20 yaşlı futbolçu İngiltərə millisindən ayrıldı
Madrid "Real"ının futbolçusu Cud Bellingem zədə səbəbindən İngiltərə millisinin düşərgəsində ayrılıb. Futbolçu Avro-2024-ün seçmə mərhələsində noyabrın 17-də Malta ilə, 20-də isə Şimali Makedoniya qarşı matçda iştirak etməyəcək.
Qeyd edək ki, 20 yaşlı yarımmüdafiəçi La Liqanın 12-ci turu çərçivəsində "Valyekano" (0:0) ilə matçda çiynindən zədələnmişdi.
Mətləb Salahov