Ronaldonun həmyerlisi "Milan"ın tarixinə düşdü...
"Milan"ın yeni baş məşqçisi Serjiu Konseysau İtaliya Superkubokunun final matçında "İnter" üzərində qələbədən sonra klubun tarixinə düşüb. İtaliyanın aparıcı idman nəşrlərinin yazdığına görə, portuqaliyalı mütəxəssis "Milan"ın "sükanı arxasında" ən tez kubok qazanan mütəxəssis olub. Görüş S.Konseysaunun komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb. Portuqaliyalıya İtaliya Superkubokunu qazanmaq üçün cəmi iki oyun kifayət edib.
Mətləb