Qəzza zolağında öldürülən jurnalistlərin sayı açıqlandı -şok rəqəm!
Qətərin "Al Jazeera" telekanalı Qəzza zolağında son baş verənlərlə bağlı məlumat yayıb. Telekanalın məlumatında deyilir ki, Qəzza zolağının şimalındakı Cəbaliya qaçqın düşərgəsinə İsrailin hava hücumu nəticəsində fələstinli yazıçı, şair və jurnalist Məhəmməd Hicazi həlak olub. Məlumata görə, 2023-cü ilin oktyabrın 7-dən bəri İsrail-Fələstin münaqişəsi nəticəsində həlak olan media nümayəndələrinin ümumi sayı 220-yə çatıb.
Kanal Qəzza Səhiyyə Nazirliyinin bəyanatına istinadən bildirir ki, M.Hicazi İsrailin ötən həftə sonu mühasirəyə alınmış əraziyə hücumları zamanı öldürülən 90-a yaxın fələstinli arasında olub.
Mətləb Salahov