Cümə axşamı günü, 13 mart 2025
     

90-larda ermənilərin Bakı və Sumqayıtdan kütləvi gedişinin sirri açıldı - Ter düzünü dedi...

Image

Ermənilərin Bakı və Sumqayıtdan qovulması Ermənistan hökumətinin marağında olub - Levon Ter-Petrosyan

Beynəlxalq arenada Levon Ter-Petrosyan Ermənistanın ən müdrik prezidenti sayılırdı. Onun bu günlərdə yayılan 31 il əvvəl etdiyi çıxış bu mifi darmadağın etdi.

Onun "Biz 600 ildir erməni xalqının bacarmadığını həyata keçirdik - bütün Ermənistanı və Qarabağı digər millətlərdən tamamilə təmizlədik" - deməsi siyasətçinin iç üzünün açılmasına kifayət edir. Uzun müddət siyasi baxışlarının məğzini ustalıqla maskalamağı bacaran Ter-Petrosyan da erməni icmasını aldatmağa çalışır ki, guya Cənubi Qafqazda "erməni tarixi" 1828-ci ildən başlamır, guya 600 il "erməni xalqı" mübarizə aparıb. Hərcənd, Cənubi Qafqazda bu "600 illik mübarizənin" bir elementi belə 1828-ci ildən əvvəlki tarixə təsadüf etmir. "Erməni xalqı"nın "600 illik mübarizəsi"ndən danışan Petrosyan elə o vaxt da xarici havadarların sifarişi ilə erməni icmasının "beynini yumaq"la məşğul olub.

Ter-Petrosyan daha sonra 1988-ci ilə qədər Ermənistandan zorla qovulan yüz minlərlə azərbaycanlını xatırladaraq deyir: "Təsəvvür edin indi onlar Ermənistandadır. O halda bizim dövlətimiz olmayacaqdı. Onda şimal-şərq rayonlarını, Sevanı (Göyçə gölü) müdafiə edə bilməyəcəkdik. Azərbaycanlılar 3 rayonda çoxluq təşkil edirdi - Basarkeçər, Zəngibasar və Amasiya. Onlar Zəngəzur mahalında böyük üstünlük təşkil edirdilər. Bu problem həll edildi və bu, göydən hədiyyə kimi düşmədi. Bunu biz etdik, milli hərəkat etdi, erməni ümummilli hərəkatı və onun hərbi qanadı, özünümüdafiə batalyonları, bizim "Yerkrapa" dəstəsi". Ter-Petrosyan burada da yalan danışır - Ermənistan sərhədlərinin qorunmasını Rusiyaya tapşırana qədər cəbhədə heç bir uğur qazanmadı. Yalnız sərhədlər rus qoşunlarına təhvil veriləndən sonra Rusiyanın nizami ordusu vasitəsi ilə Azərbaycan torpaqları işğal edilə bildi. Yəni bu heç də erməni milli hərəkatının və ya "Yerkrapa" dəstəsinin xidmətlərinin nəticəsi deyildi.

Bununla yanaşı, Ter-Petrosyan həmin çıxışında vurğulayır ki, bizim başlatdığımız hərəkat nəticəsində Azərbaycanda yaşayan 300 minə yaxın erməni oradan Ermənistana və digər ərazilərə köçdü: "Əslində bu da bizim xeyrimizə oldu. Çünki erməni əsilli əhali Azərbaycanda qalsaydı, onlar bu əhalidən bizə bir təzyiq vasitəsi kimi istifadə edə bilərdilər".

