Ukrayna Rusiya ilə müharibənin uzun müddət davam edə biləcəyini açıqladı - bizimlə saziş imzalamayacaqlar...
Müharibə uzun müddət davam edə bilər, çünki ruslar Ukrayna ilə müqavilə imzalamayacaqlar və xaotik bombardmanı davam etdirəcəklər. Bu fikirləri Ukrayna Müdafiə Nazirliyinin baş kəşfiyyat idarəsinin rəhbəri Kirill Budanov səsləndirib.
Budanovun sözlərinə görə, Rusiya uzun müddət Ukrayna və Qərblə danışıqlar aparmayacaq.
Ukrayna kəşfiyyat idarəsinin rəhbəri onu da qeyd edib ki, tarixdə müharibələrin hüquqi cəhətdən bitmədiyinə dair nümunələr var. Məsələn, Kuril adalarının statusu ilə bağlı sülh müqaviləsi imzalanmadığı üçün 1945-ci ildən rəsmən müharibə vəziyyətində olan Yaponiya və Rusiya.
“Bu ərazi problemi 70 ildən çoxdur ki, mövcuddur, bu səbəbdən eyni ssenari burada da ehtimal olunur, çünki Rusiya Federasiyasının Ukraynaya münasibətdə təkcə Krımla məhdudlaşmayan əhəmiyyətli ərazi iştahı var. Təbii ki, heç kim bu iştahı təmin etmək niyətində deyil” – K.Budanov deyib.
TAHİR