:08
Makronun aylarla hazırlaşdırdığı briqada Zelenskiyə ağır zərbə vurdu...

08.01.2025 | 19:53
Azərbaycanlıların Qərbi Azərbaycana qayıdışının çərçivəsi müəyyənləşdi...

08.01.2025 | 19:39
Trampın əsas hədəfi - Baydenin "Azərbaycan səhvlərini aradan qaldırmaq"...

08.01.2025 | 19:25
Makron Fransanın bütün siyasi elitasını Azərbaycanofob edib...

08.01.2025 | 19:12
Nazir Vilayət Eyvazov İsmayıllıda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO/VİDEO

08.01.2025 | 19:04
Vətəndaş cəmiyyətinin düzgün təşkili Azərbaycanın daha böyük uğurlarını şərtləndirir...

08.01.2025 | 18:50
Makron COP29 vaxtı hətta bu namərdliyə də əl atdı...

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031