Bəli, deməli, Ter-Petrosyan ölkənin bir nömrəli siyasətçisi - prezidenti olaraq faktiki təsdiqləyir ki, indiyə qədər Ermənistanın bu istiqamətdə apardığı siyasət ağ yalana söykənib - ermənilərin Sumqayıt və Bakıdan qovulmasını Azərbaycan təşkil etməyib. Ermənilərin Azərbaycandan köçünü elə Ermənistan dövləti özü təşkil edib ki, Azərbaycan gələcəkdə bu ermənilərdən onlara qarşı istifadə edə bilməsin. Amma məqsəd yalnız bu deyildi. Əslində həmin dövrdə Ermənistan müstəqil siyasət yürütmürdü, Moskvanın göstərişi ilə hərəkət edirdi. Rusiyanın məqsədi isə Azərbaycanla Ermənistanı bir-birinə düşnən etmək və bu münaqişə ilə regionu idarə etmək idi. Ona görə də ermənilərin Azərbaycandan "qovulmasında" Moskva da maraqlı idi.

Sumqayıt hadisələri erməni millətçiləri tərəfindən 1988-ci il fevralın 27-dən 28-nə keçən gecə törədilib. İğtişaşlar nəticəsində 32 nəfər öldü. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub. 1988-ci il fevralın 28-də baş vermiş bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) erməni millətçiləri ilə birgə Azərbaycana qarşı təşkil etdiyi və həyata keçirdiyi təxribatların növbəti tərkib hissəsi idi. Belə ki, aksiyanın təşkilatçıları şəhərdə iğtişaşlar törətmək üçün süni şərait yaradaraq gənclərə, xüsusən, texniki peşə məktəblərinin şagirdlərinə spirtli içkilər, içərisi əvvəlcədən narkotik maddələrlə doldurulmuş siqaretlər, müxtəlif psixotrop dərmanlar və s. paylamışdılar. Əhalinin arasında Azərbaycan dilini təmiz bilən müxtəlif millətlərdən olan təxribatçı qruplar yerləşdirilib. Əsrlər boyu qonşuluqda yaşayaraq ölkəmizə qarşı məkrli planlar quran, azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti aparan erməni millətçiləri həmin gün daha bir təxribata əl atdılar. Təbii ki, burada əsas məqsəd dünya ictimaiyyətində yanlış rəy formalaşdırmaq, anti-Azərbaycan əhval-ruhiyyəsi yaratmaq, azərbaycanlıların da Ermənistandan qovulmasına əsas yaratmaq idi. Bu qanlı ssenari ilə guya ermənilərin əzildiyi, haqlarının tapdalandığı dünya ictimaiyyətinə təqdim edilməklə, əslində yeni bir mərhələdə azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı, işğalçılıq siyasətinin əsası qoyuldu. Bütün şahid ifadələri Sumqayıt hadisələrinin təşkilatçısının erməni, iki dəfə məhkum edilən Eduard Qriqoryan olduğunu sübut edir. Qriqoryan Sumqayıt hadisələri zamanı beş ermənini şəxsən öldürüb. Bir sözlə, Sumqayıtda etnik zəmində törədilən iğtişaş həmin dövrdə bu sıradan olan məqsədyönlü təxribatların kulminasiyası idi. Qırğınların baş verməsində Sumqayıt əhalisi arasına yerləşdirilən və Azərbaycan dilini təmiz bilən SSRİ DTK-nın himayə etdiyi ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynayıb. Erməni milliyətindən olan 26 nəfərin qətlə yetirilməsini məhz bu dəstələr həyata keçirib.

İstintaq materiallarının başqa bir yerində göstərilir ki, E.Qriqoryan öz dəstəsi ilə birinci mikrorayonda M.Petrosyanın mənzilinə daxil olmuş, müqavimət göstərmək istəyən mənzil sahibinə başından zərbə endirərək halsız vəziyyətə salmışdır. Bu cür faktlar kifayət qədərdir.

Sonradan hadisələrin istintaqı zamanı zərərçəkmiş 5 erməni evinə girərək onları döyüb küçəyə atan adamın Eduard Qriqoryan olduğunu öz rəsmi izahatlarında təsdiqlədi.

Bütün bunlar onu göstərir ki, bu münaqişənin yaranmasında Moskva ilə İrəvanın maraqlatı üst-üstə düşüb. Moskva münaqişə vasitəsi ilə bölgəni idarə etməyi, İrəvan isə dövlət sərhədlərini genişləndirməyi hədəfləyib. Son isə hamıya bəllidir - Ter-Petrosyanın "600 illik" gözləntisi 27 ilə tarimar oldu...

