KÖHNƏ VERSİYA            

Ermənistan qədim Yunan və Roma dövlətləri ilə bir sıraya qoyuldu - absurdun ölçüsüzlüyü...

Image

Qasım Hacıyev: “Qədim dövlətlər arasında heç zaman “Ermənistan” adlı dövlət olmayıb” 

Hay Qriqoryan kilsəsi və hay tarixçiləri hayların (ermənilərin) başını nağıllarla, uydurmalarla elə qatıb ki, onlar hələ də reallığın, tarixi gerçəkliyin həndəvərinə belə yaxınlaşa bilmirlər. 

Vaxtilə xaricdəki ağalarından tapşırıq alan hay tarixçiləri saxta tarix yazıblar, “qədim erməni dövlətləri” “kəşf” ediblər. Təbii, onlara bu saxta tarixi düzüb-qoşmaqda bəzi rus Sovet tarixçiləri də əməlli-başlı kömək edib. 

Hayların dövlətçilik tarixinin başlanğıc nöqtəsi XX əsrin əvvəllərinə təsadüf etsə də, onlar bununla razılaşmaq istəmirlər və iddia edirlər ki, guya Ermənistan dünyanın “hələ də mövcud olan 6 ən qədim dövlətindən biridir”. 

Çox qəribədir ki, tarixi gerçəkliyi, həqiqəti görmək istəməyən hayların iddiasına görə, guya erməni dövlətçiliyinin tarixi təxminən 2500 il əvvələ gedib çıxır (?). Erməni mediası "Rus Seven" portalına “istinadən” yazır ki, “ilk dövlətlər təxminən 6000 il əvvəl meydana çıxıb, lakin onların hamısı bugünə qədər yaşaya bilməyib. Bəziləri əbədi olaraq yoxa çıxıb, digərlərindən yalnız adı qalıb. Lakin qədim dünya ilə əlaqələrini qoruyanlar da var”. 

Erməni mediası iddia edir ki, guya Ermənistan Misir, İran, Çin, Yunanıstan və Yaponiya ilə birlikdə hələ də mövcud olan 6 qədim dövlətdən biridir. Erməni dövlətçiliyinin tarixi guya təqribən “2500 il əvvələ” gedib çıxır.

Haylar bu cəfəng iddiaları səsləndirərkən tarixçi akademik Boris Piotrovskinin

“Arme-Şubriya krallığında” əsərinə istinad edirlər.  Tarixçi Boris Piotrovski ermənilərin saxta tarixinin yaradılmasında xüsusi canfəşanlıq göstərən rus alimidir. O, öz əsərlərində tarixi gerçəkliyi təhrif edərək ermənilərin tarixini qədimləşdirirdi. O yazırdı ki, guya   e.ə. “skif-erməni birliyi” “mövcud olub”.  Guya qədim dövrlərdə mövcud olan Tabal, Melid, Muş çarlığı, Hurri, Luvi və Urartu dövlətlərinin  sakinləri  sonda “erməni xalqına birləşiblər”. Guya “Ermənistan” termininə ilk dəfə yoxa çıxmış Urartu ərazisində fars satraplığını təyin edən Fars kralı I Daranın Behustin kitabəsində (e.ə. 521) rast gəlinir (?). Guya daha sonra Araz çayı vadisində “Ararat krallığı” yaranıb (?). Guya bu da “üç ölkənin - Sofen, Kiçik Ermənistan və Böyük Ermənistanın yaranması üçün əsas olub”. İddia edirlər ki, guya təxminən eramızdan əvvəl III əsrdə “erməni xalqının siyasi və mədəni həyatının mərkəzi Ararat vadisinə köçür”. Təbii, bütün bunlar cəfəngiyatdan başqa bir şey deyil. O çağlarda erməni dövləti mövcud olmayıb. Ermənilərin bu bölgələrə köçürülüb yerləşdirildikləri tarix məlumdur. Bunu dəfələrlə faktlar əsasında qeyd etmişik. Nə yazıq ki, bu bədbəxt toplum hələ də özünə qədim dövlətlər “yaratmaq” həvəsindən əl çəkmək istəmir. 

