Sarkozi məhkəmə qarşısında - Qəddafidən aldığı qanunsuz pullar araşdırılır...
Fransanın keçmiş prezidenti Nikola Sarkoziyə qarşı yeni məhkəmə prosesi Parisdə başlayıb. Bu barədə “Agence France-Presse” məlumat yayıb. Qeyd olunub ki, keçmiş dövlət başçısı “2007-ci il seçki kampaniyasının o zamankı Liviya lideri Müəmmər Qəddafi tərəfindən qanunsuz maliyyələşdirilməsi” işi üzrə mühakimə olunur. 69 yaşlı Sarkozi təqsirli bilinərsə, ona 10 ilədək həbs cəzası və 375 min avroya qədər cərimə təyin edilə bilər. Keçmiş prezidentlə yanaşı, işdə daha 12 nəfər təqsirləndirilir.
Sarkozinin kampaniyasının maliyyələşdirilməsində pozuntular barədə ilk dəfə 2011-ci ilin mart ayının əvvəlində mərhum Liviya liderinin oğlu Seyf əl-İslam məlumat vermişdi. O, “Euronews” telekanalına müsahibəsində Sarkozinin Liviya hökumətindən maliyyə dəstəyi aldığını iddia etmişdi.
Mətləb Salahov