Akif NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

13.03.2025 / 15:42
“TÜRK” etnonimi və törələri - YUNUS Oğuz yazır

13.03.2025 / 15:25
Trampı fələstinli sözünə görə yıxıb sürüdülər...

13.03.2025 / 15:23
HƏMAS İsrailin işğalına müqavimət göstərəcəyini bəyan edib

13.03.2025 / 15:12
"Aİ-də bir çox məsələlərdə birlik yoxdur, Avropa ekzistensial böhrandadır" - Sabiq nazir

13.03.2025 / 14:57
Masallıda polis əməliyyat keçirdi, 10 kiloqram narkotik aşkarlandı

13.03.2025 / 14:43
“Vaşinqton İsrailin Azərbaycanla əməkdaşlığından dərs almalıdır” - ABŞ beyin mərkəzi

13.03.2025 / 14:37
"Qlobal səviyyədə idarəçilik dəyişməlidir" - Çinin xüsusi nümayəndəsi

13.03.2025 / 14:32
"Parçalanmış dünyada yeni güclər səhnəyə çıxmaqdadır" - Çavuşoğlu

13.03.2025 / 14:25
Jelka Tsviyanoviç: "Xll Bakı Qlobal Forumundakı çağırışlar fürsətə çevrilə bilər"

13.03.2025 / 14:12
"Onların mühakiməsi davam etdiriləcək" - Prezidentin köməkçisi

13.03.2025 / 14:06
Prezidentin köməkçisi: "Avropa İttifaqının bizim regionla bağlı yeni siyasətini görmək istəyirik"

13.03.2025 / 13:54
"Forum geniş fikir müxtəlifliyini təmsil edən insanları bir araya gətirib" - Latviyanın sabiq Prezidenti

13.03.2025 / 13:40
"Azərbaycana qarşı vuruşan "Daşnak" adlandırılan taborda Ermənistan vətəndaşları da var idi" - Ermənistan ordusunun generalı

13.03.2025 / 13:36
"Azərbaycan Cənubi Qafqazda ölkələrin ərazi bütövlüyünə və suverenliyinə əsaslanan yeni status-kvonun əsasını qoyub" - Hikmət Hacıyev

13.03.2025 / 13:32
Prezident İlham Əliyev Albaniya Prezidenti ilə görüşdü - YENİLƏNDİ

13.03.2025 / 13:31
Hikmət Hacıyev: "Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları hələ də davam edir"

13.03.2025 / 13:23
"Minsk qrupuna bu gün heç bir ehtiyac yoxdur, ola da bilməz" - Hikmət Hacıyev

13.03.2025 / 13:20
"Biz çoxqütblü dünyaya hərtərəfli dəstəyimizi göstərməliyik" - Şarl Mişel

13.03.2025 / 13:19
"Bəzi Aİ ölkələri böhranın öhdəsindən təkbaşına gələ biləcəklərini düşünürdülər, lakin..." - Şarl Mişel

13.03.2025 / 13:16
Şimali Makedoniya Prezidenti Prezident İlham Əliyevə təşəkkür etdi

13.03.2025 / 13:12
Fatih Birol: "Bakıdakı COP29 konfransı vacib nailiyyətlər gətirib"

13.03.2025 / 13:03
"Biz qlobal səylərlə daha effektiv, inklizüv və məsuliyyətli sistem qura bilərik" - Tatyana Valovaya

13.03.2025 / 12:57
Şimali Makedoniya Prezidenti: "Qlobal Bakı Forumunda ən mühüm regional və qlobal problemlər müzakirə edilir"

13.03.2025 / 12:50
"Coğrafi məsafəyə baxmayaraq, dost ölkələrimizi dərin köklü əlaqələr birləşdirir" - Şimali Makedoniya Prezidenti

13.03.2025 / 12:48
"Bərpaolunan enerjiyə çəkilən xərclər 80 %-ə çatdırılmasa, iqlim böhranı davam edəcək" – Kosta-Rikanın sabiq ikinci vitse-prezidenti

