Məhkəmə Trampın yolunu açdı - prezident seçkilərində iştirak edəcək...
ABŞ-ın Miçiqan ştatının məhkəməsi ölkənin sabiq dövlət başçısı Donald Trampın 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakına icazə verib.
Məhkəmə Donald Trampın 2021-ci ilin yanvarında Kapitoli binasına hücumla bağlı ittihamlara görə ali dövlət postuna seçilmək üçün namizədliyini irəli sürmək hüququna malik olmadığı fikrini rədd edib.
Xatırladaq ki, 2021-ci il yanvarın 6-da Donald Tramp tərəfdarları Kapitoliyə soxularaq binaya ciddi zərər vurub. Sabiq prezidentin ittiham aktında, həmçinin “aldatma, fırıldaqçılıq və yalan yolu ilə federal hökumətin funksiyalarına zərər vurmaq və maneə törətmək” maddəsi də var.
2020-ci ildə rəqibi Cozef Baydenə məğlub olan Donald Tramp gələn il keçiriləcək prezident seçkilərində respublikaçılar arasında namizədliyə əsas namizəd sayılır.