“Akademik  Boris Piotrovski saxta erməni tarixinin yaradılmasında yaxından iştirak edib”

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz  Tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, haylar nə xəyal edirlərsə onu tarixi gerçəklik kimi qələmə verməyə cəhd edirlər. “Tarixlərini o qədər belə lazımsız məsələlərlə doldurublar ki, özləri də uydurduqları yalanlar içində batırlar. İndiyə qədər tanınan qədim dövlətlər Cənubi Qafqaz ərazisinə yaxın olan, yaxud daxil edilən Urartu, Manna, Midiya, Assur dövlətləri idi. Amma bu dövlətlərin də haylarla heç bir əlaqəsi yox idi. Buna baxmayaraq, onlar bu dövlətlərin ən qədimini götürüb onu öz adlarına çıxırlar. Urartu ilə hayların heç bir əlaqəsi olmadığı halda hər yerdə yazırlar ki, guya Urartu hayların ən qədim dövlətidir. Hətta ondan da qədimlərini tapıb özlərini ona yamaq edirlər. Halbuki,  o dövlətlərin də bəziləri tarixdə var, bəziləri isə tamamilə uydurmadır. Bu dövlət adlarını onlar özləri uydurublar. Haylar və onların havadarları belə “faktları” yaradırlar və yayırlar. Onların iddia etdiyi dövlətlərin heç birinin onlara aidiyyəti yoxdur. Digər tərəfdən də, bunlar iddia edirlər ki, 6 qədim dövlətdən biri də guya Ermənistandır. Bunların sanki tarixdən xəbərləri yoxdur. Qədim dövlətlər arasında heç zaman “Ermənistan” adlı dövlət olmayıb. Roma və Yunan dövlətlərinin yanında erməni dövlətinin adının çəkilməsi absurddur.

Misirin dünyanın ən qədim dövlətlərdən biri olduğunu dünya tarixçiləri bilir. Eləcə də, yunan və Roma dövlətlərinin tarixi qədimdir. Amma hayların bu gün öz dövlətçilik tarixlərini qədim dövlətlərlə bərabərləşdirməsi gülünc görsənir. O qədim dövlətlər mövcud olarkən heç zaman erməni dövləti olmayıb”. 

Q.Hacıyevin qeyd etdiyinə görə, haylar əndazəni o qədər  aşıblar ki, hətta Misir ehramlarına belə iddia edirlər. “Onlar saxta arqumentlər gətirirdilər ki, Misir ehramlarının, eləcə də Misir dövlətinin yaranmasında guya hayların əcdadlarının da rolu olub. Bu biabırçılıqdır. 

Bunlar özlərini Urartuya yamaq edib ətraf dövlətlərə də iddia irəli sürürlər. Burda bunlar skif və erməni əlaqələri haqda yazırlar. Buna birinci dəfədir rast gəlirəm. Erməni və skif əlaqələri necə ola bilər ki? Gülməli və gülüncdür. Bütün dünya tarixçiləri bilir ki, rus tarixşünaslığında skiflər, İran tarixşünaslığında saklar adlandırılan işquzlar türk mənşəlidirlər. Bu barədə tarixi faktlar var. Haylar həm özlərinə saxta tarix yaradırlar, həm də Azərbaycan-türk tarixinə iddia edirlər. Bax, budur bunların uydurması”.

Q.Hacıyev bildirdi ki, saxta hay tarixinin yaradılmasında tarixçi akademik Boris Piotrovski xüsusi canfəşanlıq edib. “Akademik  Boris Piotrovski saxta erməni tarixinin yaradılmasında yaxından iştirak edib və ermənilərlə bağlı bir neçə kitab yazıb. Hayların olmayan  dövlətçilik tarixini qədim dövrlərə aparıb çıxaranlardan biri  Piotrovski olub. Yəni   hayların saxta tarixinin yaradılmasında, onların “qədim dövlətçilik ənənəsinə malik olduğu” iddiasının irəli sürülməsində  Piotrovskinin xüsusi “əməyi” var. Məhz onun sayəsində indiki Ermənistan ərazisində arxeoloji qazıntılar aparıldı və bunun nəticəsində də saxta əsərlər, saxta məqalələr ortaya çıxdı. O bir ermənipərəst idi, arvadının da erməni olduğu gizlin deyildi”-deyə Q.Hacıyev bildirdi.

İradə SARIYEVA 







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Təyyarə cinayəti Rusiyanın hərbi və mülki qurumlarının rabitəsizliyini ifşa etdi...

10 gün əvvəlki hadisə təyyarə qəzasına aid yeni suallar yaradır...

Rusiya rəsmilərinin ilkin reaksiyası təyyarə qəzası ilə bağlı vəziyyəti xeyli mürəkkəbləşdirdi...

SON XƏBƏRLƏR

08.01.2025 | 18:50
Makron COP29 vaxtı hətta bu namərdliyə də əl atdı...

08.01.2025 | 18:36
İran Azərbaycana qarşı radar quraşdırdı...

08.01.2025 | 18:23
Cənubi Qafqazda yeni gərginlik mərhələsi yaradılır - Azərbaycan xəbərdarlıq etdi...

08.01.2025 | 18:09
Türkiyə-Ermənistan sərhədində faşist-terror təhlükəsi - Əliyevdən dəqiq eyham...