13.03.2025 / 12:38
"Problemləri müəyyənləşdirmək və həll etmək üçün addımlar ata bilərik" - Şarl Mişel

13.03.2025 / 12:37
"Biz bir-biri ilə bağlı olan qlobal böhranlar dünyasında yaşayırıq, bunlar birgə həllər tələb edir" - ÜST-nin Baş direktoru

13.03.2025 / 12:30
Əmək ...nazirinin müavini 3 hökumətlərarası komissiyanın tərkibinə daxil edildi

13.03.2025 / 12:16
Albaniya Prezidenti: "Qlobal Bakı Forumu sülh, təhlükəsizlik və inkişafa fokuslanmış dialoq üçün gözəl platformadır"

13.03.2025 / 12:16
"Antoni Blinkenin siyasəti ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi" - Prezident İlham Əliyev

13.03.2025 / 12:11
"Qlobal Bakı Forumu ümid mesajlarını çatdıran bir forumdur" - Albaniya Prezidenti

13.03.2025 / 12:08
Prezident Əliyev erməni diasporunu dəstəkləyən korrupsiyaya uğramış siyasətçilər barədə danışdı

13.03.2025 / 12:04
Turançı alim, Professor Əjdər İsmayılovun ANIM GÜNÜDÜR

13.03.2025 / 12:03
Ruslar ukraynalı hərbi əsirləri edam edirlər - DƏHŞƏT!

13.03.2025 / 12:02
“Onlar gecə-gündüz casus kimi bizim sərhədlərimizdə dayanırlar" - Prezidentdən SƏRT MÖVQE

13.03.2025 / 12:00
Azərbaycanla düşmənçilik edən Fransa Özbəkistana milyardlarla sərmayə qoyur

13.03.2025 / 11:44
"Görürük ki, bu gün Avropa İttifaqı daha güclü hərbi potensial qurmaq üçün siyasətini necə dəyişir" - Prezident

13.03.2025 / 11:40
İlham Əliyev: "Biz Cənubi Qafqazda sülh qurmalıyıq"

13.03.2025 / 11:34
"COVID dövründə 80-dən artıq ölkəyə kömək etdik"

13.03.2025 / 11:33
Prezident İlham Əliyev Roma Papası Fransiski təbrik etdi

13.03.2025 / 11:28
Tramp “atəşkəsə” görə Moskvanı hədələdi

13.03.2025 / 11:27
"Biz işğal illərini yaddan çıxara bilmərik və çıxarmayacağıq" - Prezident

13.03.2025 / 11:23
Prezident İlham Əliyev: "Əfsuslar olsun, COP29 bəzi Qərb medialarında kampaniyalarla müşayiət olundu"

13.03.2025 / 11:20
Sarkisyanın başı dərddədir - qanunsuz torpaq satışına görə cinayət işi açıldı...

13.03.2025 / 11:14
“Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçiriləcək

13.03.2025 / 11:05
“Fənərbağça” çətin “Reyncers” səfərində

13.03.2025 / 11:04
"Ölkəmiz Pan-Avropa enerji təchizatçısı kimi tanınır” - Azərbaycan Prezidenti

13.03.2025 / 11:03
"COP29-un Azərbaycanda keçirilməsi qərarı ölkəmizin enerji resurslarına məsuliyyətli yanaşmasından xəbər verdi" - Prezident

13.03.2025 / 11:00
"Qlobal Bakı Forumu hazırda aparıcı beynəlxalq platformalardan biridir" - İlham Əliyev

13.03.2025 / 10:53
Bakıda XII Qlobal Bakı Forumu işə başlayıb

13.03.2025 / 10:47
Putin ön cəbhəyə gəldi və təcili əmr verdi

13.03.2025 / 10:35
Türkiyəli məşhur kriminal avtoritet həbsxanada öldü

13.03.2025 / 10:22
Yasamalda qadın dəm qazından ölüb

13.03.2025 / 10:17
Prezident İlham Əliyev Bakıda XII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir - FOTO

