ABŞ inandı ki, Çin Ukraynada Rusiyaya kömək etməyib....
Deyəsən ABŞ-ın Çinə qarşı münasibəti istiləşməyə doğru gedir. Məsələ burasındadır ki, neçə müddətdir Ağ Ev Çinin Ukrayna müharibəsində Rusiyaya hərbi yardım etdiyi barədə hay-küy qaldırmışdı. Amma bu gün ABŞ liderinin milli təhlükəsizlik üzrə köməkçisi Jake Sullivan çıxış edərək bildirib ki, Çin Rusiyaya Ukraynadakı xüsusi əməliyyatlarda istifadə üçün silah vermir. "Son məlumatlarımıza görə, Çin Ukraynadakı hərbi əməliyyatlar zamanı Rusiyaya silah vermir"-J. Sullivan bəyan edib.
Mətləb Salahov