08.01.2025 | 18:05
Əməliyyat zamanı həkimə ad günü keçirdilər - "German Hospital"dakı hadisə ilə bağlı araşdırma başladı

08.01.2025 | 18:00
Deputat Əhliman Əmiraslanov Sabirabadda seçicilərini qəbul edib

08.01.2025 | 17:57
Ekoturizm paytaxtı 2025: Ərzurum qış macəralarına hazırlaşır

08.01.2025 | 17:55
Avrokomissiya prezidentinin COP29 vədinə xəyanəti açıldı...

08.01.2025 | 17:42
Tramp Qərbdə siyasi-mənəvi böhrana qarşı - Azərbaycan Prezidentindən dəstək…

08.01.2025 | 17:29
Azərbaycanın faşist dövlətlə qonşuluğu uzun çəkə bilməz - xəbərdarlıq...

08.01.2025 | 17:22
Ermənistan-Türkiyə sərhədində rus sərhədçilərin sayı azaldıla bilər

08.01.2025 | 17:17
Ərdəbilin mollası İran rejimini pis duruma saldı - konkret şərt qoyulub...

08.01.2025 | 17:06
Misir Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

08.01.2025 | 17:00
Tramp Ukrayna müharibəsini 24 saata bitirəcəyini demişdi, indi də altı ay deyir...

08.01.2025 | 16:27
Bələdiyyə seçkilərində neçə namizəd qeydə alınıb?..

08.01.2025 | 16:21
QAİ Mirzoyanı tutarlı arqumentlərlə "vurdu" - Ermənistan insanlıq əleyhinə cinayət törədir...

08.01.2025 | 16:04
"Fransa BTQ-ni ittiham etməkdənsə qanunsuz fəaliyyətlərini dayandırmalıdır" - Abbas Abbasov

08.01.2025 | 15:50
MM-in Təşəbbüs Qrupu beynəlxalq ictimaiyyətə çağırış etdi - Ermənistan bu hərəkətlərinin qarşısı alınmalıdır...

08.01.2025 | 15:37
İsrail Türkiyə ilə müharibəyə hazırlaşır? - Netanyahunun qurduğu komitənin hesabatı ortaya çıxdı...

08.01.2025 | 15:26
Fransa təşkilatı Bakı Təşəbbüs Qrupuna böhtan atdı - Qrupdan açıqlama gəldi...

08.01.2025 | 15:14
Milli Məclis xarici ölkə parlamentlərini Ermənistana təzyiq göstərməyə çağırdı

08.01.2025 | 15:03
Prezident İlham Əliyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibini qəbul etdi - FOTO/YENİLƏNDİ

08.01.2025 | 14:44
Paytaxtda oğurluq və dələduzluq edən şəxslər saxlandı

08.01.2025 | 14:25
Prezident İlham Əliyev Aİ-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

08.01.2025 | 14:10
Qərbi Azərbaycan İcması Prezidentə təşəkkür etdi...

08.01.2025 | 13:44
Bakıda telefon oğurlayan 3 nəfər tutuldu

08.01.2025 | 13:30
Eritreyada saxlanan gəmilərdə heyət üzvlərindən 18-i Azərbaycan vətəndaşıdır

08.01.2025 | 13:19
Azərbaycan Respublikasının D-8-ə daxil edilməsi onun böyük dövlət olduğunun göstəricisidir

08.01.2025 | 13:12
Tuqay Rəhimli baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi təyin olundu

08.01.2025 | 13:03
Иранский мулла должен быть наказан! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

08.01.2025 | 12:50
Qətərin Baş naziri və xarici işlər naziri Prezident İlham Əliyevə başsağlığı verdi

08.01.2025 | 12:47
Qətər Əmiri Prezident İlham Əliyevə başsağlığı verdi

08.01.2025 | 12:34
Xaçmaz sakini “Kalaşnikov”la tutuldu

08.01.2025 | 12:10
Bərdədə avtomat satmaq istəyən keçmiş məhkum yaxalandı

08.01.2025 | 12:00
"Buna yalnız axmaq adam cavab verə bilər” - Trampdan İran AÇIQLAMASI

08.01.2025 | 11:30
Sabah Naxçıvanın bu şəhərində işıq olmayacaq - XƏBƏRDARLIQ

08.01.2025 | 11:23
Küveytin Baş naziri Prezident İlham Əliyevə başsağlığı verdi

08.01.2025 | 11:20
Qadın cüdoçumuz "Böyük Dəbilqə" turnirinə qatılacaq

08.01.2025 | 11:15
Xaçmazda kitabxana binası yanıb

08.01.2025 | 11:10
Kubada DƏHŞƏT - silah anbarı partladı, 13 əsgər itkin düşdü

08.01.2025 | 11:10
Təyyarə qəzasında vəfat etmiş vətəndaşların kredit borcları silinib

08.01.2025 | 11:05
Ukrayna mediası İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini geniş işıqlandırıb

08.01.2025 | 11:00
Yenə Rusiya, yenə təyyarə problemi...