13.03.2025 / 10:16
Milli Məclis sabah iclas keçirir, hökumət hesabat verəcək

13.03.2025 / 10:07
“Yeni konstitusiya üçün təklif etdiyim tezis.." - Paşinyan Azərbaycan barədə danışdı

13.03.2025 / 10:01
Bu gün Bakının 3 rayonu qazsız qalacaq - XƏBƏRDARLIQ

13.03.2025 / 09:32
Bu ölkədə bahalıqdan şikayət edən təqaüdçüləri polis həbs etdi

13.03.2025 / 09:24
"TələbəPlus" kartları hər yerdə işə yarayır, avtobuslardan başqa - tələbə narazılığı...

13.03.2025 / 09:22
Tarkan Bakıya gəlir - 2 saatlıq konsertdən 2 milyon 510 min manat qazanacaq...

13.03.2025 / 09:13
"Opel" qaz xəttinə çırpıldı, 2 kənd qazsız qaldı..

13.03.2025 / 09:05
"Atletiko" yenə "Real"a uduzdu...

13.03.2025 / 09:00
“Ukraynada atəşkəs bir neçə gün ərzində əldə edilə bilər”

13.03.2025 / 08:37
Azərbaycanlıların Rusiyadan evə pul göndərişi yarıbayarı azaldı...

12.03.2025 / 23:05
Naxçıvanda icra başçısına yeni müavin təyin edildi

12.03.2025 / 22:24
ABŞ senatoru Rusiyanı sərt sanksiyalarla hədələdi - Amerikanın təklifini qəbul etməsələr...

12.03.2025 / 21:56
Ukrayna Türkiyəyə ümid bəsləyir

12.03.2025 / 21:26
Albaniya Prezidenti Bakıya gəldi - FOTO

12.03.2025 / 21:20
Beynəlxalq İtkinlər üzrə Komissiyanın Azərbaycan hesabatında nələr var...

12.03.2025 / 21:04
Rəfail Xələfova qarşı “7 milyonu mənimsəyib, azadlıqda gəzir” ittihamı səsləndi - nazirlikdə maliyyə qalmaqalı uzanır...

12.03.2025 / 20:49
Ukrayna müharibəsində 30 günlük atəşkəs baş tutsa kimə faydalıdır...

12.03.2025 / 20:35
Avroittifaq missiyası Ermənistanı aktiv şəkildə Azərbaycana qarşı müharibəyə hazırlaşdırır...

12.03.2025 / 20:20
Azərbaycan İbrahim sazişlərində - Ermənistan böyük xofa düşüb...

12.03.2025 / 20:07
“Sazişdən əvvəl Köçəryan və Sarkisyan Bakıya verilsin” tələbi qoyuldu...

12.03.2025 / 19:53
Tramp Si Çinpinin ayağına gedəcək?..

12.03.2025 / 19:39
Bakı, Moskva, Astana və Daşkənd enerji kvarteti yaradıldı...

12.03.2025 / 19:33
BDU ilk dəfə QS reytinqində iki müxtəlif ixtisas üzrə yer alıb

12.03.2025 / 19:25
İsveçrə parlamenti 6 ayda 2-ci “Dağlıq Qarabağ qətnaməsi” qəbul etdi...

12.03.2025 / 19:12
Azərbaycan-Şimali Makedoniya əlaqələri ölkəmizin Balkan yarımadasında mövqelərini gücləndirir

12.03.2025 / 18:58
Suriyada olanlara görə Türkiyəyə açıq ittihamlar başladı - həm də hansı dövlətdən?

12.03.2025 / 18:45
Bakıda 6 minə yaxın iş yeri bağlanıb - maraqlı səbəblər var...

Azərbaycan-Şimali Makedoniya əlaqələri ölkəmizin Balkan yarımadasında mövqelərini gücləndirir

XƏBƏR ARXİVİ

Mart
B.eÇ.aÇC.aCŞB
242526272812345678910111213141516171819202122232425262728293031123456