08.01.2025 | 11:00
Azərbaycanın üç gəmisi Afrikada girov götürüldü...

08.01.2025 | 10:30
Bələdiyyə seçkilərində “exit-poll” keçirmək üçün sənəd qəbulu sabah başa çatır

08.01.2025 | 10:20
76 yaşlı kişi beşinci mərtəbədən yıxılıb öldü

08.01.2025 | 10:15
Qrip virusu Britaniyanı cənginə alıb - xəstəxanalarda yer tapılmır...

08.01.2025 | 10:10
Hakan Fidan Türkiyənin Suriyadakı iki əsas hədəfini açıqladı

08.01.2025 | 10:05
Xalq artisti qızı ilə Mayamidə dincəlir

08.01.2025 | 10:00
"Kanada ABŞ-ın 51-ci ştatı olmayacaq!" - Trüdo Trampa meydan oxudu

08.01.2025 | 09:30
Polşa ilk AES tikmək üçün 15 milyard dollar ayıdı

08.01.2025 | 09:24
Əhalinin bank əmanətlərində gözlənilməz artım - nə baş verib?..

08.01.2025 | 09:15
Qonşusunun dəmir parçası ilə döydüyü qadın xəstəxanada ölüb

08.01.2025 | 09:05
Juninyo hansı kluba keçir- "Sevilya"ya, yoxsa “Flamenqo"ya?

08.01.2025 | 09:00
Şəmkirdə ev yanıb

08.01.2025 | 08:40
Kreditlərə faiz qadağası - 0,3 faizdən çox ola bilməz...

08.01.2025 | 01:25
Sakral dünyanın Arazboyu vadisinin qədim dövlətçilik tarixi - hay kilsəsinin hədəfində...

08.01.2025 | 00:04
"Yaxşı olardı ki, Ermənistanın baş naziri Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etsin" - Prezident

07.01.2025 | 23:58
Prezident İlham Əliyev İran hakimiyyətinə: "Azərbaycandan kim üzr istəyəcək?"

07.01.2025 | 23:52
Prezident: "Bakı Təşəbbüs Qrupunun fəaliyyəti ildən-ilə genişlənir"

07.01.2025 | 23:47
"Mən bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır" - Prezident İlham Əliyev

07.01.2025 | 23:40
Prezident: "Avropa Komissiyası ilə münasibətlərimizin necə inkişaf edəcəyini söyləmək çətindir"

07.01.2025 | 23:36
"Ermənistanın yaxın dostları siyasi səhnədən biabırçılıqla silinirlər" - Prezident İlham Əliyev

07.01.2025 | 23:34
Prezident telekanallara müsahibəsində Fransa ilə bağlı heç vaxt danışılmayan məsələyə toxundu

07.01.2025 | 23:26
"Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik" - Prezident İlham Əliyev

07.01.2025 | 23:24
Prezident İlham Əliyev: "Əgər bu Fransadırsa, onda sən demə Fransa yoxsul ölkə imiş"

07.01.2025 | 23:18
"Müstəmləkəçilik kimi iyrənc praktikaya son qoyulmalıdır" - Prezident

07.01.2025 | 23:15
Prezident: "Azərbaycanın son illərdəki addımları çox ciddi təhlil edilir"

07.01.2025 | 23:06
"O əyalət mollası cəzalandırılmalıdır" - Prezident İlham Əliyev

07.01.2025 | 22:53
Prezident İlham Əliyev Yaxın Şərqdəki proseslərlə bağlı fikirlərini bölüşdü...

07.01.2025 | 22:41
Azərbaycan yerli elektrobusların istehsalına başlayır...

07.01.2025 | 22:40
"Ümid edirik ki, bu il biz AÇG-də “Dərin Qaz” layihəsindən ilk qazı alacağıq" - Prezident

07.01.2025 | 22:37
Bakıda 10 yeni metro stansiyası inşa ediləcək

07.01.2025 | 22:27
Prezident: "İrandakı səfirliyimizə qarşı terror aktı təşkil olunmuş terror aktı idi"

07.01.2025 | 22:19
Prezident İranla gələcək münasibətlərə toxundu - "Bu barədə danışmaq bir qədər tezdir"

07.01.2025 | 22:15
Prezident İlham Əliyev: "Fransız siyasi səhnəsində konsensus yalnız azərbaycanofobiya zəminində olur"

07.01.2025 | 22:06
Prezident: "Görünür ki, cənab Makron Azərbaycansız yaşaya bilmir"

07.01.2025 | 22:06
"Bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar" - Prezident

07.01.2025 | 21:55
"Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır" - Prezident İlham Əliyev

07.01.2025 | 21:52
Prezident İlham Əliyev: "Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir"

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031